Şəki Uşaq İncəsənət Məktəbi: BURA BAZARDIR?
Aktualinfo.org artıq 3-cü aydır ki, Mədəniyyət Nazirliyinə, Maliyyə Nazirliyinə, Hesablama Palatasına və hüquq mühafizə orqanlarına müraciətlər edərək Şəki Uşaq İncəsənət Məktəbində təcili olaraq maliyyə təsərrüfat fəaliyyətinin yoxlanılması məsələsi qaldırmışdır. Bu müddət ərzində müraciət etdiyimiz qurumlar da öz növbəsində aidiyyəti üzrə Mədəniyyət Nazirliyinə müraciət edərək göstərdiklərimizi araşdıraraq redaksiyaya məlumat verməyi tövsiyyə etmişlər. Bəs Mədəniyyət nazirliyi nə edir?

Bu müddət ərzində Mədəniyyət Nazirliyinin daxili nəzarət və audit şöbəsinin müdiri Cavid Əliyev araşdırma aparmaq üçün redaksiyamıza göndərdiyi məktubda deyilir. “Sizin Şəki Uşaq İncəsənət Məktəbinin direktoru Eldar Rəcəbovun qanunsuz əməlləri barədə Azərbaycan Respublikasının Baş Prokurorluğuna ünvanladığınız müraciətə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, araşdırma ilə bağlı zərurət yarandığı üçün sözügedən müraciət ilə əlaqədar olaraq Sizin internet portalına məlumat verən şəxs və şəxslərin adı, soyadı, ata adı və əlaqə vasitələrinin təqdim edilməsini xahiş edirik”.

Cavid Əliyevin müraciətə yanaşmasına fikir verin. Nazirliyiə tabeli bir qurumda yoxlama aparmaq üçün internet portalına məlumat verən şəxs və şəxslərin adı nəyə lazımdır axı? Müraciət edən biz. Büzim müraciəti əldə əsas tutub məktəbdə yoxlama aparmaq olmazmı? Əlbəttə olar. Lakin bu Mədəniyyət Nazirliyinin səlahiyyətlilərinə nədənsə sərf etməyib.

Mədəniyyət Nazirliyinə və digər aidiyyəti qurumlara etdiyimiz müraciətdən sonra bizə verilən məlumata görə Şəki Uşaq İncəsənət Məktəbinin direktoru Eldar Rəcəbov sözügedən nazirliyə çağırılıb. Nazirlikdə görüşüb bir gün Bakıda qaldıqdan sonra geri dönən Eldar Rəcəbov yaxın ətrafına nümayişkaranə şəkildə “hər şeyi yerində həll etdim” deyib. Maraqlıdır, Eldar Rəcəbov Bakıda nəyi həll edib? Ona bu işdə Mədəniyyət Nazirliyində kim yardımçı olub, sonrakı yazılarımızda.

Qeyd edək ki, Eldar Rəcəbov hər şeyi yerində həll etməsinə baxmayaraq Şəki Uşaq İncəsənət Məktəbində onun yol verdiyi qanunsuzluqlar barədə redaksiyamıza yeni məlumatlar daxil olmaqdadır. Belə ki, məktəbin kollektivindən olunan müraciətlərdə qeyd edilir ki, illlərdir məktəbin direktorunun qanunsuz əməlləri ilə üzləşmələri azmış kimi, həmçinin hazırda məktəbə yeni təyin edilmiş direktor müavini Xəyalə Töhrablının da qanunsuz əməlləri ilə üzləşməkdədirlər.

Daha öncə qeyd etdiyimiz kimi Töhrablı Xəyalə Töhrab qızı məktəbə ayaq basan ilk gündən öz islahatlarına başlamış, bir neçə müəllimi və 30 yaxın şagirdi təyziq və təsir ilə məktəbdən uzaqlaşdırmışdır. Xəyalə müəllimə məktəbə ayaq basandan bu qədər ölü kadrları və ölü şagirdləri aşakar edərək külli miqdarda dövlət vəsaitinin mənimsənilməsini aşkarlamasına baxmayaraq bu barədə heç bir hüquq mühafizə orqanlarına məlumat verməmiş, məktəbdə də mənim borcum sadəcə nazirliyə məlumat verməkdir deməklə kifayətlənmişdir. Lakin Xəyalə müəllimə bilməlidir ki, Respublika Cinayət Məcəlləsinin 307-ci maddəsinə əsasən cinayətin törədilməsini bilərək bu barədə məlumat verməmə cinayət məsuliyyətinə səbəb olur.

Daha öncə verdiyimiz məlumatda da qeyd etmişdik ki, onkoloji xəstəlikdən əziyyət çəkən müəlliməni də işdən çıxarıb. Hazırda da Xəyalə Töhrablı islahatlarının davamı olaraq daha bir onkoliji xəstəlikdən əziyyət çəkən müəlliməni işdən çıxarmaq niyyətindədir. Həmin müəllimənin dərs saatları kəskin şəkildə azaldılmışdır.

