"Bizə şirniyyat bişirtdirib, Azcake mağazalarında satışa çıxarırlar" - Məhbus qadın
Məhbus qadın: “Bizə şirniyyat bişirtdirib, “Azcake” mağazalarında satışa çıxarırlar”

Kürdəxanı təcridxanasının tenderini qazanan şirkət

Ötən ilin iyulunda Penitensiar Xidmətin rəhbərliyinə Mirsaleh Seyidovun gətirilməsi bu sistemdə neqativ halların azalacağı ilə bağlı ümidlər yaratmışdı. O, bu postda Ceyhun Həsənovu əvəz edirdi. Həmin vaxt mətbuat yazırdı ki, Mirsaleh Seyidov Ceyhun Həsənova nisbətən daha imkanlı ailədən gəlir, onun sərvət toplamaq kimi qayğıları olmayacaq və o, bu vəzifəyə öz potensialı ilə gəlib.

Ancaq sonrakı müddətdə ölkənin cəzaçəkmə müəssisələrindən narazılıqlar artmağa başladı. Bu müəssisələrdə insan hüquq və azadlıqlarının vəziyyətinin pisləşdiyinə dair şikayətlər davam etdi. Bakının 4 saylı Cəzaçəkmə Müəssisəsində (CÇM) saxlanılan məhkum Aytən Hüseynovanın (ad-soyad şərtidir) “Abzas Media”ya bildirdiyinə görə, müəssisədə ciddi əmək istismarı halları var.

Onun sözlərinə görə, həm Penitensiar Xidmətdə, həm də sistemdən kənarda məhkum qadınların əməyinin istismarından qazananlar var. “Bizə şirniyyat bişirtdirib, “Azcake” mağazalarında satışa çıxarırlar. Bu işi hansısa müqavilə əsasında görmürük və buna görə əməkhaqqı almırıq”, - deyə o bildirib.

İqtisadiyyat Nazirliyinin rəsmi məlumatlarından aydın olur ki, “Azcake” MMC 2015-ci ildə təsis edilib. Onun hüquqi təmsilçisi Bağırov Faiq Qasımxan oğludur.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-06_1718290617_2.png
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-06_1718290617_3.jpg
Faiq Bağırov, “Azcake” MMC-nin hüquqi təmsilçisi

Faiq Bağırov Azərbaycanın böyük şirkətlərindən biri olan “ANC Group” MMC-nin funksioneri Nahid Bağırovun qardaşıdır.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-06_1718290676_4.jpg
Nahid Bağırov, “ANC Group” MMC-nin funksioneri

“Azcake”in Instagram hesabından aydın olur ki, onların əsas tərəfdaşı “ANC Group” MMC-nin nəzdində olan “Rahat” marketlər şəbəkəsidir. Yəni, məhkum qadınların əməyinin istismar edilməsilə əldə olunan məhsullar “Azcake”ə, ordan isə “Rahat” marketlər şəbəkəsinə gətirilərək satılır.

Bununla birlikdə, “Azcake”in Instagram hesabından o da aydın olur ki, “Grandmart”, “Bolmart”, “Megastore”, “Bizim Market”, “Elmar” marketlər şəbəkələri də bu mağazanın əsas sifarişçiləridir.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-06_1718290707_5.jpg
“Azcake”in Instagram hesabından ekran görüntüsü

“Abzas Media”nın əldə etdiyi məlumata görə, məhkum qadınların əməyinin istismarı halları ilə bağlı 4 saylı CÇM-də heç bir yoxlanış aparılmayıb və heç kim məsuliyyətə cəlb olunmayıb.

Məsələ ilə bağlı Ədliyyə Nazirliyinə, Penitenisiar Xidmətə, “ANC Group” MMC-yə və “Rahat” marketlər şəbəkəsinə sorğu ilə müraciət etsək də, suallarımız cavablandırılmadı.

Mirsaleh Seyidovun yaxın adamı Elnur İsmayılov və çevrəsi

Elnur İsmayılov 1 saylı Bakı İstintaq Təcridxanasının rəisidir. O, 2017-ci ildən bu postu tutur.

