Antiinhisar Dövlət Xidməti Yusifzadə Nərminə daha bir yaşıl işıq yandırdı
Balakən rayon Mərkəzi Rayon Xəstəxanası 03.02.2024-cü il tarixdə avtomobillərin cari təmiri üçün ehtiyyat hissələrinin satın alınması üzrə keçirdiyi kotirovka sorğusunun nəticələrini açıqlayıb. Qeyd edək ki, 11.12.2023-cü il tarixdə başlanmış müsabiqənin zərflər paketi 26.12.2023-cü il tarixdə açılıb. Müsabiqənin qalibi “NUR GENERAL SUPPLIER” MMC olub və tərəflər arasında 27.452,7 manat məbləğində satınalma müqaviləsi bağlanılıb.

MMC bu satınalmada necə qalib çıxıb? Aktualinfo org bir müddət əvvəl “NUR GENERAL SUPPLIER” MMC-nin satınalmalarda şübhəli yollarla qalib çıxdığı barədə məqalə yaymışdı. Zərurət yarandığından sözügedən məqaləni yeniləməli olduq. Çünki Balakən rayon Mərkəzi Rayon Xəstəxanası redaksiyamıza verilən məlumatda bildirilir ki, bizim heç nədən xəbərimi yoxdu, MMC-ni İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qalib müəyyən edib.

İndi gəlin görək qanun Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin qalib seçdiyi bu MMC-nin satınalmalarda iştirakına yol verirmi?

Dövlət Vergi Xidmətinin rəsmi portalında olan məlumatlara görə “NUR GENERAL SUPPLIER” Məhdud Məsuliyyətli Cəmiyyəti 16.10.2023-cü il tarixdən Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən riskli vergi ödəyicilərin siyahısına daxil edilib. MMC-nin 22.01.2024-cü il tarixə olan 31 174.23 manat vergi borcu artıq ödənilib. Amma MMC hələ də riskli vergi ödəyicilərinin siyahısında qalmaqdadır. Balakən rayon Mərkəzi Rayon Xəstəxanası 11.12.2023-cü il tarixdə kotirovka orğusu müsabiqəsinə başlayanda da MMC riskli vergi ödəyicilərinin siyahısında olub.

“NUR GENERAL SUPPLIER” Məhdud Məsuliyyətli Cəmiyyətinə gəlincə.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “NUR GENERAL SUPPLIER” Məhdud Məsuliyyətli Cəmiyyətinin 13.10.2022-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ SURAXANI RAYONU, HÖVSAN ŞTQ, MUĞAN, ev 7, GİRİŞ 72, MƏRTƏBƏ 1, m. 4, qanuni təmsilçisi kimi isə Yusifzadə Nərmin Tahir qızı qeyd olunub.

Azərbaycanın dövlət satınalmaları bazarında bir MMC girib. Təsəvvür edin, ilk addımlarını belə qanunsuzluqla atıb. Penitensiar Xidmətin 12 saylı Cəzaçəkmə Müəssisəsi tərəfindən yumşaq inventarların satınalınması üzrə keçirilmiş 33 405.4 manat dəyərində kotirovka sorğusunun qalibi olub. Hələ 2022-ci ildə.

Qeyd edək ki, 12 saylı Cəzaçəkmə Müəssisəsi tərəfindən keçirilən kotirovka sorğusu müsabiqəsinin başlanma tarixi 27.09.2022-ci ilə, zərflərin açılış tarixi isə 14.11.2022-ci il tarixə müəyyən edilib. “NUR GENERAL SUPPLIER” Məhdud Məsuliyyətli Cəmiyyəti isə 13.10.2022-ci-ci il tarixində, yəni müsabiqənin başlanılmasından 16 gün sonra dövlət qeydiyyatına alınib.

Dövlət qeydiyyatına alındıqdan cəmi bir gün sonra Ədliyyə Nazirliyi Penitensiar Xidməti tərəfindən keçirilmiş dəftərxana və təsərrüfat mallarının satın alınması keçirilmiş açıq tenderin qalibi olub və 100.000 manat məbləğində dövlət sifarişi alıb.

Hələ dövlət qeydiyyatına alınmamışdan Lerik rayon İşıqlandırma İdarəsi tərəfindən 10.11.2022-ci il tarixdə başlanmış elektrik avadanlıqlarının satın alınması kotirovkanın da qalibi olub.

MMC daha sonra Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə 11.996 manat dəyərində gül və əklillər alıb.

