Jurnalist Abşeron-Xızı Regional Təhsil İdarəsinin fəaliyyəti ilə bağlı sensasion faktlar açıqladı
Bu günlərdə redaksiyamıza tanınmış jurnalist, yazıçı, publisist, AYB-nin və Jurnalistlər Birliyinin üzvü, “Azərbaycan övladı” qəzetinin təsisçisi və baş redaktoru Pənah Azəri tərəfindən, Abşeron-Xızı Regional Təhsil İdarəsinin rəhbərliyinin iş fəaliyyəti ilə bağlı xeyli material təqdim olunmuşdur. Təqdim olunan materialı geniş oxucu kütləsinə təqdim edirik. Pənah Azəri yazır:​ “Abşeron- Xızı Regional Təhsil İdarəsini rəhbəri İlhamə Abdullayeva və onun özünə yaxın (qohum, rəfiqə və s.) olan vəzifəli şəxslər barəsində redaksiyamıza daxil olan bir qism müraciətlər tərəfimizdən araşdırılmışdır. Onların təfarrüatları aşağıdakı kimidir.

Araşdırma 1: Məlum olmuşdur ki, Abşeron-Xızı Regional İdarəyə 2022-ci ildən rəhbər təyin olunmuş İlhamə Abdullayeva, 2023-cü ilin may ayında Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar olaraq Flaşmob təşkil edilməsi üçün tabeliyində olan bütün ümumitəhsil məktəb direktorlarına xüsusi tapşırıqlar verib. Əldə olunmuş gizli məlumata görə adının çəkilməsini istəməyən bir neçə məktəb direktorları bildirdilər ki, şagird tutumu 2000 nəfərə qədər olan direktorlar üçün 2000 (iki min) manat, şagird tutumu daha yuxarı olan məktəb direktrolarından isə 3000 (üç min ) manat pul alınmışdır. Lakin

alınmış pulların müqabilində heç bir tədbir görülməmişdir. Yəni, Flaşmob təşkil edilməmiş, yığılan pullar İlhamə Abdullayeva tərəfindən mənimsənilmişdir. Həmin dövrdə İlhamə Abdullayevanın müavini işləmiş Coşqun Əiyev bu işin bilavasitə təşkilatçılığını həyata keçirmişdir. Məslənin öz həllini tapmadığını görən Coşqun Əliyev direktorlara: – gedin məktəbdən yığdığınız pulların cavabdehliyini özünüz daşıyın, demişdi.

Maraqlıdır ki, bu məsələ ilə bağlı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin aidiyyatı qurumları, o cümlədən nazir Emin Əmrullayevin, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi,

Məktəbəqədər və Ümumitəhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırovun da xəbəri var. İlhamə Abdullayevanın bu rüşvətxor əməlinə nazirlik rəsmləri susdu. Əksinə, bu cinayət işinə tədbir görməli olan nazir Emin Əmrullayev Coşqun Əliyevi Quba Xaçmaz Regional Təhsil İdarəsinə müdir təyin etdi. Budur Emin Əmrullayevin Azərbaycan Təhsilinə verdiyi “töhfə”. Budur Emin Əmrullayevin 2018-ci ildən bəri apardığı kadr siyasəti? ( korrupsiya və rüşvət çirkabına bulaşmış bir nazir (?) ).

​Araşdırma 2: Məlum olduğu kimi Abşeron-Xızı Regional Təhsil İdarəsinin bütün ümumitəhsil məktəblərində bufetlər fəaliyyət göstərir. Lakin bufetlər hansı şəkildə və necə fəaliyyət göstərirlər? Araşdırmamız nəticəsində aydın oldu ki, bufetlərdəki işçilərlə heç bir əmək müqaviləsi bağlanmayıb. Həmçinin, bufetlərdə satılan mallar Qida Təhlükəsizliyi Agentliyi tərəfindən nəzarətə götürülmür və müddəti ötmüş ərzaq məhsulları şagirdlərə satılır. Satılan ərzaq məhsullarının qiymətləri isə bazar qiymətindən daha bahadır. Məsələn, istənilən marketdə 0.30 və 0.40 qəpiklik adi sular, bufetlərdə 0.50- 0-60 qəpiyə satılır. Həmçinin bufetlərdə satılan malların vergidən yayınması birbaşa Regional İdarənin rəhbəri İlhamə Abdullayevanın tapşırığı ilə həyata keçirilir. Vergidən yayınma ilə məşğul olan İlhamə Abdullayeva yalnız öz şəxsi mənafelərini güdür. Prosesləri izləyərkən bir məqamı da nəzərdən qaçırmadıq. Bir vaxtlar İ.Abdullayevanın müavini olmuş, sonradan Quba -Xaçmaz Regional İdarəyə təyinat almış Coşqun Əliyev də eyni prosedurları həyata keçirir. Nəticədə bunu demək olar ki, İlhamə Abdullayevanın təqdimatı əsasında regionala təyinat alan Coşqun Əliyev “ağasının” tapşırığı ilə rüşvətxorluq əməllərini həyata keçirir. Bu prosedurun vahid bir yerdən idarə olunması kimsədə şübhə doğura bilməz. İlhamə Abdullayevanın vergidən yayındığı sahələr.

