b_400_300_16777215_00_http___deryaz.az_wp-content_uploads_2024_07_IMG_20240715_170613.jpg

 Yəqin ki, tam əksəriyyət o haqda məlumata malikdir ki, 01 aprel 2021-ci il tarixdən ölkəmizin bütün ərazilərində icbari tibbi sığortanın tətbiqinə başlanılıb. Bununla da hər kəs icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan 2 550 sayda tibbi xidmət növündən istifadə etmək  hüququ qazanıb. Qeyd edək ki, bu kimi işlərin həyata keçirilməsi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs (TƏBİB) tabeliyinə verilib və belə bir səbəbdən də, hal-hazırda bu qurum dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin idarə olunmasını həyata keçirir. TƏBİB-in fəaliyyətində əsas starateji xətt tibb müəssisələrində tibbi xidmətlərin təşkilini təmin etməkdən və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün lazımi tədbirləri həyata keçirməkdən ibarətdir. Bundan əlavə, TƏBİB həmçinin tibb müəssisələrinin fəaliyyətini icbari tibbi sığorta sisteminin tələblərinə uyğun olaraq da formalaşdırır. Unutmaq olmaz ki, 13 may 2022-ci il tarixdə  ölkə əhalisinin sağlamlığının qorunması sahəsində həyata keçirilən tədbirlərin effektivliyini artırmaq, səhiyyə sisteminin maliyyə dayanıqlığını və vətəndaşların keyfiyyətli səhiyyə xidmətlərinə əlçatanlığını təmin etmək məqsədilə , Azərbaycan Respublikası Prezidenti müvafiq Fərman imzalamışdır. O halda ortaya belə bir sual çıxır ki, görəsən hal-hazırda TƏBİB ölkə rəhbərinin imzaladığı Fərmandan irəli gələn tələblərə uyğun addımlarını atıb, əhalinin sağlamlığının keşiyində lazımi səviyyədə dururmu?  Ümumu müşahidələr, çoxsaylı vətəndaşların etdikləri narazlılqlar və s. isə onu göstərir ki, TƏBİBin rəhbər şəxslərini bu gün də sakinlərin taleyi maraqlandırmır. Məsələn, adicə bir faktı qeyd edək ki, bu dövlət qurumunda səlahiyyət sahibi olan Sona xanımın çıxardığı hoqqalarından, rəzalətdən, “Burda mənəm, Bağdada kor xəlifə” deyə yanaşmasından, minbir oyunlarından və s. zinhara gələn Cənnət Cənnətov, redaksiyamıza ünvanladığı müraciətində haqlı olaraq adı çəkilən bu xanımı “top atəşi”nə tutur. Cənnət Cənnətov ünvanladığı müraciətində qeyd edir: “11 iyul 2024-cü il tarixdə övladım Asim Cənnətovun səhhətində əmələ gələn problemlə bağlı 3 saylı Şəhər Klinik Xəstəxanasına müraciət etdik. Məqsədimiz bu səhiyyə müəssisəsində oğlumun kompyuter-tomoqrafiya olunmasını həyata keçirmək idi. İlk olaraq övladımı bu Klinik Xəstəxananın həkimi Bayram Xandamov müayinə etdi və az sonra rəy yazdı, lazımi kodu qeyd etdi və o, “Xəstənin qarın nahiyəsində baş verən ağrıları müəyyən etmək üçün, xəstə mütləq kontraslı kompyuter-tomoqrafiya olunmalıdır ki, xəstəyə aid diaqnozu müəyyən etmək mümkün olsun” dedi. Qeyd edim ki, həmin gün 3 saylı Şəhər Klinik Xəstəxanasının direktoru Nurəngiz xanım Bəşirovanın verdiyi göstəriş əsasında, Poliklinika şöbəsinin həkimi Maya xanım oğluma aid sənədləri qaydaya saldı və az sonra həmin sənədləri TƏBİBə göndərdi. Sənədlərin TƏBİBə göndərilməsində başlıca məqsəd, Asim Cənnətovun kontraslı kompyuter-tomoqrafiya olunmasını sosial sığorta hesabına həyata keçirmək idi. Yəni, istəyirdik ki, bu məsələ hansısa özəl səhiyyə müəssisəsində olsa belə öz həllini tapsın. Bir valideyin olaraq 12 iyul günü 3 saylı Şəhər Klinik Xəstəxanasına getdik və o halda həkimlər bizə “Öövladınızın kontraslı kompyuter-tomoqrafiya olunmasına TƏBİBdən “imtina” cavabı verilib. Hansı əsasla belə cavab verildiyini soruşduqda həkimlər bizə “Bunu Sona xanım çox gözəl bilir” dedilər. O halda bilib başa düşdüm ki, əvvəllər Sona xanım əməlləri haqda haqda eşitdiklərim əsl həqiqətlərdir. Məsələn, eşitmişdim ki, Sona xanıma təqdim olunan sənədlərə baxır və hansı şəxsin sosial sığorta hesabına müayinə, yaxud müalicə olunmasına, cərrahi əməliyat olunmasına və s. ehtiyac duyulsa belə o, öz marağına uyğun qərarını verir. Bu da onu göstərir ki, Sona xanım “Burda mənəm, Bağdadda kor xəlifə” yanaşmasının nümayiş etdirir və qanun-qayda “priznavat” etmir.  