Dövlət qeydiyyatına alındıqdan bir ay sonra Azərbaycan Respublikası Hərbi Prokurorluğuna 4.157 manat məbləğində mətbəx ləvazimatları alıb.

Sonra Neftçala rayon İcra Hakimiyyətinə 8.760 manat dəyərində sair xərclər üzrə bayram tədbirlərinin keçirilməsini təşkil edib.

Göründüyü kimi MMC dövlət qeydiyyatına alındıqdan bir ay sonra 5 müxtəlif lot üzrə ayrı ayrı dövlət qurumlarının keçirdiyi açıq tender və kotirovkaların qalibi olub. Beləcə 14.11.2022-ci ildən 26.12.2023-cü ilə qədər, yəni bir il bir ay ərzində 45 satınalma prosedurunun iştirakçısı olub.

MMC Hacıqabul rayon Mərkəzi Rayon Xəstəxanasına 20.452,94 manat məbləğində dəftərxana və təsərrüfat malları, Yardımlı rayon Mərkəzi Rayon Xəstəxanasına 19.995,1 avtomobillər üçün ehtiyat hissələri, Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutuna 39.200 manat məbləğində kimyəvi maddələr, Abşeron rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat Birliyinin Abadlıq və Kommunal Xidmətlər İdarəsinə 11.351,6 manat məbləğində abadlıq, təmizlik və yaşıllıqlara qulluq işlərinin həyata keçirilməsi məqsədi ilə çiçəklər, Abşeron rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat Birliyinin Abadlıq və Kommunal Xidmətlər İdarəsinə 9.006,4 manat məbləğində işçilər üçün geyim və avadanlıqlar, 201 nömrəli hərbi hissə üçün 182.453,75 manat dəyərində vacib olan ləvazimat və detallar, Gəncə şəhər İcra Hakimiyyətinin Tabeliyində “Park-Xiyaban” İstismar və Mühafizə İdarəsinə 95.119,8 manat məbləğində istehsalat nəqliyyatı vasitələri alıb.

Göründüyü kimi satınalmaların içində demək olar bütün xidmət növləri var. MMC -nin qanunun tələb etdiyi kimi müvafiq sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olması barədə heç bir məlumat yoxdu. Amma daha maraqlı məlumatlar var.

Daha təəccüblüsü isə şirkətin riskli vergi ödəyicilərin siyahısına daxil edilməsindən, 16.10.2023-cü il tarixdən sonra MMC müxtəlif dövlət qurumlarının keçirdiyi 20 satınalma prosedurunun iştirakçısı olub. Ədliyyə Nazirliyi Penitensiar Xidməti ilə dəftərxana mallarının satınalınması üzrə 110.129,4 manat 17.10.2023-cü il tarixdə, Yardımlı rayon Mərkəzi Rayon Xəstəxanası ilə avtomobillər üçün ehtiyat hissələrinin satınalması üzrə 19.995,1 manat məbləğində 16.10.2023-cü il tarixdə, Abşeron rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat Birliyinin Abadlıq və Kommunal Xidmətlər İdarəsi ilə 9.006,47 və 11.351,6 manat mələğində 03.11.2023-cü il tarixdə, Gəncə şəhər İcra Hakimiyyətinin Tabeliyində “Park-Xiyaban” İstismar və Mühafizə İdarəsi ilə 95.119,8 manat məbləğində 16.11.2023-cü il tarixdə, 29.972 manat məbləğində 07.12.2023-cü il tarixdə, Kürdəmir rayon Mərkəzi Rayon Xəstəxanası ilə 18.679,87 manat məbləğində 13.12.2023-cü il tarixdə, Salyan rayon İcra Hakimiyyəti ilə 6.274,06 manat məbləğində 30.12.2023-cü il tarixdə, Lerik rayon Yaşillaşdirma İdarəsi ilə 20.596,9 manat məbləğində 08.01.2024-cü il tarixdə ümumi olaraq 9 satınalma müqavilələri bağlayıb.

Buradan suallar yaranır. “NUR GENERAL SUPPLIER” MMC ilə satınalma müqaviləsi bağlayan bu qədər dövlət müəssisəsi bunu görməyibmi? Axı satınalmalar haqqında qanun vergilər və digər icbari ödənişlər üzrə vaxtı keçmiş öhdəliklərinin olması, Vergi Məcəlləsinə uyğun olaraq riskli vergi ödəyicisi olmasına dair barəsində qüvvədə olan qərarın olması kimi halları yolverilməz hesab edir.

