Emin Əmrullayaevin Qarabağ Regional Təhsil İdarəsindəki kadrının əməllərindən xəbəri varmı
Ağdam rayon 95 nömrəli məktəbin kollektivi tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına 22 avqust 2024-cü il tarixli ərizə ilə müraciət edilmişdir. Bir surəti də Aktualinfo.org-a daxil olan müraciətdə məktəbin müəllim kollekivinin Qarabağ Regional Təhsil İdarəsinin rəhbərləri tərəfindən məktəbə qarşı qərəzli münasibətdən narahat olduqlarını və rəhbərliyin qanunsuz hərəkətlərinə son qoyulmasına köməklik göstərilməsi xahiş olunur:

Möhtərəm Prezident!

Məlum edirik ki, Qarabağ Regional Təhsil İdarəsinin rəhbərləri tərəfindən məktəbimizə qarşı qərəzli münasibət hələ də davam edir. Öz övladını bizim məktəbə qoyan valideyinə QRTİ-i tərəfindən zəng edilərək (bu nömrə ilə050-553-41-11) deyilir ki, uşağınızı 95 nömrəli məktəbdən çıxarın orada olan başqa bir məktəbə qoyun. Qeyd edirəm ki, həmin valideyin eyni zamanda 95 nömrəli məktəbin müəllimidir. Sizdən xahiş edirəm ki, QRTİ-nin bu özbaşınalığına və dövlətin verdiyi vəzifənin imkanlarından sui istifadə edərək , açıq şəkildə edilən “reketçiliyinə” qanunun tələblərinə uyğun son verilməsinə köməklik edəsiniz.
Hörmətlə 95 nömrəli məktəbin kollektivi.
Ağdam rayon 95 nömrəli tam orta məktəbin direktoru Novruzov Kərim Əvəz oğlu tərəfindən Azərbaycan Respublikasının Baş Prokuroru cənab Kamran Əliyevə göndərilən ərizə əhəmiyyətli olduğuna görə onu da dəyərli oxucularımıza olduğu kimi təqdim edirik:

“Yazıb sizə bildirirəm ki , Qarabağ Regional Təhsil İdarəsinin rəhbərliyi bizim məktəbimizə və şəxsən mənə qarşı xeyli vaxtdır tamamilə əsassız və qərəzli münasibət göstərir . Bu barədə dəfələrlə aidiyyatı qurumlara həm kollektiv formada, həm də mən şəxsən müraciət etmişəm. Ancaq, yerli qurumlar heç bir tədbir görməyiblər. Odur ki, xahiş edirəm sizə olunan müraciətimin araşdırılmasını nəzarətdə saxlayasınız.
Öz övladını bizim məktəbə qəbul etdirən valideyinə Qarabağ Regional Təhsil İdarəsinin əməkdaşı tərəfindən ( 050 553 41 11 nömrəli telefon vasitəsilə) zəng edilərək təzyiq olunur ki, o öz övladını 95 nömrəli məktəbdən çıxarıb başqa məktəbə qəbul etdirsin. Qeyd edim ki, həmin valideyin də bizim məktəbimizin müəllimidir və bu qanunsuz göstərişi icra etmək istəmir.
Bundan başqa məzuniyyət pulunu 1 aydan sonra almaqla yanaşı,mənə verilən 56 günlük məzuniyyət pulunun yarısından çoxunu, təxminən 1253 ( min iki yüz əlli üç) manatı rəhbərliyin göstərişinə əsasən mühasibatlıq tərəfindən saxlanılmışdır.
Nəzərinizə çatdırım ki, əksər məktəb direktorlarınında məzuniyyət pullarının bir qismini saxlayırlar. Sadəcə olaraq nədənsə çəkindikləri üçün,hüquqlarını tələb etməkdən qorxurlar.
Nəzərinizə çatdırmaq istəyirəm ki, atam və qardaşım Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda gedən ağır döyüşlərdə həlak olmuşdur. Lakin Qarabağ Regional Təhsil İdarəsinin rəhbərliyi həmişə mənə qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə istifadə edərək təzyiqlər etmiş, hətta ləkələməyə belə çalışmışlar. Bir şəhid övladına, şəhid qardaşına qarşı bu addımı atanların hansı qüvvələrin xidmətçisi olduğunu aşkara çıxarmaq olduqca vacibdir.
Odur ki, Qarabağ Regional Təhsil İdarəsinin rəhbərliyinin bu qanunsuz göstərişinin qarşısının alınması və bütün bunlara hüquqi qiymət verilməsi üçün göstəriş verməyinizi Sizdən xahiş edirəm. Məktəbin direktoru: Kərim Novruzov