Halbu ki, Xəyalə müəllimə bir çox müəllimlərə qarşı sərt olsa da Eldar Rəcəbovun kardlarına qarşı olduqca yumuşaqdır. Belə ki, Eldar Rəcəbovun oğlu Araz müəllim yenə dərslərə gəlmir, hətta imtahanlarda belə iştirak etmir. 05.06.2024-cü il tarixdə ansambl imtahanı keçirilib. İmtahanda iştirak edən şagirdlər pianinoda ifa edirlər, eyni vaxtda da Araz müəlim skripkada ifa etməli idi. Lakin Araz müəllim həmin tarixdə imtahanda iştirak etmədi. Amma Xəyalə müəllimə Araz müəllimin imtahanda iştirak etməməsinə göz yumdu.

Yənin Araz müəllimin imtahanlara və işə gəlməməsi üçün üzürlü səbəbi olub. Deyilənə görə Araz müəllim günü çox hissəsini maşın ustasının yanında keçirir. Belə ki, Araz müəllim atası tərəfindən alınan Volqa M-21 markalı antikvar maşın yığdırır və verilən məlumatlara görə təkcə həmin avtomobilin orijinal ehtiyat hissələrinin alınmasına 30.000 manatdan yuxarı pul xərcləyib. Araz müəllim uzun zamandır ki, Rusiya Federasiyasından həmin avtomobil üçün orijinal ehtiyat hissələri gətirzdirir. Görün Şəki Uşaq İncəsənət Məktəbininin direktoru Eldar Rəcəbovun topdağıtmaz sərvti nə qədərdi ki, təkcə oğlunun retro avtomobilinin ehtiyat hissələri üçün 30.000 manat pul xərcləyir.

Daha öncə Eldar Rəcəbovun sərvəti barədə az çox məlumat vermişdik. Redaksiyamıza verilən məlumata görə Eldar Rəcəbov daha öncə Şəki Turan Uşaq Musiqi Məktəbinin direktoru işləyib. Həmin dövrdə onun Bakı şəhərində yaşayan oğlu kirayədə qalırdı. Lakin Eldar Rəcəbov Şəki Uşaq İncəsənət Məktəbininə direktor təyin ediləndən sonra Bakı şəhərində 2 ədəd mənzil almışdır. Həmin mənzillərdən biri Memar Əcəmidə yerləşir.

Bundan əlavə Şəki Uşaq İncəsənət Məktəbininə direktor təyin ediləndən sonra Şəkidə Avtovağzalın yanında yerləşən çoxmərtəbəli binalarda 2 otaqlı mənzil, Şəki Dram Teatrı ilə üzbəüz yerləşən iki məttəbəli binada 2 ədəd (3 və 2 otaqlı) mənzil almışdır. Şəki Dram Teatrı ilə üzbəüz yerləşən iki məttəbəli binada yerləşən mənzillərin yol tərəfə baxan hissələrini qanunsuz olaraq sökərək mağaza etmiş, arxa tərəflərini isə mənzil kimi saxlayaraq kirayə verməkdədir.

Eldar Rəcəbovun sərvəti bununla da kifayətlənmir. Belə ki, deyilənə görə onun Mingəçevir şəhərində də mənzili mövcuddur və tez-tez həmin mənzildə istirahət etməyə gedir. Bundan əlavə Eldar Rəcəbov oğlu Araz üçün Şəki şəhərinin qoruq hissəsində yəni Karvansaraya yaxın hissədə fərdi yaşayış evi də almışdır.

Daha öncəki məqalələrimizdə qeyd edilmişdir ki, məktəbdə oğlundan başqa Eldar Rəcəbovun digər qohumları da işləyir. Belə ki, Eldar Rəcəbovun qaynı Arzu müəllim və onun oğlu Orxan müəllim də həmin məktəbdə işləyir. Hətta Eldar Rəcəbov daima Orxan müəllimi öz doğma atasından da artıq himayə edir və ona məktəbdə hər gür şərait yaradır. İş o yerə gəlmişdir ki, Orxan müəllim 4-5 il əvvəl ailə həyatı qurandan sonra ailəsi ilə birlikdə təxmini 1 ilə yaxın müddətdə Rusiya Federasiyasında yaşamışdır. Daima Orxan müəllimi ata qayğısı ilə himayə edən Eldar Rəcəbov bu bir il ərzində onun məktəbə gəlməməsini gizlətmişdir.

Redaksiyamıza daxil olan daha bir məlumatda isə bir neçə il əvvəl yəni Şəki Regional Mədəniyyət İdarəsinin sabiq rəisi Milvari Zeynalovanın vəzifədən kənarlaşdırılmasından bir az öncə Şəki Uşaq İncəsənət Məktəbinin təmiri üçün pul ayırtdırmış, lakin Milvari Zeynalovanın vəzifədən kənarlaşdırılmasından sonra Eldar Rəcəbov həmin pulu mənimsəmiş, sadəcə olaraq məktəbin giriş hissəsində bir neçə sinif otağını təmir etdirməklə kifayənlənmişdir. Həmin hissədə də 4 ədəd sfinif otağını alçıpanla bölərək 7 otaq etdirmişdir. Eldar Rəcəbov qalan pulları isə topdağıtmaz sərvətinə qatmışdır.

