Əlilliyinin bərpa olunması üçün 12 min manat rüşvət tələb olundu… - ŞİKAYƏT
Quba sakini iddia edir ki, məsələ ilə bağlı yazılı şəkildə nazir Sahil Babayevə məlumat versə də, maraqlanan olmayıb

Quba rayonu, Alpan kənd sakini, ehtiyatda olan baş gizir Qədirov Ziya Pirhəsən oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ondan 12 min manat pul tələb edir.

“Mən, Qədirov Ziya Pirhəsən oğlu, 1995-ci ildən 2015-ci ilə qədər, ümumilikdə 19 il, ordu sıralarında xidmət etmişəm.

2014-cü ilin dekabr ayında xidməti vəzifələrimi yerinə yetirərkən qapalı kəllə-beyin travması almışam. 2015-ci ilin oktyabr ayına qədər hərbi hospitalda müalicə aldıqdan sonra məni “xidmətə yararsız” kimi ordu sıralarından tərxis etdilər.

2016-cı ilin iyun ayında mənə ikinci qrup əlillik təyin edildi. 2021-ci ilin iyun ayında əlilliyim dayandırılıb. Dəfələrlə komissiyadan keçməyimə baxmayaraq, imtina cavabı verilir. Məndən konkret olaraq 12 000 manat rüşvət tələb edirlər. Əlimdə sübutlarım da var.

Bu rüşvət məsələsini 2023-cü ildə yazılı şəkildə nazir Sahil Babayevə də bildirmişəm. Bu il, yanvar ayının 12-də Birinci vitse-prezident Mehriban xanım Əliyevanın köməkçisinin qəbulunda oldum və orada da məndən rüşvət tələb olunduğunu yazılı şəkildə bildirdim. Təssüflər olsun ki, bu günə qədər mənə bir cavab verilməyib”.

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əlaqə saxladıq. Nazirlikdən “Hürriyyət”ə yazılı açıqlamada bildirilir: “Quba rayon sakini 1977-ci il təvəllüdlü Qədirov Ziya Pirhəsən oğlu əlilliyinin qiymətləndirilməsi ilə bağlı tibb müəssisəsi tərəfindən rəsmiləşdirilən göndəriş (forma-88) əsasında sonuncu dəfə 26.07.2023-cü il tarixdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə dəvət edilərək əyani müayinə edilib.

Agentliyin həkim-ekspertlərinin əyani müayinəsi zamanı vətəndaşın hazırki sağlamlıq vəziyyətində əlillik təyinatına əsas verən patofunksional pozuntular müşahidə edilməyib.

Bu səbəbdən də Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilib”.

Jalə FAMİLQIZI
 

Bölmənin digər xəbərləri

25 Noyabr 2024 Xalqa qarşı açılan AYNA-lı: indi də bu qurumun əməkdaşları ağac dalında gizlənib...
25 Noyabr 2024 Dillər Universitetində NƏ OYUNLAR ÇEVRİLİR... - İLGİNC FAKTLAR...
25 Noyabr 2024 Burda müştərini rəsmən QARƏT EDİRLƏR - BU NƏ HESABDIR?
25 Noyabr 2024 Mürsəl İbrahimovun menyusunə Xidmətin Nərimanov idarəsində “X5” rüzgarı əsir...
25 Noyabr 2024 Mərkəzi Aran Təhsil İdarəsinin Yevlax hissəsində aləm dəyib bir-birinə.
25 Noyabr 2024 Aptek müdürü işçisini vəhşicəsinə döydü - anbaan VİDEOLAR
25 Noyabr 2024 Ucar rayonunun qaziləri Ucar RMX-ndan Prezidentə şikayət etdilər - ŞİKAYƏT -VİDEO
25 Noyabr 2024 Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
24 Noyabr 2024 Qazaxın icra başçısının dəlixanaya saldığı məmur danışdı
24 Noyabr 2024 Ağsu RİH “tender kralı“ kimi tanınan ATF şirkətinə 707 manat ödəyəcək - Yenə yol təmir edirlər
23 Noyabr 2024 Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
23 Noyabr 2024 “İnnovasiya və Təchizat Mərkəzi”ndə əməlli-başlı özbaşınalıqdı – Cənab Qurbanov nə fikirləşir…
22 Noyabr 2024 Şüşün kənd sakini Köhünlü bələdiyyə sədrinin "fitri istedadı"ndan yazır...
22 Noyabr 2024  İcra başçısının ünvanına AĞIR İFADƏLƏR... - "Bu intriqada uduzacağını yaxşı bilir..."
22 Noyabr 2024 Hacıqabulda və Beyləqanda COP29 nədir - bilmirlər - Tərəflər Konfransına hazır olmayan təzə icra başçıları CƏZALANACAQLARMI?
22 Noyabr 2024 Naxçıvandakı həbsə İLGİNC REAKSİYA - Vasif Talıbovun kadrı imiş...
22 Noyabr 2024 Dövləti sayan kimdir: QARDAŞLAR BELƏ YEYİR... - DƏLİXANADIR, VALLAH...
22 Noyabr 2024 Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu
22 Noyabr 2024 “ADAU-da nələrin baş verdiyi göz önündədir, di gəl ki,..” MÜRACİƏT /VİDEO
21 Noyabr 2024 Şəmkir sakini sosial yardımından 90 manat tutulmasına etiraz edir – ŞİKAYƏT

Dünyapress TV

Xəbər lenti