Göyçay şəhəri H.Əliyev prospekti bina 132 mənzil 2 sakini Bəşirov Etibar Həmid oğlu tərəfindən
MÜRACİƏT
Göyçay Bələdiyyəsinin görünməyən hissəsini sizlərə təqdim edirik. Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar Göyçay Bələdiyyəsinin inzibati binasının görünən hissəsi təmir olundu. Çox çəkmədi ki, sabiq bələdiyyə sədri Zöhrab Rəsulov vəzifəsindən uzaqlaşdıldı. 2023-cü ilin sentyabr ayında gənc kadr Nuru Abdulrəhmanov Göyçay Bələdiyyəsinə sədri təyin olundu. Sakinlər ümid edirdi ki, vəzifəyə yeni təyin olunan gənc kadr inzibati binanı əsaslı təmir edəcəkdir. Lakin aylar keçməsinə baxmayaraq elə "Köhnə hamam, köhnə tas" məsələsidir. Maraqlıdır bəs bu necə ay ərzində Nuru Abdulrəhmanov hansı işlər ilə məşğul olub? Təqdim olunan şəkillərdə gördüyünüz kimi binanın daxili bərbad və qəzalı vəziyyətdədir. Öz təhlükəsizliyi bir yana, Göyçay şəhər sakinlərinin təhlükəsizliyi bu gənc kadrı maraqlandırmır. Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq! TEREF
Nuru Abdulrəhmanovun fəaliyyəti görsənmir, sanki donmuş vəziyyətindədir.Onun işi -gücü ancaq sosial şəbəkələrdə pozalı şəkillər paylaşmaqdır.Buna görədə Göyçay rayon sakinlərinin bələdiyyə sədri sarıdan bəxti gətirməyib.