     Qeyd edim ki, TƏBİBdən verilən “imtina” cavabından sonra, Poliklinika şöbəsinin həkimi Maya xanım mənim yanımda bu məsələ ilə bağlı Sona xanımla danışdı və ona bildirdi ki, “Asim Cənnətov hava limanında növbəli şəkildə məsul işdə işləyir. Xəstəni nə vaxt “pristup” tutur, o halda o, özünü heç cür idarə edə bilmir. Ona görə də xəstə kontraslı kompyuter-tomoqrafiya olunmalıdır ki, xəstəyə aid diaqnozu müəyyən etmək mümkün olsun”. Telefon danışığı zamanı Sona xanım Maya xanıma qarşı kobudluq etməkdən əlavə, ona qarşı hədsiz dərəcədə hədə-qorxu da gəldi. Hətta o, Maya xanıma “Səndən 3 saylı Şəhər Klinik Xəstəxanasının direktoru Nurəngiz Bəşirovaya şikayət edəcəyəm. Sən bu məsələ ilə bağlı izahat yazıb verəcəksən, zəng edib məni narahat edirsən. Xəstəyə “İmtina” cavabı verilibsə, deməli bu qanunidir” dedi. Belə olan halda biz bu məsələ ilə bağlı DİN-nin “102” xidməti-zəng mərkəzinə, hətta Asim Cənnətovun özü isə TƏBİB-in 1542 — “Qaynar xətt” xidmətinə müraciət etdi. Çox təəssüflər olsun ki, etdiyimiz şikayətlə bağlı bizə “Sona xanımın rəyinə müdaxilə edə bilmərik” deyə cavab verdilər. Deməli, Sona xanım bu cür addımı ilə təkcə bizi deyil, neçə-neçə xəstələrin TƏBİBdən narazı qalmalarına səbəb olur. Artıq Asim Cənnətov belə qərara gəlib ki, o, dövlətdən aldığı əməkhaqqından hər ay tibbi sığortaya görə tutulan pullların dayandırılmasını tələb etsin. Çünki, oğlum hər ay tibbi sığortaya pul ödəyir ki, səhhətində problem əmələ gələrkən sığorta onu qarşılasın. Yəni, bu Sona xanımın deyil, birbaşa qanunun tələbidir. Deməli Sona xanım TƏBİBdə vəzifə səlahiyyətindən sui-istifadə edir və o, xəstələrə “imtina” cavabı yazır ki, xəstələr dövlət və yaxud da özəl səhiyyə müəssisələrinə üz tutub pul verməyə məcbur olsunlar. Bu da onu ehtimal etməyə əsas verir ki, Sona xanım həmin tibb müəssisələri ilə işbirliyi qurub və o, xəstələrin ödədikləri pullardan özünə faiz pulu alır. Belə bir səbəblərdən də o,  xəstələri bu cür oyunlara düçar edir.

