"Yeni Klinika"da təcili yardım MÜƏMMASI
Bir neçə gün əvvəl "Yeni Klinika"nın təcili tibbi yardım xidmətindən istifadə etmək istəyən xəstəyə yardım göstərilməkdən imtina edilib.

AFN.az-a bu barədə xəstənin özü məlumat verib: "Dişimi implan etdirirəm. Əməliyyatdan iki gün sonra özümü istiyə vermişdim deyə dişimdən qan açıldı. Məsləhət əsasında mənə yaxın olduğu üçün "Yeni Klinika"nın təcili tibbi yardım xidmətinə getdim. Orda mənə heç həkim də yaxınlaşmadı, qapıda nəzarətçi dedi ki, bizdə belə xidmət yoxdur, get Kliniki Tibbi Mərkəzə. Ora da getdim, dedilər saat 6-dan sonra bizdə üz-cərrahiyyə şöbəsi işləmir. Getdim özəl xəstəxanada qankəsici iynə vurdurdum qan kəsdi. Qanaxmanı dayandırmaq üçün üz-çənə cərrahiyyəsi nəyə lazımdır, anlaya bilmədim. Mən diş ağrısı ilə, yaxud da dişdə iltihab problemi ilə yaxınlaşmamışdım bu xəstəxanalara. Qankəsici iynə ilə qanaxmanı dayandırmaq kifayət idi ki, bunu da özəl xəstəxanada etdilər".
"Yeni Klinika"nın mətbuat xidmətindən AFN.az-ın əməkdaşına bildirilib ki, xəstəyə yardım göstərilməməsi protokola uyğundur. Üstəlik, "Yeni Klinika"da təcili tibbi yardım yoxdur: "Bizdə təcili tibbi yardım deyil, təcili tibbi xidmətdir. "Təcili Yardım" yazısı o vaxtdan qalıb. Təcili tibbi xidmət o deməkdir ki, əgər təcili tibbi yardım maşınının belə bizə xəstə gətirmək səlahiyyəti yoxdursa gətirmir. Sadəcə, yaxın ərazidə başına hadisə gəlmiş adamı gətirirlər ora, yaxud xəstəxanada növbədə duran adamın halı pisləşərsə, ona ilkin müdaxilə oluna bilər. Amma orda həkimə yaxınlaşıb mənə iynə vur demək olmaz. Bu, qaydalara, protokola uyğun deyil".

Qeyd edək ki, klinikanın saytında Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinin fəaliyyət göstərdiyi bildirilir. "Hər cür təcili vəziyyətə müdaxilə edə biləcək tibbi heyət və təchizata sahib olan Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsi 7 gün 24 saat boyunca xəstələrə keyfiyyətli və zamanında təcili tibbi yardım göstərir" - deyə müvafiq şöbə haqda məlumatda qeyd olunub: "Təcili Tibbi Yardım şöbəsində monitorizasiya olunmuş müayinə otaqları, gips qoyulması üçün şərait yaradılmış travma otağı, tam təchizatlı resusitasiya otağı və məhkum otağı vardır. Eyni zamanda kiçik cərrahi prosedurların icrası üçün 2 əməliyyat otağı yer almaqdadır. Həmçinin şöbədə resusitasiya otağına yaxın ambulans girişi də mövcuddur.

Şöbəyə müraciət edən ambulator xəstələr ilkin müayinə otağına alınaraq həkim tərəfindən triaj (xəstələrin təcililik sırasına görə müayinə otaqlarına alınması) aparılır. Müayinə otaqlarında ixtisaslı həkimlər tərəfindən xəstələrə ilkin müdaxilə, differensial diaqnostika və müalicə tətbiq olunur. Stasionar müalicəyə ehtiyacı olan xəstələr isə müvafiq müayinələr aparıldıqdan və nəticələr qiymətləndirildikdən sonra müvafiq tibb şöbəsinə yönləndirilir".

