Məqamlarını "ata mülkü" zənn edən başçıların sərgüzəştləri - "Serial" davam edir...// VİDEO
"Kanal14"ün efirində Xocavənd rayon icra hakimiyyətinin başçısı Eyvaz Hüseynov fəaliyyətindən (daha doğrusu fəaliyyətsizliyindən) bəhs edən "serial" davam edir.

Artıq, iki aydan çoxdur ki, Xocavənd rayon sakinləri dərdlərini demək, çıxışlarında "jurnalistlər mənim dostumdur" deyən ölkə başçısına heçolmasa mətbuat vasitəsilə problemlərini bildirmək və çarə tapmaq ümidi ilə "Kanal14" YouTube kanalımıza axışırlar.

İstər kanalın canlı yayımında dərdini danışan, istərsə də şərh bölməsində fikirlərini bölüşən bütün Xocavənd sakinlərini birləşdirən bir ortaq səbəbkar var ki, bu da əkinə yararlı bütün torpaq sahələrini özünün və yaxınlarının, dostlarının adına rəsmiləşdirdiyi, rayon sakinlərini əkin və örüş sahələrinə möhtac qoyduğu deyilən 64 yaşlı Eyvaz Hüseynovdur. Qeyd edək ki, cəmi bir neçə ay sonra əyləşdiyi kürsünün 32 ili tamam olacaq.

32 il - el arasında "bir igidin ömrüdür" deyərlər. Bəs bu 32 illik "igid ömrü"ndə Eyvaz Hüseynovdan hesabat tələb edilmədimi ki, sən bu illər ərzində daşıdığın vəzifədə hansı yaxşı əmələ imza atmısan?

Şəhid ailələri "DogruXeber.az"a bildirir ki, "Qaradağlı kəndinin şəhidlərinin xatirəsini əbədiləşdirmək üçün, özümüzün cibimizin pulu ilə inşa etdirdiyimiz abidəni Eyvaz Hüseynov icra hakimiyyətinin balansına keçirib". Həmçinin, daha dözə bilməyib taa paytaxt Bakıya qədər gəlib, mətbuat konfransı keçirən 82 şəhidin ailəsi 30 ildən çoxdur təsərrüfat üçün lazım olan hər şeydən Eyvaz Hüseynov sayəsində məhrum olduqlarını dedilər.


Eyvaz Hüseynovun yenə də "tükü tərpənmədi"...

Maraqlıdır ki, bu qədər şikayət və narazılıqlara rəğmən bu adama heç "gözün üstə qaşın var" deyən də olmur.

Yuxarıda, vəzifə başında "igid ömrü" qədər əyləşdiyini qeyd etdiyimiz icra başçısı, belə çıxır ki, 32 ildir vətən üçün canını verən igidlərin ailələri və özlərindən kimsəyə bəlli olmayan səbəblərin qisasını alır. Hər halda bunu illərdir icra başçısından "qara qəpiklik" kömək görmədiklərini iddia edən Xocavənd rayon sakinləri - qazilər, müharibə veteranları və şəhid ailələri deyir, 14 ildir seçki komissiyasının üzvü olduğu üçün seçkidə iştirak etdiyi zaman özündən xəbərsiz işində azad edildiyini və onun yerinə Eyvaz Hüseynovun dostunun gənc qızı Əfsanə xanımın işə alındığını deyən Vəzifə Bayramova deyir, iki qəhrəman şəhidin bacısı Məhrubə Dadaşova deyir...

Yeri gəlmişkən, Xocavənd rayon Muğanlı kənd sakini Vəzifə xanım Bayramova bir neçə dəfə "Kanal14" ün efirində canlı yayımlanan "Kamalın zamanı" proqramında iştirak edərək, 20 ilə yaxın pedaqoji fəaliyyət göstərdiyi orta məktəbindəki işindən məhz Eyvaz Hüseynovun tapşırığı ilə azad olunduğunu, onun yerinə Eyvaz Hüseynovun dostunun qızı olan Əfsanə adlı gənc xanım təyin olunduğunu iddia edirdi. Hansı ki, həmin Əfsanə xanım indi Eyvaz Hüseynovun müavini vəzifəsində çalışır.

Nəticədə ali təhsilli dil-ədəbiyyat müəllimi olan Vəzifə xanım 14 ildir işsiz qalıb.

Vəzifə xanımın iddiasına görə, Eyvaz Hüseynov onunla 14 ildir qərəz apardığı üçün xanımı işinə bərpa olmasına imkan vermir. Səbəb isə budur ki, illər əvvəl mətbuatda Eyvaz Hüseynovun qardaşlarından birinin dövlət çevrilişinə cəhddə iştirak etdiyi barəsində bəzi məlumatlar dərc edilib. Düzdür, xanımın sözlərinə görə Eyvaz Hüseynov yüksək məbləğlər sayəsində həmin məlumatların az qisminin silinməsinə nail ola bilib. Və icra başçısı həmin məlumatları mətbuata məhz Vəzifə Bayramovanın sızdırdığını düşündüyü üçün onu qərəzli şəkildə 14 ildir işsiz qoyub. Lakin, apardığımız araşdırmalar nəticəsində məlum oldu ki, sən demə məlumatlar Vəzifə xanım deyil, məhz Eyvaz Hüseynova yaxın olan bir şəxs tərəfindən mətbuata ötürülüb. Amma, nə yazıq ki, "qurunun oduna, yaş da alovlanıb".

Məhrubə xanım isə iddia edir ki, 1993-cü ildən bu günə qədər yaşlı atası ilə Mingəçevir şəhərində kanalizasiya xəttinin düz üstündə inşa edilmiş köhnə beton qarajda məskunlaşıblar. Onlar bu illər ərzində nə məcburi köçkün ailəsi kimi, nə də iki qəhrəman oğlunu şəhid verən ailə olaraq mənzillə təmin olunmayıblar, baxmayaraq ki, illərdir müraciət etmədikləri idarə qalmayıb.