    Həmin gün TƏBİBin çağrı mərkəzinə növbəti dəfə zəng etməli olduq və bu dəfə telefon zəngimizə Tural Əhmədli cavab verdi. Bu şəxslə qeyd olunan mövzuda danışdıq və Tural Əhmədli bizi normal şəkildə dinlədi. Elə ki, təkrar çağrı mərkəzini yığdıq, bu dəfə isə telefon zəngimizə Leyla Gülməhəmmədova cavab verdi və onunla da bu mövzuda xeyli danışmalı olduq. Danışığımız zamanı Leyla  xanıma bildirdik ki, Sona xanım hansı əsasla “imtina” cavabı yazıb. Faciə o oldu ki, o, ünvanladığımız suala “Mən Sona xanımı tanımıram” cavabını verdi. O halda sual olunur ki, bir qurumun çağrı mərkəzində işləyən şəxs, necə olur ki, həmin qurumda səlahiyyətli vəzifə sahibi olan, hansı ki, insanları TƏBİBdən, dövlətdən, siyasi hakimiyyətdən kütləvi şəkildə narazı salan Sona xanımı tanımır? Görəsən buna nə ad vermək olar? Qeyd edim ki, gün ərzində bir neçə dəfə TƏBİBin “1542” çağrı mərkəzinə  zəng vurduq ki, qarşı tərəfdən sualımıza hansısa formada cavab əldə edə bilək. Çox təəssüflər olsun ki, çağrı mərkəzində çalışanların yalnız bir cavabı oldu “Sona xanım “imtina” qərarı veribsə, deməli nəticə dəyişməyəcək. O halda başa düşdük ki, Sona xanım “kəsdiyi başa zaval yoxdur”. Bəli, düşündürücü hal odur ki, vətəndaş dövlət qurumunda işləyir və hər ay aldığı əmək haqqından tibbi sığortaya pul ödəyir. TƏBİBdə səlahiyyətli vəzifə sahibi olan Sona xanım isə, vətəndaşın səhhətində əmələ gələn problemin pulsuz aradan qaldırılmasının üstündən, məhz öz düşüncəsinə, öz yanaşmasına və s. uyğun şəkildə xətt çəkib, “imtina” cavabı yazır.  O halda sual olunur ki, nəyə görə hər ay vətəndaşdan tibbi sığorta pulu alınır? Əslində, Sona xanım xəstələrə qarşı bu cür aqressiya nümayiş etdirməklə, möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının rəhbərliyi altında dövlətimizin həyata keçirdiyi sosial siyasətə qarşı çıxmış olur. Söylənilənlərə görə, bu xanım əksər xəstələrə “imtina” cavabı verir və daha sonra həmin xəstələrin ad və soyadlarını uyğun səhiyyə müəssisələrinə ötürür. Elə ki, xəstələr səhiyyə müəssisəsində kontraslı kompyuter-tomoqrafiya olunurlar, o halda müəyyən məlumatlar və xəstələrin ödədikləri ödənişlərin müəyyən faizi Sona xanıma çatdırılır.  Bəli əksəriyyət danışır ki, xeyli vaxt olar ki, tərəflər bu qaydanı düzüb qoşublar və belə bir yolla da xəstələrə “badalaq” gəlirlər.