​Araşdırma 3: Məktəblərə satılan məktəbli formaları yəni ki, hər bir məktəb üçün ayrı-ayrı rəng çalarlarının seçilməsi onların satışının təşkili niyə məhz Regional İdarə müdiri İlhamə Abdullayevanın maraq dairəsindədir? Çünki, fabrik müdiri olan Səkinə adlı qadınla rəfiqədirlər. İki tərəfli razılaşma əsasında məktəblərə kütləvi şəkildə formaların satışını təşkil etdilər. Nəticə etibarı ilə keyfiyyətsiz materiallardan tikimiş hər bir məktəbli forması 60 manat civarında valideyinlərin cibinə girməklə məcburi şəkildə satışa çıxarıldı. Formalar Sumqayıtda və Xırdalanda yalnız bir satış məntəqəsindən istifadə edildi. Aidiyyatı üzrə hüquq-mühafizə orqanlarında araşdırma aparılarkən Elm və Təhsil Nazirliyinin Bakı Tikiş Evinin satış nöqtələrindən alınan formaların: – bizim regionala aidiyyatı yoxdur deməsi ilə bağlı məsələyə son qoyuldu. Nazir Emin Əmrullayev isə bu işdə yenə də susmaq mövqeyində durdu. Bakıdan Abşerona gələn şagirdlərə yeni məktəbli formasını məcbur aldırmaq ideyasının isə hansı zərurətdən yarandığı İlhamə Abdullayeva tərəfindən susqunluqla qarşılandı. Sual verirəm: Vətəndaş nazir! İlhamə Abdullayevanın bu qədər korrupsiya faktına, rüşvətxorluğuna susmağınızda maraq nədir?

Araşdırma 4: Bütün ümumitəhsil məktəblərin IV və IX siniflərində kütləvi şəkildə aparılan monitorinqlərin kağız qiymətləri məktəb rəhbərlərinin belinə yükləməklə həyata keçirildi. Qeyd edim ki,

monitorinqlərin təşkili üçün dövlət büdcəsindən yetərincə maliyyə vəsaiti ayrılıb. Lakin, İlhamə Abdullayevanın rəhbərlik etdiyi Regional İdarə tərəfindən bütün maddiyatın silinərək yeyintiyə yol verilməsi açıq aydın müəyyən olunmuşdu. Sual olunur, monitorinqləri Regional İdarə həyata keçirirsə niyə məktəb rəhbərlərindən pul alınır və bu pul sinif rəhbərlərinin tələbi ilə şagirdlərdən yığılır, Bir korrupsionerin, rüşvətxorun, əməllərinə susmaq bu qədərmi? Nədir bu susqunluğa səbəb? Belə başa düşmək olarmı ki, bu çirkablığın içində elə məktəb direktorlarının özü də maraqlıdır?

​Araşdırma 5: Bir neçə kurslarla əlbir olub şagirdlərin imtahana gəlişinin təşkili müqabilində kurs rəhbərlərindən hər bir şagirddən əldə olunan gəlirin 30% – nin məhz Regional İdarə müdirinə çatacağı barədə gizli məlumatlat toplaya bilmişik.

