POLKOVNİK İKİ NƏFƏRİN ÖLÜMÜ İLƏ NƏTİCƏLƏNƏN TÖRƏTDİYİ AVTOQƏZADAN NƏ QƏDƏR QAZANCLI ÇIXDI?- Nazirə müraciət
Və yaxud, UDUZANDA DA UDAN POLKOVNİKİN PULA SONSUZ HƏRİSLİYİ

Təxminən bir neçə il bundan əvvəl ölkə mətbuatında dərc edilmiş “Polkovnikin kürəkəni 2 nəfəri öldürdü və yüksək vəzifə aldı” başlıqlı araşdırma yazımız ictimaiyyətdə geniş rezonans doğurmuşdu. Belə ki, araşdırma yazısında qeyd edilən faktlar üzrə baş vermiş hadisələrin səbəbkarı- Azərbaycan Respublikasının Hərbi Komissarının siyasi məsələlər üzrə müavini olmuş, sonralar isə Ədliyyə Nazirliyinin Pentensiar Xidmətin Qərərgah rəisi olmuş Sadıqov Rasim Sadıx oğlu olmuşdur. Doğrudur, özünü hər yerdə Ədliyyə naziri olmuş cənab Fikrət Məmmədovun əmisioğlu kimi tanıtmağa çalışan, əslində isə belə qohumluğu olmayan sabiq polkovnik o vaxtı bizə qarşı məhkəmə davası açmağı planlaşdırsa da, ətrafında dolaşan ağıllı adamları onu başa salmışlar ki, "əlahəzrət fakt qarşısında nəinki məhkəmə, elə hamı acizdir, bir az ağıllı olsan yaxşıdır".
Bəli, biz elə düşündük ki, karyerası dövründə törətdiyi qanunsuz hərəkətlərə və digər cinayətlərə görə Sadıqov Rasım peşimançılıq hissi keçirərəck və səhvlərini düzəltməyə çalışacaq. Amma tarix göstərdi ki, Sadıqov elə həmin adamdır. Məsələn, Bakıda, Qaxda, Şəkidə sahub olduğu obyektlərdən gələn gəlirlərdən yenə əvvəlki tək vergilərdən yayınmaqla məşğuldur, Şəkinin Aşağı-Göynük kəndində yerləşən və 2001-ci ildən fəaliyyət göstərən 600 nəfərlik tutumu olan şadlıq evinin göstərdiyi xidmətə görə yenə külli-miqdarda vergilərdən yayınmaqla məşğuldur, 12 nəfərdən ibarət işçi personalı ilə əmək müqaviləsi bağlamadan onların əməyini qul kimi istismar edir, Sosial Müdafiə Fonduna 20 ildən çoxdur ki, 1 qəpik də olsa ödəniş etmir və s.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-03_1710264276_1.png
Mədət Quliyevin vaxtilə işdən qovduğu polkovnik Sadıqov Rasim

CİNAYƏT TÖRƏDİB PUL QAZANAN POLKOVNİK ÖZÜNÜ KİMİN ƏMİSİ OĞLU HESAB EDİR?

