Mübariz Mənsimovun bosmanı onu və şirkətini sərt tənqid etdi... -
“Palmali” şirkətlər qrupunun sahibi Mübariz Mənsimov adətən öz xeyirxah əməlləri ilə reklam olunub. Onun tələbələrə, öz işçilərinə göstərdiyi diqqət zaman-zaman sosial şəbəkələrdə geninə-boluna işıqlandırılıb. Ovqat.com-a göndərilən bir şikayət məktub isə əzbərləri pozacaq mahiyyətdədir.

Məktubun müəllifi “Palmali”yə məxsus “Şəhid Adil İbrahimli” adını daşıyan tanker gəmisində bosman vəzifəsində işləyən Nəsimi Şükürovdur. Şükürov yazır:
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-01_1705496623_1.jpg
Şəkildə: Nəsimi Şükürovun "Palmali" şirkətlər qrupuna göndərdiyi məktub

“Salam, Heydər bəy.

Mən Şükürov Nəsimi Əliağa oğlu.

“Palmali”yə məxsus “Şəhid Adil İbrahimli” adını daşıyan tanker gəmisində çalışdığım zaman iş qəzası keçirmişəm. 1-2-ci dərəcəli yanıq xəsarətləri almışam.

Şirkətin məsul şəxsləri mənə “ərizə yaz, şirkət adına nə lazımdırsa olunacaq”, - dedilər. Ərizə yazdığım vaxtdan artıq iki aydır keçir. Hər həftə zəng vururam kompensasiya ilə bağlı, Əli deyir Vəliyə de, Vəli deyir Əliyə de. Sonunda yanvar ayının 12-i məni çağırdılar Bakı ofisinə. Elə danışdılar ki, az qala vətən xaini çıxacaqdım. Xəstəxanaya və iynə dərmanlara xərclədiyim məbləğdən əlavə mənə 900 AZN təklif edirlər. Guya ki, bunu da mənə yardım məqsədilə verirlər”.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-01_1705496623_2.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-01_1705496624_3.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-01_1705496624_4.jpg
Şəkildə: Bosmanın qəzadan sonrakı halı

Şükürovun bildirdiyinə görə, 27 oktyabr 2023-cü il tarixində saat 4 radələrində o, bosman işlədiyi gəminin yük anbarını yuyarkən qəza baş verir. Qəza nəticəsində 82oC hərarətində kimyəvi yuyucu maddə onun üstünə tökülür və bosmanın beldən aşağı hissəsi ilə qolları yanır. Təcili İzmail xəstəxanasına aparılan Şükürov burada 20 gün müalicə olunur. Amma xəstəxananın sanitar vəziyyəti və xəstənin qəbul etdiyi antibiotiklər onda yeni xəstəliklərin yaranmasına yol açır: “İzmail xəstəxanasında 27 oktyabrdan 16 noyabra qədər müalicə almışam. Qəbul etdiyim preparatların ağırlığı və xəstəxananın antisanitar vəziyyəti məndə digər xəstəliklərin yaranmasına səbəb oldu. Müalicə mədəmin qanaxması (çatların meydana gəlməsi) və 12 barmaq bağırsağın xorasına gətirib çıxardı. 17 noyabrda müalicəmi davam etdirmək üçün Bakıya gəldim. Müayinə zamanı həm də Hepatit A xəstəliyinə yoluxduğum məlum oldu. Beləliklə, bu zamanadək müalicəmi 2 istiqamətdə aparırdım: yanan yerlərimin müalicəsi və mədə-bağırsaq xəstəliklərinə qarşı mübarizə. İndi isə buna 3-cü istiqamət də əlavə olunub: Hepatit A-nın müalicəsi”.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-01_1705496624_5.jpg
Şəkildə: Şükürovun Hepatit A xəstəliyinə yaxalandığını təsdiqləyən sənəd

Şikayətçinin dediyinə görə, iş qəzasının nəticəsində yaranan sağlamlıq problemlərinin həlli üçün onun indiyədək 1570 manat xərci çıxıb. Kompensasiya almaq üçün üz tutduğu “Palmali” şirkəti isə ona cəmi 2500 manat təklif edir. Halbuki ona daha çox kompensasiya ödənilməlidir: “Əvvəla, hadisə şirkətlə bağladığım kontraktın bitməyinə 3 ay qalmış baş verib. Deməli, sağlamlıq səbəbindən işləmədiyim 3 aylıq maaşımı da verməlidirlər. İkincisi, sığorta pulu da ödəməlidir. Doğrusu, indi baxıram ki, şirkətlə bağladığım müqavilədə sığortanın barədə heç nə göstərilməyib. Bu isə iş qanunvericiliyinə ziddir. Bundan əlavə, müalicə pulu da alacağım vəsaitə əlavə olunmalıdır. Şirkət isə mənə müalicəmdən başqa sanki 900 manat “sus” pulu ödəmək istəyir”.

b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-01_1705496624_6.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-01_1705496624_7.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-01_1705496624_8.jpg
Şəkillərdə: Digər xəstəlik "kağızları"

