251 saylı orta məktəbində müəllim şagirdi döydürdü
Acı da olsa reallıq olan odur ki, ölkənin təhsil sahəsindəki vəziyyət heç də ürək açan səviyyədə deyil.

Danılmaz faktdır ki, repetitorlar və hazırlıq kursları olmasa orta məktəblərdə tədris olunan proqram və müəllim heyyətinin keçdiyi həvəssiz dərslər ilə ali təhsil müəssisələrinə qəbul olmaların göstəriciləri biyabırçı səviyyədə olardı. Bunda isə cənab Prezident İlham Əliyevin ölkənin təhsil siyasətini həvalə edərək etibar etdiyi Elm və təhsil naziri Emin Əmrullayev maraqlı olmalıdır.

251 saylı orta məktəbində müəllim şagirdi döydürdü

Orta məktəb təhsil ilə yanaşı uşaqlara eyni zamanda təlim və tərbiyyə ocağı da olmalıdır. Bir çox məktəblərdə müəllimlərin və şagirdlərin geyim uniforması, dres kodu demək olar ki, yoxdur. Belə desək kim nəyi necə istəyir elə də geyinərək məktəbə gəlir. Təbii ki, bu bütün təhsil ocaqlarına şamil edilmir. Kifayyət qədər nizam intizamlı və təlim-tərbiyyəyə diqqət yetirən təhsil ocaqlarımız da var.

Lakin, Bakının Nizami rayonunun 251 saylı məktəbində baş verən olay ölkə təhsilinə bir ləkədir.

NOCOMMENT.az-a daxil olan məlumatda bildirilir ki, cari il martın 11-də məktəbin 10 D sinifində baş verənlər sanki xarici filmdə baş vermiş dəhşətli və üzücü bir olaydır.

Belə ki, sinifdə təhsil alan məktəbli qıza “Maqa” ləqəbli sinif yoldaşı söz ataraq sataşıb. Qız isə öz növbəsində kənardan məktəbə özünün oğlan dostunu dəvət edərək məsələyə aydınlıq gətirilməsini istəyib. “Razborkaya” gələn qızın oğlan dostu sinifin oğlanları ilə görüşüb danışırlar. Bu zaman qızın yanında oturan Murtuzov Saleh (ad və soyad şərtidir) sadəcə söhbətin qulaq şahidi olduğuna görə prossesə cəlb edilir.

Daha sonra qızın 4 nəfər sinif yoldaşı söhbətə heç bir aidiyyatı olmayan Saleh Murtuzovu məktəbin ayaq yolusuna apararaq təhqir ediblər, hədə qorxu gəlməyə başlayıblar. Onlar Salehə telefon verərək tələb ediblər ki, vatsapda qızın oğlan tanışına bildirsin ki, Maqa qıza söz atmayıb.

251 saylı orta məktəbində müəllim şagirdi döydürdü

Bunun ardınca S.Murtuzovun sinifin 2 nəfər Rəfi və Şamxal adlı “qoçusu” sinif rəhbərləri olan Şəhla Surxayevnanın yanına gətiriblər. Sinif rəhbərinin yanında uşaqlardan biri əlini Salehin çiyninə qoyaraq “Müəllimə nə deyirsiniz, cəzalandıraq, döyək bunu?” deyiblər. Müəllimə isə bəli, döyün deyib.
Məktəb qoçularına yaşıl işıq yandıran Şəhla Surxayevna ocağa su əvəzinə sanki benzin töküb. “Razborka”nın kulminasiyası da bundan sonra baş verib.

Sinifdə qıza söz atıb sonra qızın məktəbə gətirdiyi oğlandan qorxaraq sözlərini geri götürüb, özlərinə yalançı şahid axtaran qoçular sinif rəhbərləri Şəhla “müəllimə”nin “dobro”sundan sonra Salehi yenidən məktəbin ayaq yolusuna apararaq döyüblər.

Səməd Mütəllimov 251 saylı məktəb
Üzərində xəsarət izləri və paltarı cırılmış vəziyyətdə olan Saleh sinifə, həmin 2 nəfər isə sinif rəhbərlərinin yanına gedərək tapşırığın icra olunduğunu bildiriblər.

251 saylı orta məktəbində müəllim şagirdi döydürdü
Elçin Abdullayev

Sinif rəhbəri məsələnin necə qəlizləşdiyini gördükdən sonra həmin uşaqlar ilə sözləşərək belə bir sözün demədiyini bildirib.

Ən pisi isə odur ki, bütün bunlar paytaxtın Nizami rayonunda yerləşən bir məktəbində baş verir və məktəb direktoru Elçin Abdullayev bütün bunları görməzdən gəlir və məsələyə çox səthi yanaşır.

Məktəbin Təlim-tərbiyyə işləri üzrə 2 direktor müavini olsa da, məktəbdə kriminala meyilli gənclər yetişir və digər şagirdlərin də, təhsil almasına mane olurlar.