Amma işin digər maraqlı tərəfi ondan ibarətdir ki, Sadıqov Rasim özünəməxsus qara rəngli, “REXTON” markalı, 90—098 dövlət nömrə nişanlı avtomobili ilə ailəsi və kürəkəni Raufla 2017-ci ilin avqustun 17-də mülkiyyəti olan və rayonda yerləşən şadlıq sarayından haq –hesab etdikdən sonra Bakıya qayıdarkən Qəbələ şəhərinin “Dəmiraparan” çayı yaxınlığında VAZ 21 06 mamrkalı avtomobillə qarşı qarşıya toqquşaraq ağır yol nəqliyyat hadisəsi törətmişdir. Avtomobilin içərisində olan 34 və 43 yaşlı iki kişi hadisə yerindəcə dünyalarını dəyişmişlər. Qəza zamanı həlak olan Qəbələ rayon sakinləri olan ailə başçılarından birinin iki , digərinin isə 3 övladı yetim qalmışdır. Hadisədən dərhal sonra Rasim kürəkəni Raufdan xahiş etmişdir ki, sənin Akif dayın çox imkanlıdır, istintaq zamanı bildirərsən ki, sükanı mən idarə etmişəm. Akif dayın istintaqın da, ölü sahiblərinin də pulunu verib məsələni yoluna qoya bilər. Bəli, məsələ, uzun müddət Sumqayıt Telekommunikasiya Qovşağının müdiri olmuş oliqarx Akif Əsgərov tərəfindən necə lazımdırsa bağlanır və R.Sadıqov tərəfindən törədilən, iki nəfərin ölümü ilə baş vermiş cinayət elə istintaq araşdırmasında ört -basdır edilir. Arada vasitəçilk edən Rasim bildirir ki, ailə başçılarını itirmiş ailələrə də 70 min manat pul verilsə, onlar şikayətçi olmayacaqlar. Sonradan məlum olur ki, Rasim “qan pulu” adı ilə aldığı pulun cəmi 30 min manatını iki ailəyə vermiş, qalan 40 min manat "qan pulu"nu özü mənimsəmişdir. Bir ildən sonra Akif Əsgərovun Rasimin pul oyunbazlığından xəbəri olan kimi qohumlar arasında mübahisələri düşmüşdür. Bir sözlə, Rasim törətdiyi avtomobil qəzasında iki nəfəri öldürməsinə baxmayaraq cinayət işi açılmır, əksinə, maddi maraqlar hesabına Qəbələ Polis Şöbəsində ört- basdır edilir. Ortada qazanan isə yenə Sadıqov Rasim olur. Baş vermiş cinayət faktı ört basdır edildikdən sonra Rasim yenə kürəkəni Raufa bildirir ki, bəs Akif dayına deki, Rasimin avtomobilinə də ciddi ziyan dəyib, onu da düzəltmək üçün maddi köməklik göstərsin. Belə yerdə deyiblər- “utanmasan oynamağa nə var ki,”
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-03_1710264337_1.png
Əsgərov Akif- Sumqayıt Telekommunikasiya Qovşağının sabiq müdiri

Rasimin törətdiyi avtoqəzadan 2 il sonra isə qardaşı Mais Sadıxov da Zaqtaladan evinə qayıdarkən idarə etdiyi avtomobillə yolda digər avtomobillə toqquşmuş, nəticədə 2 nəfər hadisə yerindəcə həlak olmuşdur. O vaxt da Sadıxov Rasim qardaşının işinin yüngülləşdirilməsi üçün müstəntiqə bildirmişdir ki, ikinci ölən qadının 81 yaşı vardı və onu sənəddə ölmüş kimi göstərməsin, onsuz da qadının ömrünün axırı idi. Rasim məsələnin həll edilməsi üçün avtotexniki ekspertdən lazımi rəy almaq üçün danışıqlar aparır. Cinayət işini ört-basdır etmək üçün tələb olunan ekspert rəyi üçün lazım olan 10000 manat əvəzinə çox xahiş-minnətdən sonra 5000 manat pul ( qohum-əqrəba tərəfindən qəpik qəpik yığılan) verib rəyi alıb müstəntiqə verirlər. Müstəntiq verilən belə saxta rəy əsasında qardaşı Maisi buraxdıra biləcəyini bildirir. Bundan sevinən R.Sadıxov bir neçə gündən sonra avtotexniki ekspertin yanına gələrək müsbət rəy üçün verdiyi 5000 manatı ( hansı ki, bu pulları da qohumlar tərəfindən yığılmışdır) geri tələb edir. Ekspert narazı qaısa da pulu qaytarır. Lakin verdiyi rəyi də ləğv edib yenidən hadisənin baş vermə səbəblərini olduğu kimi yenidən rəy yazıb müstəntiqə göndərir. Nəticədə Mais Sadıxov 5 il 6 ay müddətində azadlıqdan məhrum edilir. Arada 5000 manat qazanan isə yenə də R.Sadıxov olur. Bu hadisəni də çoxları bilir.
R.Sadıxovun kürəkəni Rauf isə Qəbələdə "sənədlər" üzərində törətdiyi" avtoqəzadan sonra hərbi xidmətdə olmadığı halda dərhal leytenant rütbəsilə mükafatlandırılaraq Ədliyyə Nazirliyin Penitensiar Xidmətində vəzifəyə təyin edilir. 1 il sonra baş leytenant, hazırda isə mayor rütbəsində kefə baxır. Yəni, sənəd üzrə qəza törədərək iki və daha çox adamın ölümünə səbəb olan şəxs Rauf 1 gün də olsa inzibati cəza almadan belə yüksək vəzifəyə təyin olunur.