Açıq məlumatlardan aydın olur ki, onun atası Nazim İsmayılov da illər əvvəl penitensiar sistemdə yüksək vəzifə tutub. Eyni zamanda, qayınatası Məmmədəli Zeynalov müxtəlif CÇM-lərin rəisi olub.

Mirsaleh Seyidovun penitensiar sistemdə yüksəlməsilə bərabər, Elnur İsmayılov da pillə-pillə irəliləyib və hazırda Bakı İstintaq Təcridxanasının rəhbəridir.

Ancaq Bakı İstintaq Təcridxanası ilə bağlı rəsmi sənədləri yoxlayanda şübhə doğuran məqamlar üzə çıxır. Belə ki, 2021-ci ilin iyununda Penitensiar Xidmət və “Manti LM Group” MMC dəyəri 46 min manatdan çox olan satınalma müqaviləsi imzalayıb. Müqavilədə göstərilib ki, şirkət 1 saylı Bakı İstintaq Təcridxanasında və 11 saylı CÇM-də abadlaşdırma işləri aparacaq.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-06_6.png
Oğurluğa görə həbsdən 6 ay sonra Penitensiar Xidmət tenderlərində qələbə

Dövlət Vergi Xidmətinin məlumatlarından aydın olur ki, nizamnamə kapitalı 2 manat olan “Mantı LM Group” MMC 27 yanvar 2021-ci ildə qeydiyyata alınıb. Şirkətin qanuni təmsilçisi isə İrşad Rzaquliyevdir.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-06_1718290773_7.jpg
Daxili İşlər Nazirliyinin (DİN) rəsmi məlumatlarında qeyd olunur ki, İrşad Rzaquliyev 2020-ci ilin sentyabrında avtomobil oğurluğuna görə həbs edilib. Rzaquliyev ifadəsində bildirib ki, o, oğurluğu narkotik almaq üçün edib. Onun barəsində həbs qətimkan tədbiri seçilib.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-06_8.jpg
Hadisədən 6 ay sonra bu şəxsin bir neçə şirkətə necə sahib olması və Penitensiar Xidmət müəssisələrində hansı imkanlarla tender qazanması isə sual altındadır.

Rəsmi dövlət sənədlərindən aydın olur ki, Elnur İsmayılov AZ1010, Bakı şəhəri Nəsimi rayonu, Azadlıq prospekti, ev 90, mənzil 6-da həyat yoldaşı Nigar İsmayılova və anası Məlahət İsmayılova ilə birlikdə yaşayır.

İsmayılova Məlahət Ağasəlim qızı həm də fiziki şəxsdir. Belə ki, qeydiyyatda olduğu ünvanda onun adına VÖEN nömrəsi 1405978562 olan vergi obyekti var. Bəs bu, nə obyektdir?

Fiziki şəxs ünvanı kimi öz ev ünvanını qeydiyyatdan keçirsə də, Məlahət İsmayılova həmin VÖEN ilə Nəsimi rayonu Süleyman Rüstəm küçəsi 128-də olan “Şərab Evi”ni işlədir.

Rəsmi olaraq Qida Təhlükəsizlik Agentliyindən icazə alınmadan işlədilən obyekt dəfələrlə xəbərdarlığa məruz qalıb. Agentliyin 7-8 iyun 2023-cü ildə apardığı monitorinqlərlə bağlı məlumatda deyilir ki, yuxarıda qeyd edilən ünvanda olan İsmayılova Məlahət Ağasəlim qızına məxsus “Şərab evi” cərimələnib. Buna iki səbəb göstərilib:

1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması;

2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-06_9.png
Bununla bərabər, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmi sənədlərinə görə, İsmayılova Məlahət Ağasəlim qızı 2020-ci ildə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 118a saylı bağ sahəsində 2 mərtəbəli yaşayış evi də tikdirib.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-06_10.png
Ədliyyə naziri Fərid Əhmədov və Penitensiar xidmətin rəisi Mirsaleh Seyidov bu məsələlərlə də bağlı sorğuları cavablandırmayıb. 1 saylı Bakı İstintaq Təcridxanasının açıq mənbələrdə olan telefon nömrələrinə edilən zənglər də cavabsız qalıb.