Göründüyü kimi Şəki Uşaq İncəsənət Məktəbində yol verilən qanunsuzluqları saymaqla bitmir. Məktəbin direktoru Eldar Rəcəbovun rəhbərliyi dönəmi araşdırılsa ortaya çox qanunsuzluqlar çıxar. Məktəbin rəhbər şəxsi olaraq vəzifə səlahiyyətlərindən sui isiifadə hallarından tutmuş, dövlət əmlakının israf edilməsi, mənimsənilməsi hallarına kimi hər cür qanunsuzluqlara yol verib Eldar Rəcəbov. Amma hələ ki, bütün bunlara göz yumurlar.

2023-cü ilin aprelindən Mədəniyyət naziri təyin edilmiş Adil Kərimlinin komandasının bu kimi hallara niyə şərait yaratması başa düşülən deyil. Axı bu gənc, islahatçı kadr Adil Kərimlinin imicinə xələl gətirir. Prezident İlham Əliyev gənc kadr olaraq ona etimad göstərib, yüksək vəzifə verib. Komandasının ölkə başçısının ona olan etimadını yüksək şəkildə doğrultmaq əvəzinə Eldar Rəcəbov kimilərinə şərait yartması isə, Adil Kərimlinin imicinə xələl yox, birbaşa zərbədir.

Aktualinfo.org

Bölmənin digər xəbərləri

24 Noyabr 2024 Qazaxın icra başçısının dəlixanaya saldığı məmur danışdı
24 Noyabr 2024 Ağsu RİH “tender kralı“ kimi tanınan ATF şirkətinə 707 manat ödəyəcək - Yenə yol təmir edirlər
23 Noyabr 2024 Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
23 Noyabr 2024 “İnnovasiya və Təchizat Mərkəzi”ndə əməlli-başlı özbaşınalıqdı – Cənab Qurbanov nə fikirləşir…
22 Noyabr 2024 Şüşün kənd sakini Köhünlü bələdiyyə sədrinin "fitri istedadı"ndan yazır...
22 Noyabr 2024  İcra başçısının ünvanına AĞIR İFADƏLƏR... - "Bu intriqada uduzacağını yaxşı bilir..."
22 Noyabr 2024 Hacıqabulda və Beyləqanda COP29 nədir - bilmirlər - Tərəflər Konfransına hazır olmayan təzə icra başçıları CƏZALANACAQLARMI?
22 Noyabr 2024 Naxçıvandakı həbsə İLGİNC REAKSİYA - Vasif Talıbovun kadrı imiş...
22 Noyabr 2024 Dövləti sayan kimdir: QARDAŞLAR BELƏ YEYİR... - DƏLİXANADIR, VALLAH...
22 Noyabr 2024 Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu
22 Noyabr 2024 “ADAU-da nələrin baş verdiyi göz önündədir, di gəl ki,..” MÜRACİƏT /VİDEO
21 Noyabr 2024 Şəmkir sakini sosial yardımından 90 manat tutulmasına etiraz edir – ŞİKAYƏT
21 Noyabr 2024 DÖVLƏT SUBSİDİYA VERİR, SAHİBKAR BADAM BAĞINI LƏĞV EDİR - Böyük şəbəkələr necə "pambıqla baş kəsir"? (Araşdırma)
20 Noyabr 2024 Binəqədi İcra Hakimiyyəti Xocasəndə qanunsuz tikilinin qarşısını ala bilmir – Bəs Arxitektura Komitəsi hara baxır?
20 Noyabr 2024 ADNSU rektorundan şikayət etməyin xeyri yoxdur... - Çünki şikayətlərə də özü cavab verir...
20 Noyabr 2024 Marketin adını “Zəfər” qoyub, su soyuducularına səkidə “düzülüş” verən sahibkar - FOTO
20 Noyabr 2024 COP29 günlərində Bakıda “yaşıl soyqırım” - Nərimanov sakinləri icra hakimiyyətini və tikinti şirkətini ittiham edirlər
19 Noyabr 2024 Göyçayda Şəhadət kənd sakininin pay torpağına göz dikən vəzifəli şəxslər kimlərdir – MÜRACİƏT
19 Noyabr 2024 Goranboy rayon MKTİB rəisinin “qara-qura” əməllərinin pərdəarxası gizlinləri
19 Noyabr 2024 Azərbaycan səhiyyəsinin “ölüm korpusu”, “təhlükəli üçlük” və qazinin ölümlə çarpışan həyat yoldaşı

Dünyapress TV

Xəbər lenti