Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində bir çox iş adamlarının namizədliklərini irəli sürəcəyi iddia edilir. Xalqxeber.az əldə etdiyi məlumata görə parlament seçkilərinə qatılacaq iş adamlarından biri də Yeni Azərbaycan Partiyasının Nizami rayon təşkilatın sədr müavini olmuş və hazırda Azərbaycan Ağsaqqallar Şurası İdarə Heyətinin üzvü kimi fəaliyyət göstərən Ramin Əhmədovdur. Məlumata görə Ramin Əhmədov bu dəfə 25 saylı 24 saylı Nizami birinci dairəsindən namizəd olmağa hazırlaşır. Bildirək ki, Yeni Azərbaycan Partiyası 24 saylı Nizami birinci dairəsindən Rüstəmov Ramil Şahsuvar oğlunun namizədliyini irəli sürüb. Ramil Rüstəmovun güclü namizəd olmadığı bildirilir. Qeyd edək ki, Ramin Əhmədov ötən parlament seçkilərində Yasamal 16 saylı ikinci seçki dairəsindən namizədliyini irəli sürmüşdü. Həmin vaxt Ramin Əhmədov seçki təbliğatına ciddi şəkildə pul xərcləməsi ilə gündəmə gəlmişdi. Xatırladaq ki, Ramin Əhmədovun adı ölkə mətbuatında Nizami rayonun sabiq icra başçısı Arif Qasımovun yaxın adamı və “ağaclara qənim kəsilən iş adamı” kimi keçir. Nizami rayonunda“Neftçilər” stansiyası yaxınlığındakı “Lady Şarm” və “X-lady”, “”X-man”” geyim mağazalarının, eyni zamanda “”Dostluq”” kafesinin və “PSS-Mühafizə” şirkətinin sahibi olduğu deyilir Bundan başqa onun adı bir çox qalmaqallarda hallanıb. Belə ki, Ramin Əhmədov 2017-ci ildə idarə etdiyi 90 RB 009 dövlət nömrə nişanlı “”Gelandewagen-Mercedes”” markalı avtomobillə “”VAZ-2107″” markalı avtomobilin sürücüsünün qarşısını kəsib və onu hədələmişdi. Həmçinin Ramin Əhmədov YAP Nizami rayon sədrinin müavini olduğu dövrdə bahalı avtomobil kolleksiyalarını sosial şəbəkədə yaymaqla gündəmə gəlmişdi.