4 ildə Penitensiar Xidmətə 640 milyondan çox vəsait ayrılıb

Son 4 ildə Penitensiar Xidmətə təkcə dövlət büdcəsindən ümumilikdə 640 milyon 671 min 487 manat vəsait ayrılıb. Bu vəsait penitensiar sistemin həm nəzəri, həm də praktiki baxımdan təkmilləşməsi üçün ayrılıb. Azərbaycan hökuməti məhkum və həbs edilmiş şəxslərin saxlanma şəraitinin beynəlxalq standartlara uyğunlaşdırılması ilə bağlı yol xəritəsi qəbul edib və bunun üçün milyonlarla manat vəsait xərcləyib.

Ancaq yerli və beynəlxalq hüquq müdafiəçiləri proqramların icra olunmadığını, vəsaitlərin böyük hissəsinin mənimsənildiyini bildirirlər.
bizimxeber.az

Bölmənin digər xəbərləri

24 Aprel 2025 “Delta Qrup C.O” rəhbəri Məhəmməd Cahangirzadə ölkədən nə qədər valyuta çıxarıb?
24 Aprel 2025 Cəlilabad sakini “forma 88” üçün həkimin ondan 1500 manat rüşvət istədiyini iddia edir, QARŞI TƏRƏF İSƏ... - ŞİKAYƏT
24 Aprel 2025 Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin direktoru gülünc vəziyyətinə düşüb - Ödənilməyən 7 aylıq əmək haqqının "səbəbi"
24 Aprel 2025 Xırdalanda xaçmazlı Zaur “at oynadır”: “Pulumu verib işimi görürəm”
24 Aprel 2025 Gədəbəyin icra başçısı özünü “siyasi rəhbər” elan edib - FOTO
24 Aprel 2025 Gülsüm Əliyeva həkim deyilmiş: Qanunsuz əməliyyat etdiyi "VMR" klinikası isə... - RƏSMİ AÇIQLAMA
24 Aprel 2025 Daşkəsən İcra Hakimiyyəti 250 min manatı neyləyib?
24 Aprel 2025 Əmrullayevin SON ƏMRİNİN ilginc pərdəarxası: Abşeronda TƏDARÜK VAR... - İLGİNC İDDİALAR
24 Aprel 2025 AAYDA yol tikintisinə görə evini sökdüyü vətəndaşlara dövlət büdcəsindən ayrılmış pulu niyə vermir?
24 Aprel 2025 Şölə "doktor" “Aristokrat”da estetik prosedurları icra edir?
23 Aprel 2025 Adil Əliyevin qanunların əleyhinə fərqli siyasi prinsipi ...
23 Aprel 2025 Dövlət büdcəsini asfaltda əzdilər, qalanını divara suvayırlar... - VİDEO
23 Aprel 2025 Qazax səhiyyəsində SAXTA DİPLOM QALMAQALI... - BU NƏDİ BELƏ?..
23 Aprel 2025 Estetik prosedurun daha bir qurbanı... - Ayağındakı deşikdən 10 aydır irin axır - FOTO
23 Aprel 2025 Ağacları məhv edərək “planeti qoruyan” şirkət: “Avant Group” kimindir?
22 Aprel 2025 İlham Səfərov da digərlərindən seçilmədi - Yeni Bələdiyyə sədri Mərdan Camalovun ümidlərini doğrultmayır FOTO
22 Aprel 2025 Həkim Kəmalə Mirzəyevanın qurbanları onu axtarır:Həkim HARADADIR? -ŞOK FAKTLAR/FOTOLAR+VİDEO
22 Aprel 2025 Rövşən Rüstəmovun idarəsində ANARXİYA: iclasda gərginlik oldu, dəmiryolçular ÜSYANA qalxdı - Təfsilat
22 Aprel 2025 Heydərovun “kantoru” ÖZÜ SATIR... ÖZÜ DƏ ALIR... – Bəs “Azəri Biznes” MMC nə edir?
22 Aprel 2025 Nərimanovun icra başçısı bir ərazini iki şirkətə satdı – Qalmaqal böyüyür

Dünyapress TV

Xəbər lenti