YAP-ın “qanayan yarası” Kəmaləddin Qafarov
Onkoloji xəstələrin üzərindən özünə biznes quran birinin Milli Məclisdə təmsil olunmağa haqqı çatırmı?

Sentyabrın 1-ə təyin edilən növbədənkənar parlament seçkilərindən gözləntilər özün doğrultmur. Ona görə ki, hakim partiyadan yenilənmə gözləyən cəmiyyət deputat fəaliyyəti yararsız, ölkənin mühüm strateji əhəmiyyətli sahəsində isə mənfi təsirlərlə bol olan biznesi müəmmalı şəxslərin yenidən namizəd kimi irəli sürülməsindən məyusluq keçirir. Köhnə siyahıdan “köçürülənlər”in bir çoxunun sırf regionçuluq baxımından yenidən namizəd olaraq ortaya çıxması faktını da gözardı etmək olmaz.

Həmin biznesi və fəaliyyəti baxımından məfni reputasiyalı və məlum regiondan olan YAP-çılardan biri də Milli Onkolgiya Mərkəzinin direktor müavini, “Azerimed” şirkətinin qeyri-rəsmi sahibi Kəmaləddin Qafarovdur.
AzToday.az xəbər verir ki, artıq 2-cü dəfədir ki, deputat olmağa çalışan və zaman-zaman adı müxtəlif qalmaqallarda hallanan Kəmaləddin Qafarovla bağlı indiyə qədər köhnə və yeni mediada çoxsaylı ifşaedici faktlar deyilsə də, yazılsa da, nədənsə hakim partiya və iqtidar onunla vidalaşmağı düşünmür. Səbəbi olduqca müəmmalıdır. Ona görə ki, bu adamın ixtisası siyasətlə bağlı deyil, elə bir danışıq qabiliyyəti də yoxdur, parlamentin ən susqun deputatlarındandır, danışanda da özünü ifşa edir.

Qısası, Milli Onkologiya Mərkəzinin direktor müavini olan K.Qafarov öz biznesini qorumaq üçün məhz deputat olmağa can atan savadsız və təcrübəsiz biridir. Belə ki, bu adamnın tərcümeyi-halına nəzər salanda bəlli olur ki, Bakıda kimya-biologiya təmayüllü məktəbi, Naxçıvan Universitetində meyvə-tərəvəzçilik və üzümçülük fakültəsini bitirib. Onun 2004-cü ildən iş fəaliyyətinə başlamasından bir neçə il sonra ciddi nəzarət edilməli sahəyə – Milli Onkologiya Mərkəzinə rəhbərliyə gətirilməsi həm səhiyyəmiz, həm də onkoloji xəstəlikdən əziyyət çəkən xalqımız üçün faciəyə çevrilib.

Ən azı o səbəbdəndir ki, Onkologiya Mərkəzində fəaliyyəti ölümcül xəstəliklə mübarizə aparanlara dəstək olmaq yox, o xəstələrdən milyonlar qazanmaqdan o tərəfə keçmir. Belə ki, K.Qafarov vəzifəsindən istifadə edərək dövlətin onkoloji xəstələrə ayırdığı pulların çoxunu ailəsinə (oxu – özünə) məxsus “Azərimed” şirkəti vasitəsilə “əridir”. Yəni dərmanlar öz şirkətindən alınır və bir çox hallarda xəstələrə pulsuz paylanmır. Hər gün mediada gördüyümz odur ki, Onkoloji Mərkəzdə onkoloji xəstəliyin müayinəsindən əməliyyata, müalicəyə və analizlərə qədər hamısı yaxınlarının puluna əsasən, yerinə yetirlir. Halbuki dövlət büdcəsindən hər il xərçəng xəstələrinin müalicəsi və pulsuz dərmanlar üçün milyonlarla manat pul məhz Onkologiya Mərkəzinə ayrılır.

Nə yazıq ki, dövlət olaraq onkoloji xəstəliklərin müalicəsi sahəsində elə bir ciddi irəliləyiş əldə etməsək də, K.Qafarov bu sahənin hesabına müxtəlif sektorlarda biznesini genişləndirir. Onun əsas gəlir mənbəyi tibb sahəsində şaxələndirdiyi işgüzar fəalyyətindəndir. “Azərimed” şirkəti dərmanla yanaşı, tibbi ləvazimatların və avadanlıqların satışını həyata keçirir. “Zəfəran” apteklər şəbəkəsi və “Zəfəran Hospital”, “Kanon” apteklər şəbəkəsi, “Avestafarm” MMC, “Naturalist” firması, “Shafran” MMC, “Helios Pharma” LTD (Gürcüstan), “Salidont” LTD (Kipr), daha nələr və nələr…

Mediada yayılan məlumatlara görə, K.Qafarovun şirkəti “Azərimed” təkcə onkologiya mərkəzində deyil, digər dövlət qurumları ilə tender yolu ilə mühüm gəlir eəldə edir. Məsələn, Dövlət Sərhəd Xidməti “Azerimed”lə böyük məbləğlərlə hesablanan müqavilələr bağlayıb. K.Qafarovun biznesi dərman sahəsi ilə də yekunlaşmır. “Versal Palace” şadlıq sarayı, eyniadlı tikinti şirkəti, sayı onlarla olan şirkət və xüsusi mülklər Qafarovlar aləsinə məxsusdur.
Göründüyü kimi, Milli Onkologiya Mərkəzindəki yarıtmaz fəaliyyətdən, şübhəli tenderlərdən və korrupsiyalaşmadan əlavə, K.Qafarovun ailə şirkətlərinin bəziləri ölkə sərhədlərini də ötüb keçib. Bütün bunlar barədə illərdir ölkənin müxtəlif media qurumlarında məlumat yayılsa da, nə əlaqədar orqanlar, nə də “yeniləşmiş YAP” onlara məhəl qoymur.