POLKOVNİKİN ŞƏXSƏN ÖZÜNÜN TÖRƏTDİYİ CİNAYƏT İŞİ YENİDƏN ARAŞDIRILMALI VƏ HÜQUQİ QİYMƏTİNİ ALMALIDIR!

Hesab edirik ki, Sadıqov Rasimin şəxsi mülkü hesab edilən , qara rəngli, 90—098 dövlət nömrə nişanlı. “Rexton” avtomobili ilə Qəbələ şəhərində 17 avqust 2017-ci il tarixində, saat 16 radələrində iki və daha çox adamın ölməsilə nəticələnən avtoqəza törətməsi və baş vermiş cinayətin istuntaq zamanı ört-basdır edilməsi DİN-nin aidiyyatı üzrə istintaq orqanlarında yenidən araşdırılmalıdır.
Hesab edirik ki, Sadıqov Rasimə məxsus Şəki-Qax şossesinin 18-ci km-də yerləşən şadlıq evinin 21 illik fəaliyyəti dövründə külli –miqdarda vergilərdən yayınmasına,( vergi ödəyicisi kimi bir manat rəsmi ödəmə qəbzi olmadığı halda) obyektdə bu müddət ərzində işlətdiyi 12 nəfər işçi personalla əmək müqaviləsi bağlamadığına, Sosial Müdafiə Fonduna tələb olunan vəsaitləri köçürmədiyinə, tibbi sosial sığortadan yayındığına görə məsuliyyətə cəlb edilməlidir.
Bizi izləyin.
https://yenixeber.org/arasdirma/57907-polkovnikin-kurekeni-2-neferi-oldurdu-ve-yuksek-vezife-aldi.html

İfadetv.com-un araşdırma qrupu

Bölmənin digər xəbərləri

28 Aprel 2025 Qənirə Ataş “VMR Estetik”lə bağlı şok faktlar açıqladı
28 Aprel 2025 Biləcəridə yaşıl ağaclar çıxarılıb, səkidə obyekt tikiləcək?-Videofakt
28 Aprel 2025 “Tamstore” qadın işçini döydülər
28 Aprel 2025 Gülsüm Əliyevaya Aquafiling təlimini Rəna Sultanova keçib! - FOTOFAKT
28 Aprel 2025 "Nur" çörək... Həm yanmış, həm də kifli çörəklər... - NARAZILIQ VAR...
28 Aprel 2025 HAZIR OLUN: Hər gün yeni bir hoqqabazlığa şahidlik edəcəyik... - İTTİHAM VAR...
28 Aprel 2025 Qanunsuz şirkətləri ilə ölkəni talayanlar... - Sahibkarlar nə təklif edir?
28 Aprel 2025 Nərimanov rayonunda “Ailə Park” MTK yaşıl ağacı belə məhv edir- Video
28 Aprel 2025 "Aristokrat" klinikasında işləyən "doktor" Şölə pasiyentləri necə aldadır-Fotofakt
28 Aprel 2025 Bu pasiyentlərin çılpaq görüntüləri yayılıdı-Fotolar
28 Aprel 2025 "Azərlotereya" ASC-nin rəsmisi Gənclər və İdman Nazirliyini belə ələ salıbmış - Fərid Qayıbovun bu qərarını ... / FOTO
27 Aprel 2025 Gülsüm Əliyevanın diplomu saxta çıxdı - Dicle Universiteti belə bir məzunlarının olmadığını AÇIQLADI
27 Aprel 2025 SƏDR DƏYİŞDİ, ANCAQ YEYİNTİ DAVAM EDİR - Rəsmi yoxlama nələri üzə çıxarıb?
27 Aprel 2025 Bu şirkətin özbaşınalığına "dur" deyən olacaqBakıda - “Vialon” yenə evləri dağıdır VİDEO
27 Aprel 2025 İcra başçısının dayısı oğlu olan Zəfər Quliyevdən şok addım:
27 Aprel 2025 "Medaura" klinikasından Nigar Məhəmmədova növbəti qurbanlarına çağırış etdi- Video
26 Aprel 2025 Oğuzda çayın yatağından kimlər qanunsuz daşınma edir?-Araşdırma
26 Aprel 2025 Masallıda yaşıllığa `GƏMİRİCİ`LƏR DARAŞIB... - BU DA FAKT!
26 Aprel 2025 Deputatın oğlunun şirkəti 300 min manata yaxın vergi borcunun niyə ödəmir?-Rəsmi araşdırma
26 Aprel 2025 Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....

Dünyapress TV

Xəbər lenti