Bosman “Palmali” şirkətlər qrupunun sədri Mübariz Mənsimovu xeyirxah adam kimi tanıdığını, hətta həbsdə olduğu zamanlar bütün riskləri gözə alaraq onu tərk etmədiyini bildirib: “Mübariz bəy həbsdə olduğu zaman digər dənizçilər ondan və şirkətdən şikayət edəndə mən onun şəkilini qaldırıb onu və şirkətini müdafiə etmişəm. Əslində isə həmin vaxt maaş ala bilmirdik, yemək problemimiz vardı. Mən isə onun uğrunda özümü fəda etməyə hazırdım. Bunların qarşılığıdırmı mənə göstərilən “diqqət”? Qədirbilməzlər, çətin günlərini unudanlar!”.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-01_1705496624_9.jpg
Şəkildə: Mübariz Mənsimov öz bosmanını qəbul edir

Nəsimi Şükürov qeyd edib ki, Mübariz Mənsimov həbsdən çıxanda onun qəbulunda olub: “Xidmətlərimi nəzərdə alıb mənə demişdi ki, sənin üçün nə edə bilərəm? Mən də cavab vermişdim ki, sizin varlığınız yetər. İndi isə mən bu vəziyyətdəyəm, onların isə heç veclərinə də deyil. Bunların isçiyə verdiyi dəyərin şahidi oldum, çox təəssüflə qeyd edirəm ki, şirkətin rəhbər işçiləri barədə deyilənlər tədricən öz təsdiqini tapır”.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-01_1705496624_11.jpg
Şəkildə: Qəzanın həqiqətən də baş verdiyinə və bosmanın xəsarət aldığına dair gəmi kapitanının raportu

“Palmali” şirkətinin ona münasibətini “dilənçilik” kimi qiymətləndirən şikayətçi fikirlərini belə əsaslandırdı:

“Belə dilənçi insanlarla həyatda ilk dəfə rastlaşıram. Başqa şirkətlər Ukraynaya gedən dənizçilərə həyati təhlükəsi olduğuna görə kompensasiya ödəyir. Mən isə faktiki iş qəzası kecirmişəm, hər gün həyacan siqnalı çalınan İzmail şəhərində 20 gün xəstə yatmışam, bunlar isə mənə heç bir şey etmək istəmirlər”.

P.S. “Palmali” şirkətlər qrupunun da mövqeyini işıqlandırmağa hazırıq.

OVQAT.COM

Bölmənin digər xəbərləri

29 Aprel 2025 Saleh Məmmədov restorana sifarişlə yol çəkdərir?-Video
29 Aprel 2025 Nəsimi rayonunda binanın zirzəmisində kim qanunsuz obyekt tikir?-Video
29 Aprel 2025 Hacıqabul sakinlərinin ÇƏKİLMƏZ CƏFALARI - VİDEO
29 Aprel 2025 Abşeron RMX-nın direktoru bacısını baş həkim təyin edib? - BU NƏDİ BELƏ?
29 Aprel 2025 "Bu kollecin tələbələri bəlkə İqtisad Universitetinin, Ada və BDU-nun tələbələridir xəbərləri yoxdur?"
29 Aprel 2025 ″AQROTARIM″ MMC-nin qalib seçildiyi ŞÜBHƏLİ TENDERLƏR - əgər araşdırma aparılarsa...
28 Aprel 2025 Qənirə Ataş “VMR Estetik”lə bağlı şok faktlar açıqladı
28 Aprel 2025 Biləcəridə yaşıl ağaclar çıxarılıb, səkidə obyekt tikiləcək?-Videofakt
28 Aprel 2025 “Tamstore” qadın işçini döydülər
28 Aprel 2025 Gülsüm Əliyevaya Aquafiling təlimini Rəna Sultanova keçib! - FOTOFAKT
28 Aprel 2025 "Nur" çörək... Həm yanmış, həm də kifli çörəklər... - NARAZILIQ VAR...
28 Aprel 2025 HAZIR OLUN: Hər gün yeni bir hoqqabazlığa şahidlik edəcəyik... - İTTİHAM VAR...
28 Aprel 2025 Qanunsuz şirkətləri ilə ölkəni talayanlar... - Sahibkarlar nə təklif edir?
28 Aprel 2025 Nərimanov rayonunda “Ailə Park” MTK yaşıl ağacı belə məhv edir- Video
28 Aprel 2025 "Aristokrat" klinikasında işləyən "doktor" Şölə pasiyentləri necə aldadır-Fotofakt
28 Aprel 2025 Bu pasiyentlərin çılpaq görüntüləri yayılıdı-Fotolar
28 Aprel 2025 "Azərlotereya" ASC-nin rəsmisi Gənclər və İdman Nazirliyini belə ələ salıbmış - Fərid Qayıbovun bu qərarını ... / FOTO
27 Aprel 2025 Gülsüm Əliyevanın diplomu saxta çıxdı - Dicle Universiteti belə bir məzunlarının olmadığını AÇIQLADI
27 Aprel 2025 SƏDR DƏYİŞDİ, ANCAQ YEYİNTİ DAVAM EDİR - Rəsmi yoxlama nələri üzə çıxarıb?
27 Aprel 2025 Bu şirkətin özbaşınalığına "dur" deyən olacaqBakıda - “Vialon” yenə evləri dağıdır VİDEO

Dünyapress TV

Xəbər lenti