Dövlətimizin qanunları milllət vəkillərinin bizneslə məğul olmasını qadağan etsə də, qanundan yan keçərək məhz bizneslərini qorumaq üçün mandat əldə etmək üçün dəridən-qabıqdan çıxanlar mövcuddur. K.Qafarov da Milli Məclisdə təmsil olunsa da, həm ölkənin mühüm sahəsində yarıtmaz fəaliyyəti ilə, həm də dərman biznesi başda olmaqla “sahibkar” kimi seçilir. İndiyədək onun biznes şəbəkəsinə aid müxtəlif şirkətlərin Milli Onkologiya Mərkəzinin tenderlərində iştirak etməsi də qanunla qadağan olunan korrupsiya faktıdır.

Budur, Kəmaləddin Qafarovun namizədliyi yenə YAP tərəfindən 9 saylı Binəqədi ikinci seçki dairəsindən irəli sürülüb. Ölkədə son illər “bir neçə vəzifə daşımama” tendensiyasının da Kəmaləddin Qafaraova dəxli yoxdur. Milli Məclisin üzvü K.Qafarov dövlət qurumunda vəzifə tutur. Bu qəbildən olan şəxslər çoxdur hakimiyyətdə… Onlar YAP-da bir növ “qanayan yara”ya çevriliblər. Gözləri doymur, həm mandatdan gələn gəlirdən, həm biznesdən, həm də vəzifədən sui-istfadə edirlər.

Bütün yuxarıda qeyd edilənlərdən belə bir nəticəyə gəlmək olur ki, ona verilən etimadını biznesə çevirən Milli Onkologiya Mərkəzinin direktor müavini K.Qafarov əgər bir də seçiləsi olsa, yenə də Milli Məclisdəki deputat mandatını xalqı təmsil etmək üçün yox, biznesini qorumaq və məlum regiondan olanlara dəstək vermək üçün istifadə edəcək.

Bütün deyilənlərin yekunu olaraq oxuculara və Binəqədi rayonundan olan seçicilərə bel bir sual ünvanlayaq: YAP-ın qanayan yarası” onkoloji xəstələrin üzərindən özünə biznes quran Kəmaləddin Qafarovun Milli Məclisdə təmsil olunmağa haqqı çatırmı?

Orxan Məmmədli

AzToday.az

Bölmənin digər xəbərləri

23 Noyabr 2024 Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
23 Noyabr 2024 “İnnovasiya və Təchizat Mərkəzi”ndə əməlli-başlı özbaşınalıqdı – Cənab Qurbanov nə fikirləşir…
22 Noyabr 2024 Şüşün kənd sakini Köhünlü bələdiyyə sədrinin "fitri istedadı"ndan yazır...
22 Noyabr 2024  İcra başçısının ünvanına AĞIR İFADƏLƏR... - "Bu intriqada uduzacağını yaxşı bilir..."
22 Noyabr 2024 Hacıqabulda və Beyləqanda COP29 nədir - bilmirlər - Tərəflər Konfransına hazır olmayan təzə icra başçıları CƏZALANACAQLARMI?
22 Noyabr 2024 Naxçıvandakı həbsə İLGİNC REAKSİYA - Vasif Talıbovun kadrı imiş...
22 Noyabr 2024 Dövləti sayan kimdir: QARDAŞLAR BELƏ YEYİR... - DƏLİXANADIR, VALLAH...
22 Noyabr 2024 Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu
22 Noyabr 2024 “ADAU-da nələrin baş verdiyi göz önündədir, di gəl ki,..” MÜRACİƏT /VİDEO
21 Noyabr 2024 Şəmkir sakini sosial yardımından 90 manat tutulmasına etiraz edir – ŞİKAYƏT
21 Noyabr 2024 DÖVLƏT SUBSİDİYA VERİR, SAHİBKAR BADAM BAĞINI LƏĞV EDİR - Böyük şəbəkələr necə "pambıqla baş kəsir"? (Araşdırma)
20 Noyabr 2024 Binəqədi İcra Hakimiyyəti Xocasəndə qanunsuz tikilinin qarşısını ala bilmir – Bəs Arxitektura Komitəsi hara baxır?
20 Noyabr 2024 ADNSU rektorundan şikayət etməyin xeyri yoxdur... - Çünki şikayətlərə də özü cavab verir...
20 Noyabr 2024 Marketin adını “Zəfər” qoyub, su soyuducularına səkidə “düzülüş” verən sahibkar - FOTO
20 Noyabr 2024 COP29 günlərində Bakıda “yaşıl soyqırım” - Nərimanov sakinləri icra hakimiyyətini və tikinti şirkətini ittiham edirlər
19 Noyabr 2024 Göyçayda Şəhadət kənd sakininin pay torpağına göz dikən vəzifəli şəxslər kimlərdir – MÜRACİƏT
19 Noyabr 2024 Goranboy rayon MKTİB rəisinin “qara-qura” əməllərinin pərdəarxası gizlinləri
19 Noyabr 2024 Azərbaycan səhiyyəsinin “ölüm korpusu”, “təhlükəli üçlük” və qazinin ölümlə çarpışan həyat yoldaşı
19 Noyabr 2024 Xırdalanın “pulgir yolları” – Abdin Fərzəliyev hər il şübhəli şirkətlərə yol təmir etdirir
19 Noyabr 2024 “İstəmirəm sizin fiber-optik 110 manatlıq xidməti” – Vətəndaşdan haqlı narazılıq

Dünyapress TV

Xəbər lenti