Göründüyü kimi, burada halı pisləşən xəstənin hansı ərazidə olması, haradan gətirilməsi barədə heç bir qeyd və tələb yoxdur. Üstəlik, xəstəxanada müvafiq şöbənin adı məhz "Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsi"dir. Əgər mətbuat xidmətindən qeyd edildiyi kimi, şöbənin adı və funksiyası dəyişibsə, bu barədə vətəndaşların əli çatan açıq mənbələrdə, o cümlədən şöbənin girişində qeyd olunmalıdır. Bu qeydlər olmadığı halda qapıda dayanan mühafizəçilərin gələn xəstələrə içəridə hansısa problemə görə yardım edilmədiyini deyib yola salması ortaya bir sıra suallar çıxarır. Üstəlik, "Yeni Klinika"nın təmirinə, yenilənməsinə, təchizatına büdcədən milyonlarla vəsait ayrıldığı halda, köhnə yazıların qalması da şübhələrə səbəb olur. Təəssüf ki, bütün bu qeyd edilənlərlə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə sorğu ünvanlasaq da, suallarımız cavabsız qaldı.
 

Bölmənin digər xəbərləri

24 Aprel 2025 “Delta Qrup C.O” rəhbəri Məhəmməd Cahangirzadə ölkədən nə qədər valyuta çıxarıb?
24 Aprel 2025 Cəlilabad sakini “forma 88” üçün həkimin ondan 1500 manat rüşvət istədiyini iddia edir, QARŞI TƏRƏF İSƏ... - ŞİKAYƏT
24 Aprel 2025 Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin direktoru gülünc vəziyyətinə düşüb - Ödənilməyən 7 aylıq əmək haqqının "səbəbi"
24 Aprel 2025 Xırdalanda xaçmazlı Zaur “at oynadır”: “Pulumu verib işimi görürəm”
24 Aprel 2025 Gədəbəyin icra başçısı özünü “siyasi rəhbər” elan edib - FOTO
24 Aprel 2025 Gülsüm Əliyeva həkim deyilmiş: Qanunsuz əməliyyat etdiyi "VMR" klinikası isə... - RƏSMİ AÇIQLAMA
24 Aprel 2025 Daşkəsən İcra Hakimiyyəti 250 min manatı neyləyib?
24 Aprel 2025 Əmrullayevin SON ƏMRİNİN ilginc pərdəarxası: Abşeronda TƏDARÜK VAR... - İLGİNC İDDİALAR
24 Aprel 2025 AAYDA yol tikintisinə görə evini sökdüyü vətəndaşlara dövlət büdcəsindən ayrılmış pulu niyə vermir?
24 Aprel 2025 Şölə "doktor" “Aristokrat”da estetik prosedurları icra edir?
23 Aprel 2025 Adil Əliyevin qanunların əleyhinə fərqli siyasi prinsipi ...
23 Aprel 2025 Dövlət büdcəsini asfaltda əzdilər, qalanını divara suvayırlar... - VİDEO
23 Aprel 2025 Qazax səhiyyəsində SAXTA DİPLOM QALMAQALI... - BU NƏDİ BELƏ?..
23 Aprel 2025 Estetik prosedurun daha bir qurbanı... - Ayağındakı deşikdən 10 aydır irin axır - FOTO
23 Aprel 2025 Ağacları məhv edərək “planeti qoruyan” şirkət: “Avant Group” kimindir?
22 Aprel 2025 İlham Səfərov da digərlərindən seçilmədi - Yeni Bələdiyyə sədri Mərdan Camalovun ümidlərini doğrultmayır FOTO
22 Aprel 2025 Həkim Kəmalə Mirzəyevanın qurbanları onu axtarır:Həkim HARADADIR? -ŞOK FAKTLAR/FOTOLAR+VİDEO
22 Aprel 2025 Rövşən Rüstəmovun idarəsində ANARXİYA: iclasda gərginlik oldu, dəmiryolçular ÜSYANA qalxdı - Təfsilat
22 Aprel 2025 Heydərovun “kantoru” ÖZÜ SATIR... ÖZÜ DƏ ALIR... – Bəs “Azəri Biznes” MMC nə edir?
22 Aprel 2025 Nərimanovun icra başçısı bir ərazini iki şirkətə satdı – Qalmaqal böyüyür

Dünyapress TV

Xəbər lenti