​Araşdırma 6: Uşaq Gənclər Yaradıcılıq Mərkəzlərinin (UGYM) fəaliyyətinə də baş vurduq. Məlum oldu ki, Abşeron və Sumqayıtda fəaliyyət göstərən UGYM – lərin dərnəklərinə cəlb olunmuş şagirdlərin adları var, özləri isə yox. Həmçinn, Dərnək rəhbəri vəzifəsinə təyin olunanların adı olub, özü olmayan müəllimlərə ayrılmış əmək haqlarının hara və necə yönləndirilməsi ilə maraqlandıq. Bəzi müəllimlərlə əlaqə saxladığımız zaman məlum oldu ki, müəllimə UGYM- in yerləşdiyi yeri belə bilmir. Rəhbər şəxslərdən birinin verdiyi məlumta görə yazılan dərs saatlarına ayrılan pulların bir başa Regional İdarəyə verildiyi bildirildi. Baxın, görün ki, İlhamə Abdullayeva dövlət əmlakını, onun büdcəsini necə və kimlərin əli ilə talayır? Çox yaxşı taktikadır və bu taktika əvvəlcədən düşünülmüş şəkildə məktəb direktorlarının üzərindən həyat keçirilir.

​Araşdırma 7: Məktəblərə Labarant və kiçik texniki işçi adı altında işə qəbul edilən işçilərin müəllimlər otağında, kitabxanada, kargüzarın yanında, direktor müavinlərinin otağında əyləşməklə günlərini boşu- boşuna keçirərək dövlətin onlara ayırdığı pulları beləcə İlhamə Abdullayeva öz yaxın ətrafına hədiyyə edir. Bir neçə Şəhid, qazi ailələrinin övladlarını, o cümlədən bacı qardaşlarını da işlə təmin edir ki, gözdən pərdə assın. Lakin bu heç də İlhamə Abdullayevanın belə insanların qayğısına qalmasından irəli gəlmir. Çünki, işə qəbul edilmiş, ortada yeyib kənarda gəzən “Labarantlar”ın (labaratoriyalar) hansı yolla vəzifəyə təyin edilməsi nəzərimizdən qaçmadı. Araşdırma zamanı məlum oldu ki, ortada yeyib, kənarda gəzən “Labarantlar” müəyyən məbləğ müqabilində işlə təmin olunublar. Bu işləri isə İlhamə Abdullayevanın “Qara Kassaları” həyat keçirir.

​Araşdırma 8: Məktəbəqədər müəssisələrdə araşdırma apardıq. Aparılmış araşdırma nəticəsində Abşeron Xızı Regional İdarənin tabeliyində olan bütün Məktəbəqədər müəssisələrdə qeyri qanuni pullu qruplar fəaliyyət göstərir. Bu qruplara şagird qəbulu 500 manatdan başlayır. Həmçinin, hər bir valideyndən əlavə olaraq aylıq 50 manat pul yığılır. Bu qruplar müəssisələrdəki qruplardan əlavə açılır ki, burada tərbiyəçi müəllimlər işə qəbul edilir. Lakin başqa maraqlı fakt odur ki, əlavə qruplara cəlb olunan uşaqlar bağçalara ayrılmış gündəlik maliyədən qidalanırlar. Bəs o zaman valideynlərdən niyə aylıq 50 manat rüşvət yığılır, – hər bir uşaq üçün?

​Araşdırma 9: İlhamə Abdullayevaya sual olunur, niyə Regional İdarəyə müdir təyin olunan kimi Sumqayt Təhsil Şöbəsini yenidən təmir ( remont ) etdirdin? Axı adı çəkilən bina 2021 ci ildə təmirdən çıxmışdı. Maraq nə idi? Əsaslı təmir adı ilə dövlətin büdcəsini talamq hansı maraqdan irəli gəlir? Əgər təhsilə belə canın yanırsa Abşeron təhsilinin binasını da əsaslı təmir etdirərdin, niyə etdirmirsən? Özün üçün xüsusi otaq, otağın arxasında istirahət yeri, bufet. Xüsusi ağ mebeller var ki, bunların da qiyməti kəllə çarxa çıxıb. Yoxsa nazir Emin Əmurullayev vəzifəyə yeni təyin olunan kimi öz kabinetinə məxsus mebellərin dəyişdirilməsi ilə bağlı verdiyi sərancamdan sən də ibrət götürdün?