Aktualinfo.org xatırladır ki, Məcidov Anar Rafik oğlu 1984-cü ildə Oğuz rayonunun Xaçmaz kəndində anadan olub.
2006-ci ildə Gəncə Dövlət Universitetinin “Azərbaycan dili və ədəbiyyatı müəllimi” ixtisası üzrə bakalavr təhsilini bitirdikdən sonra Universitetin göndərişi əsasında Qəbələ rayon Uludaşkənd tam orta məktəbinə ixtisası üzrə müəllim təyin edilmişdir. 2006- 2007-ci illərdə həqiqi hərbi xidmətdə olmuş, xidmət müddəti bitdikdən sonra təyinatı üzrə əmək fəaliyyətini davam etdirmişdir. 2019-cu ildə Oğuz Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir.
“Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 20 dekabr 2021-ci il tarixli Sərəncamı ilə Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər Rayon Təhsil Şöbələrinin əsasında yaradılmış Qarabağ Regional Təhsil İdarəsinə Təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə 29 aprel 2022-ci il tarixdə müdir müavini vəzifəsinə təyin edilib.
Araşdırmalar zamanı məlum olmuşdur ki, A.Məcidov 2019-2022-ci illərdə rəhbərlik etdiyi Oğuz Rayon Təhsil Şöbəsində ciddi qanun pozuntularına yol vermişdir. Araşdırmalar zamanı A.Məcidovun 3 illik fəaliyyəti dövründə yüz minnərlə manat dövlət əmlakının mənimsənilməsi faktı ortaya çıxıb. Nəticədə cinayət məsuliyyətinə cəlb edilməməsi üçün dövlətə vurduğu ziyanın bir qismini ödəməklə vəzifəsindən “öz xahişi ilə” azad edilmişdir. Oğuz kimi balaca bir rayonda orta məktəblərin təmir və yenidən qurulması adı altında 5 milyon manata qədər dövlətə vurulan ziyanın məbləği çox böyükdür. Amma buna baxmayaraq qısa müddətdə A.Məcidovun bu fitri istedadına və “göstəricisi”nə heyran olan yuxarıda oturanlar 2022-ci ilin aprelin 29-da onun vəzifəsini yüksəldərək əvvəlcə Qarabağ Regional Təhsilİdarəsinin müdir müavini, sonra isə müdir vəzifəsini icrası vəzifəsini həvələ etmişlər.

Bütün yuxarıda qeyd edilənlənlərdən bezən 95 saylı məktəbin direktoru Novruzov Kərim Əvəz oğlu 6 avqust 2024-cü il tarixli ərizə ilə Elm və Təhsil naziri cənab Emin Əmrullayaevə müraciət eədərək onun adı bir müəllim kimi Xankəndi şəhərində pedaqoji fəaliyyətinin davam etdirmək üçün xahiş etmişdir: Ərizənin sonunda isə qeyd etmişdir: “… atam və qardaşım Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə hərbi qulluqcu kimi qəhrəmancasına şəhid olmuşlar, bir qardaşım isə həmin döyüşlərdə ağır yaralanaraq 2-ci qurup qarabağ əlili olmuşdur. Hal-hazırda anamla birgə yaşayıram, evliyəm və iki övladım var.
Hörmətli Nazır.
Sizdən xahiş edirəm Xankəndi şəhərində içtimai,siyasi,elmi,pedaqoji və marifləndirici sahədə xalqımıza,dövlətimizə, dövlətçiliyimizə sədaqətlə xidmət edə bilməyim üçün Xankəndi şəhərində işlə təmin olunmağıma köməklik göstərəsiniz.”