Bəs necə olur ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən “NUR GENERAL SUPPLIER” MMC-nin riskli vergi ödəyicisi olmasına dair barəsində qüvvədə olan 2319022459902700 nömrəli qərarı bu qədər dövlət müəssisəsi görməzdən gəlib?

Göründüyü kimi apardığımız kiçik bir araşdırmada bir MMC-nin müxtəlif dövlət qurumları tərəfindən keçirilmiş satınalmalarda ayrı-ayrı lotlar üzrə onlarla tenderin qalibi olması yol verilən qanun pozuntuları ilə bərabər açıq-aydın görsənir. Hansıki, bir xanımın qanuni təmsilçisi olduğu şirkətdir. Barəsində açıq mənbələrdə heç bir məlumata rast gəlinmir. Kimdir Yusifzadə Nərmin Tahir qızı? Bir il əvvəl yaratdığı bir MMC ilə dövlət müəssisələrinə həm yumşaq inventarlar, dəftərxana və təsərrüfat malları, elektrik avadanlıqları, avtomobillər üçün ehtiyat hissələri, sürtgü yağları alır, həm də yaşıllaşdırma və abadlaşdırma xidmətləri göstərir? Həm də heç bir qanun, qadağa bilmədən, vergi tanımadan?

Satınalmaların təşkilinə nəzarət edən dövlət qurumu kimi Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti də bütün qanun pozuntularına baxmayaraq bu xanıma daim yaşıl işıq yandırır.

Aktualinfo.org
 

Bölmənin digər xəbərləri

25 Noyabr 2024 Xalqa qarşı açılan AYNA-lı: indi də bu qurumun əməkdaşları ağac dalında gizlənib...
25 Noyabr 2024 Dillər Universitetində NƏ OYUNLAR ÇEVRİLİR... - İLGİNC FAKTLAR...
25 Noyabr 2024 Burda müştərini rəsmən QARƏT EDİRLƏR - BU NƏ HESABDIR?
25 Noyabr 2024 Mürsəl İbrahimovun menyusunə Xidmətin Nərimanov idarəsində “X5” rüzgarı əsir...
25 Noyabr 2024 Mərkəzi Aran Təhsil İdarəsinin Yevlax hissəsində aləm dəyib bir-birinə.
25 Noyabr 2024 Aptek müdürü işçisini vəhşicəsinə döydü - anbaan VİDEOLAR
25 Noyabr 2024 Ucar rayonunun qaziləri Ucar RMX-ndan Prezidentə şikayət etdilər - ŞİKAYƏT -VİDEO
25 Noyabr 2024 Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
24 Noyabr 2024 Qazaxın icra başçısının dəlixanaya saldığı məmur danışdı
24 Noyabr 2024 Ağsu RİH “tender kralı“ kimi tanınan ATF şirkətinə 707 manat ödəyəcək - Yenə yol təmir edirlər
23 Noyabr 2024 Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
23 Noyabr 2024 “İnnovasiya və Təchizat Mərkəzi”ndə əməlli-başlı özbaşınalıqdı – Cənab Qurbanov nə fikirləşir…
22 Noyabr 2024 Şüşün kənd sakini Köhünlü bələdiyyə sədrinin "fitri istedadı"ndan yazır...
22 Noyabr 2024  İcra başçısının ünvanına AĞIR İFADƏLƏR... - "Bu intriqada uduzacağını yaxşı bilir..."
22 Noyabr 2024 Hacıqabulda və Beyləqanda COP29 nədir - bilmirlər - Tərəflər Konfransına hazır olmayan təzə icra başçıları CƏZALANACAQLARMI?
22 Noyabr 2024 Naxçıvandakı həbsə İLGİNC REAKSİYA - Vasif Talıbovun kadrı imiş...
22 Noyabr 2024 Dövləti sayan kimdir: QARDAŞLAR BELƏ YEYİR... - DƏLİXANADIR, VALLAH...
22 Noyabr 2024 Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu
22 Noyabr 2024 “ADAU-da nələrin baş verdiyi göz önündədir, di gəl ki,..” MÜRACİƏT /VİDEO
21 Noyabr 2024 Şəmkir sakini sosial yardımından 90 manat tutulmasına etiraz edir – ŞİKAYƏT

Dünyapress TV

Xəbər lenti