​Araşdırma 10: Onu da qeyd edim ki, İlhamə Abdullayeva 2023 cü ilin may ayında özünə yaxın direktorlarla birgə Estoniyaya təlim adı ilə səfər etdi. Səfərin qiyməti isə 5000 EVRO təşkil edirdi. 2023 cü ilin mart ayındakı səfər 1600 EVRO təşkil etdiyi halda may ayındakı qiyməinin yüksək olması bizdə şübhə yaratdı. Araşdırdıq ki, bu dəfəki səfər təlim deyil, şəxsi məqsədlər üçün gəzməyə yönəldilmişdir. Bir qrup İlhamə Abdullayevaya yaxın olan direktorlar öz mənafeləri naminə məktəbdən yığdıqları pullar hesabına xarici ölkələrdə təlim adı ilə istirahət edirlər. Öz əmək haqları 1500 manat civarında dəyişən direktorlar sizcə hansı haram yollarla qazandıqları pullarla Estoniyada istirahət edirlər və iş vaxtlarında…

P.S. Redaksiyanın apardığı araşdırmalardan gəlinən qənaət budur ki, 2022-ci ildən Abşeron – Xızı Regional İdarəyə təyinat alan İlhamə Abdullayeva xeyli miqdarda dövlət əmlakını mənimsənilməsi, vəzifə

səlahiyyətlərindən sui-istifadə, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə və vəzifə saxtakalığı etməklə, vəzifə saxtakarlığı edilmsinə əsaslı şübhələr var. Düşünürəm ki, faktla bağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4 (qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda mənimsəmə) və 313-cü ( vəzifə saxtakarlığı ) maddələri ilə cinayət işi başlanmalı və istintaq tədbirləri həyata keçirilməlidir”. Qarşı tərəfin də mövqeyini dinləyə bilərik.

Ardı var
Nyus.Az olaraq məqalədə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini işıqlandlrmağa hazırıq!

Nyus.Az

Bölmənin digər xəbərləri

25 Noyabr 2024 Xalqa qarşı açılan AYNA-lı: indi də bu qurumun əməkdaşları ağac dalında gizlənib...
25 Noyabr 2024 Dillər Universitetində NƏ OYUNLAR ÇEVRİLİR... - İLGİNC FAKTLAR...
25 Noyabr 2024 Burda müştərini rəsmən QARƏT EDİRLƏR - BU NƏ HESABDIR?
25 Noyabr 2024 Mürsəl İbrahimovun menyusunə Xidmətin Nərimanov idarəsində “X5” rüzgarı əsir...
25 Noyabr 2024 Mərkəzi Aran Təhsil İdarəsinin Yevlax hissəsində aləm dəyib bir-birinə.
25 Noyabr 2024 Aptek müdürü işçisini vəhşicəsinə döydü - anbaan VİDEOLAR
25 Noyabr 2024 Ucar rayonunun qaziləri Ucar RMX-ndan Prezidentə şikayət etdilər - ŞİKAYƏT -VİDEO
25 Noyabr 2024 Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
24 Noyabr 2024 Qazaxın icra başçısının dəlixanaya saldığı məmur danışdı
24 Noyabr 2024 Ağsu RİH “tender kralı“ kimi tanınan ATF şirkətinə 707 manat ödəyəcək - Yenə yol təmir edirlər
23 Noyabr 2024 Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
23 Noyabr 2024 “İnnovasiya və Təchizat Mərkəzi”ndə əməlli-başlı özbaşınalıqdı – Cənab Qurbanov nə fikirləşir…
22 Noyabr 2024 Şüşün kənd sakini Köhünlü bələdiyyə sədrinin "fitri istedadı"ndan yazır...
22 Noyabr 2024  İcra başçısının ünvanına AĞIR İFADƏLƏR... - "Bu intriqada uduzacağını yaxşı bilir..."
22 Noyabr 2024 Hacıqabulda və Beyləqanda COP29 nədir - bilmirlər - Tərəflər Konfransına hazır olmayan təzə icra başçıları CƏZALANACAQLARMI?
22 Noyabr 2024 Naxçıvandakı həbsə İLGİNC REAKSİYA - Vasif Talıbovun kadrı imiş...
22 Noyabr 2024 Dövləti sayan kimdir: QARDAŞLAR BELƏ YEYİR... - DƏLİXANADIR, VALLAH...
22 Noyabr 2024 Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu
22 Noyabr 2024 “ADAU-da nələrin baş verdiyi göz önündədir, di gəl ki,..” MÜRACİƏT /VİDEO
21 Noyabr 2024 Şəmkir sakini sosial yardımından 90 manat tutulmasına etiraz edir – ŞİKAYƏT

Dünyapress TV

Xəbər lenti