Görəsən 10-cu sinifdə oxuyan bu zavallı uşağın yaşadıqları, stressin acı xatirələri nə qədər çəkəcək və hansı izlər buraxacaq? İndən sonra daha 2 il necə bir sinifdə oxuyacaqlar?

251 saylı orta məktəbində müəllim şagirdi döydürdü
Leyla Sadıqova

Görəsən Təlim-tərbiyyə işləri üzrə direktor müavinləri hörmətli Ülviyyə Nuriyeva və Leyla Sadıqova harda idi ki, məktəbə kənardan oğlanlar gələrək məsələ aydınlaşdırır və sinifdə özlərini avtoritet sayan gənclər yetişir.

Məktəbin təlim tərbiyyə işi axı heç də təhsildən aşağıda deyil və az əhəmiyyət daşımır.

Bu gün kriminala meyilli bu şagirdlər sabahın gənci və hər hansı bir sahənin mütəəxəssisləridir. Nizam intizamsız, kobud desək tərbiyyəsiz hər hansı bir mütəxəssisdən isə özündən başqa heç kəs faydalanmayacaq. Axı məktəbin məhz təlim-tərbiyyə işləri bu iki xanıma tapşırılıb.

251 saylı orta məktəbində müəllim şagirdi döydürdü
Ülviyyə Nuriyeva

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2020-ci il sentyabrın 7-də paytaxtın Nizami rayonunda 251 nömrəli tam orta məktəbdə aparılan əsaslı təmir işləri ilə tanış olub, bu təhsil ocağının yeni korpusunun açılışında iştirak edib. Məktəbdə ümumilikdə 1700-dən artıq şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 100-ə yaxın müəllim məşğul olur. Daha doğrusu olmalıdır.

Ümid edirik ki, aidiyyatı üzrə hüquq mühafizə orqanları, Elm və Təhsil Nazirliyi bu məsələni diqqətdə saxlayacaq və məsələni araşdırıb hüquqi qiymət verəcək.

251 saylı orta məktəbində müəllim şagirdi döydürdü

Elm və Təhsil Nazirliyinin mövqeyini işıqlandırmağa hazırıq.
 

Bölmənin digər xəbərləri

28 Aprel 2025 Qənirə Ataş “VMR Estetik”lə bağlı şok faktlar açıqladı
28 Aprel 2025 Biləcəridə yaşıl ağaclar çıxarılıb, səkidə obyekt tikiləcək?-Videofakt
28 Aprel 2025 “Tamstore” qadın işçini döydülər
28 Aprel 2025 Gülsüm Əliyevaya Aquafiling təlimini Rəna Sultanova keçib! - FOTOFAKT
28 Aprel 2025 "Nur" çörək... Həm yanmış, həm də kifli çörəklər... - NARAZILIQ VAR...
28 Aprel 2025 HAZIR OLUN: Hər gün yeni bir hoqqabazlığa şahidlik edəcəyik... - İTTİHAM VAR...
28 Aprel 2025 Qanunsuz şirkətləri ilə ölkəni talayanlar... - Sahibkarlar nə təklif edir?
28 Aprel 2025 Nərimanov rayonunda “Ailə Park” MTK yaşıl ağacı belə məhv edir- Video
28 Aprel 2025 "Aristokrat" klinikasında işləyən "doktor" Şölə pasiyentləri necə aldadır-Fotofakt
28 Aprel 2025 Bu pasiyentlərin çılpaq görüntüləri yayılıdı-Fotolar
28 Aprel 2025 "Azərlotereya" ASC-nin rəsmisi Gənclər və İdman Nazirliyini belə ələ salıbmış - Fərid Qayıbovun bu qərarını ... / FOTO
27 Aprel 2025 Gülsüm Əliyevanın diplomu saxta çıxdı - Dicle Universiteti belə bir məzunlarının olmadığını AÇIQLADI
27 Aprel 2025 SƏDR DƏYİŞDİ, ANCAQ YEYİNTİ DAVAM EDİR - Rəsmi yoxlama nələri üzə çıxarıb?
27 Aprel 2025 Bu şirkətin özbaşınalığına "dur" deyən olacaqBakıda - “Vialon” yenə evləri dağıdır VİDEO
27 Aprel 2025 İcra başçısının dayısı oğlu olan Zəfər Quliyevdən şok addım:
27 Aprel 2025 "Medaura" klinikasından Nigar Məhəmmədova növbəti qurbanlarına çağırış etdi- Video
26 Aprel 2025 Oğuzda çayın yatağından kimlər qanunsuz daşınma edir?-Araşdırma
26 Aprel 2025 Masallıda yaşıllığa `GƏMİRİCİ`LƏR DARAŞIB... - BU DA FAKT!
26 Aprel 2025 Deputatın oğlunun şirkəti 300 min manata yaxın vergi borcunun niyə ödəmir?-Rəsmi araşdırma
26 Aprel 2025 Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....

Dünyapress TV

Xəbər lenti