    Onu da bildirim ki, biz Tural Əhmədli ilə danışarkən o, şəxsən mənə “Müəllim, sığorta biz tərəfdən o halda qəbul olunur ki, sənədlərdə həkim rəyi olmalıdır” dedi. Bu şəxsə cavabımda bildirdim ki, 3 saylı Şəhər Klinik Xəstəxanasının həkimi Bayram Xandamovun oğlumun səhhətində əmələ gələn problemlə bağlı yazdığı rəy var, daha nə lazımdır? Bu şəxsə onu da bildirdim ki, Bayram həkim rəydə yazıb ki, “xəstə Asim Cənnətovun qarın nahiyəsində baş verən ağrıları müəyyən etmək üçün, o, mütləq kontraslı kompyuter-tomoqrafiya olunmalıdır ki, xəstənin diaqnozunu müəyyən etmək mümkün olsun” deyə qeyd olunub. Deməli, oğluma aid sənədlərdə həkim rəyi olsa da, Sona xanım elə bir təsir imkanına sahib olan vəzifə sahibidir ki, o, sonda da “imtina” qərarını dəyişdirmədi. Bu da ondan xəbər verir ki, bu cür addımların atılması vətəndaşları həm TƏBİBə, həm də dövlətimizin həyata keçirdiyi sosial siyasətə qarşı çıxarmalarına yollar açır. O halda sual olunur ki, görəsən  TƏBİB-in icraçı direktoru cənab  Vüqar Qurbanov, tabeliyində çalışan  Sona xanımın minbir oyunlarından, onun xəstələri  hansı olmazın bəlalara düçar etməsindən xəbəri varmı? Əgər yoxdursa o halda biz yazıb deyirik ki,  cənab  Vüqar Qurbanov!  TƏBİB-in səlahiyyətlisi olan Sona xanım nə qanun-qaydanı, nə də ki, ölkə rəhbəri İlham Əliyev cənablarının 13 may 2022-ci il tarixdə imzaladığı Fərmandan irəli gələn tələbləri saya salmır.  Yazıda adı keçən hər kəsin mövqeyini dinləyə bilərik.                      

Mövzuya qayıdacağıq. Bizi izləyin.

Deryaz.az

Bölmənin digər xəbərləri

27 Noyabr 2024 Mürsəl İbrahimovun “X5” sevdalı işçisi... - O GÖRÜNMƏZDİRMİ?
27 Noyabr 2024 Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
27 Noyabr 2024 Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu
27 Noyabr 2024 ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur - İLGİNC...
26 Noyabr 2024 “Şəkər Zavodu metal alveriylə məşğuldur” - BU NƏDİ BELƏ?..
26 Noyabr 2024 Elnur Cabbarov videosunu yayan işçisinin ərini həbs etdirib - TƏFƏRRÜAT
26 Noyabr 2024 "Kristal Abşeron"un "Aznet"lə soyğunçu monopoliyası: ...
26 Noyabr 2024 Avtopark müdiri İdarə rəisi Samir Cəbrayılovun özbaşına əməllərindən Prezidentə müraciət etdi
26 Noyabr 2024 Sumqayıtda antisanitariya: "Zibil qabları günlərlə daşınmır" - FOTO
26 Noyabr 2024 Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? – FOTO/VİDEO
26 Noyabr 2024 Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
26 Noyabr 2024 Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI - Havayı yerə oxumayın..
25 Noyabr 2024 Xalqa qarşı açılan AYNA-lı: indi də bu qurumun əməkdaşları ağac dalında gizlənib...
25 Noyabr 2024 Dillər Universitetində NƏ OYUNLAR ÇEVRİLİR... - İLGİNC FAKTLAR...
25 Noyabr 2024 Burda müştərini rəsmən QARƏT EDİRLƏR - BU NƏ HESABDIR?
25 Noyabr 2024 Mürsəl İbrahimovun menyusunə Xidmətin Nərimanov idarəsində “X5” rüzgarı əsir...
25 Noyabr 2024 Mərkəzi Aran Təhsil İdarəsinin Yevlax hissəsində aləm dəyib bir-birinə.
25 Noyabr 2024 Aptek müdürü işçisini vəhşicəsinə döydü - anbaan VİDEOLAR
25 Noyabr 2024 Ucar rayonunun qaziləri Ucar RMX-ndan Prezidentə şikayət etdilər - ŞİKAYƏT -VİDEO
25 Noyabr 2024 Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...

Dünyapress TV

Xəbər lenti