Aktualinfo.org

P.S. Şəhid övladı olan Kərim Novruzov onu da xüsusi qeyd etdi ki, Qarabağ Regional Təhsil İdarəsi rəhbərliyinin özbaşnalığı barədə yuxarı instansiyaya məlumat veririk. Lakin bizə cavab verirlər ki, gedin özləri ilə danışın. İdarə rəhbərliyi də açıq aşkar bizə irad bildirir ki, “NİYƏ GƏLİB BİZİ GÖRMÜRSÜNÜZ!”. Axı mənim vicdanım yol verə bilməz ki, hansısa müəllimdən pul tələb edim. Mənim atam və qardaşım bundan ötəri qanlarını töküb şəhid olmayıblar ki, mən ən şərəfsiz və alçaq bir işlə məşğul olub ailəmə çörək aparım. Amma çox təəssüflər olsun ki, QRTİ-nin tabeliyində olan digər məktəb direktorlarının da məzuniyyət pulları mühasibatlıq tərəfindən mənim kimi tutulsa da onlar səslərini çıxarmağa cürət etmirlər.”
P.P.S. Mövzuya bir daha qayıdacağıq.
 

Bölmənin digər xəbərləri

23 Noyabr 2024 Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
23 Noyabr 2024 “İnnovasiya və Təchizat Mərkəzi”ndə əməlli-başlı özbaşınalıqdı – Cənab Qurbanov nə fikirləşir…
22 Noyabr 2024 Şüşün kənd sakini Köhünlü bələdiyyə sədrinin "fitri istedadı"ndan yazır...
22 Noyabr 2024  İcra başçısının ünvanına AĞIR İFADƏLƏR... - "Bu intriqada uduzacağını yaxşı bilir..."
22 Noyabr 2024 Hacıqabulda və Beyləqanda COP29 nədir - bilmirlər - Tərəflər Konfransına hazır olmayan təzə icra başçıları CƏZALANACAQLARMI?
22 Noyabr 2024 Naxçıvandakı həbsə İLGİNC REAKSİYA - Vasif Talıbovun kadrı imiş...
22 Noyabr 2024 Dövləti sayan kimdir: QARDAŞLAR BELƏ YEYİR... - DƏLİXANADIR, VALLAH...
22 Noyabr 2024 Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu
22 Noyabr 2024 “ADAU-da nələrin baş verdiyi göz önündədir, di gəl ki,..” MÜRACİƏT /VİDEO
21 Noyabr 2024 Şəmkir sakini sosial yardımından 90 manat tutulmasına etiraz edir – ŞİKAYƏT
21 Noyabr 2024 DÖVLƏT SUBSİDİYA VERİR, SAHİBKAR BADAM BAĞINI LƏĞV EDİR - Böyük şəbəkələr necə "pambıqla baş kəsir"? (Araşdırma)
20 Noyabr 2024 Binəqədi İcra Hakimiyyəti Xocasəndə qanunsuz tikilinin qarşısını ala bilmir – Bəs Arxitektura Komitəsi hara baxır?
20 Noyabr 2024 ADNSU rektorundan şikayət etməyin xeyri yoxdur... - Çünki şikayətlərə də özü cavab verir...
20 Noyabr 2024 Marketin adını “Zəfər” qoyub, su soyuducularına səkidə “düzülüş” verən sahibkar - FOTO
20 Noyabr 2024 COP29 günlərində Bakıda “yaşıl soyqırım” - Nərimanov sakinləri icra hakimiyyətini və tikinti şirkətini ittiham edirlər
19 Noyabr 2024 Göyçayda Şəhadət kənd sakininin pay torpağına göz dikən vəzifəli şəxslər kimlərdir – MÜRACİƏT
19 Noyabr 2024 Goranboy rayon MKTİB rəisinin “qara-qura” əməllərinin pərdəarxası gizlinləri
19 Noyabr 2024 Azərbaycan səhiyyəsinin “ölüm korpusu”, “təhlükəli üçlük” və qazinin ölümlə çarpışan həyat yoldaşı
19 Noyabr 2024 Xırdalanın “pulgir yolları” – Abdin Fərzəliyev hər il şübhəli şirkətlərə yol təmir etdirir
19 Noyabr 2024 “İstəmirəm sizin fiber-optik 110 manatlıq xidməti” – Vətəndaşdan haqlı narazılıq

Dünyapress TV

Xəbər lenti