Eynilə Cəbrayıl rayonundan olan şəhid Kərimov Elçin Ataş oğlunun ailəsi kimi. Hansı ki, onlar da 7 nəfərlik ailə üzvlərilə birlikdə 30 ildən çoxdur ki, köhnə yataqxananın bircə otağında sığınıblar. Nə icra başçısı Kamal Həsənov, nə də rayonu Milli məclisdə güya təmsil edən Ceyhun Məmmədov şəhid ailəsinin problemi ilə maraqlanmır, həlli üçün aidiyyatı qurumlara müraciət etməyi "özlərinə yaraşdırmırlar".

Həmçinin Beyləqan rayon Aşağı Çəmənli kənd sakini şəhid anası Kətan Həsənova da 30 ilə yaxındır mənzillə təmin olunmayıb, çünki Beyləqan rayon icra hakimiyyəti məsuliyyətsizlik göstərərək, ananın adını zamanında aidiyyatı üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etməyib.

Əlqərəz...

Elə Eyvaz Hüseynov da Kamal Həsənov kimi rəhbərlik etdiyi, 32 ildir çörəyini yediyi, sayəsində özünə sərvətlər toplayıb, səltənət qurduğu rayonun sakinlərə - ona milyonlar qazandıran torpağın uğrunda canını qurban verən şahidlərin ailələrinə biganəlik nümayiş etdirir. Məhrubə xanım deyir, - "Eyvaz Hüseynov məni telefonda dinləyir, sonra deyir, "get evini al daa, mən sənə ev alanam?" Bu icra başçısına yaraşan sözdürmü? Deputatımızın adını isə siz sual verəndə sizdən eşitdim. Ümumiyyətlə bu adamı tanımıram".

Yeri gəlmişkən, onu da qeyd edək ki, təqribən iki il əvvəl Cəbrayıl rayonunun icra başçısı Kamal Həsənovun barəsində "DogruXeber.az" informasiya portalında məlumat dərc ediləndə, üzərimizə "hücum çəkən trol dəstəsi"nin üzvləri "Kamal Həsənov özü də müharibə veteranıdır. Xocavəndin icra başçısı Eyvaz Hüseynov ilə Kamal Həsənov yeganə başçıdırlar ki, Qarabağda döyüşüblər" deməklə, nəyəsə nail olmağa çalışırdılar. Eləcə də Xətai rayon icra hakimiyyətinin başçısı Rafiq Quliyevin də müharibə veteranı olduğu çeşid-çeşid dərc olunurdu.

Maraqlısı da budur ki, şəhid ailələrinin, qazilərin və veteranların narazılığı da bu 3 rayonda daha çoxdur.

Axı bu nəyin qisasıdır, cənab başçılar???

P.S: Xocavənd rayon sakinlərinin narazılıqları ilə bağlı qarşı tərəf olaraq İcra Hakimiyyətinin də mövqeyini dinləmək məqsədilə dəfələrlə ictimai əlaqələr şöbəsinə zəng etsək də dəstəyi qaldıran olmadı. Belə olan halda məcburiyyət qarşısında Eyvaz Hüseynovun mobil telefonuna zəng etdik, lakin o, da işçiləri kimi telefona cavab vermədi ki, vermədi...

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az
 

Bölmənin digər xəbərləri

29 Aprel 2025 Saleh Məmmədov restorana sifarişlə yol çəkdərir?-Video
29 Aprel 2025 Nəsimi rayonunda binanın zirzəmisində kim qanunsuz obyekt tikir?-Video
29 Aprel 2025 Hacıqabul sakinlərinin ÇƏKİLMƏZ CƏFALARI - VİDEO
29 Aprel 2025 Abşeron RMX-nın direktoru bacısını baş həkim təyin edib? - BU NƏDİ BELƏ?
29 Aprel 2025 "Bu kollecin tələbələri bəlkə İqtisad Universitetinin, Ada və BDU-nun tələbələridir xəbərləri yoxdur?"
29 Aprel 2025 ″AQROTARIM″ MMC-nin qalib seçildiyi ŞÜBHƏLİ TENDERLƏR - əgər araşdırma aparılarsa...
28 Aprel 2025 Qənirə Ataş “VMR Estetik”lə bağlı şok faktlar açıqladı
28 Aprel 2025 Biləcəridə yaşıl ağaclar çıxarılıb, səkidə obyekt tikiləcək?-Videofakt
28 Aprel 2025 “Tamstore” qadın işçini döydülər
28 Aprel 2025 Gülsüm Əliyevaya Aquafiling təlimini Rəna Sultanova keçib! - FOTOFAKT
28 Aprel 2025 "Nur" çörək... Həm yanmış, həm də kifli çörəklər... - NARAZILIQ VAR...
28 Aprel 2025 HAZIR OLUN: Hər gün yeni bir hoqqabazlığa şahidlik edəcəyik... - İTTİHAM VAR...
28 Aprel 2025 Qanunsuz şirkətləri ilə ölkəni talayanlar... - Sahibkarlar nə təklif edir?
28 Aprel 2025 Nərimanov rayonunda “Ailə Park” MTK yaşıl ağacı belə məhv edir- Video
28 Aprel 2025 "Aristokrat" klinikasında işləyən "doktor" Şölə pasiyentləri necə aldadır-Fotofakt
28 Aprel 2025 Bu pasiyentlərin çılpaq görüntüləri yayılıdı-Fotolar
28 Aprel 2025 "Azərlotereya" ASC-nin rəsmisi Gənclər və İdman Nazirliyini belə ələ salıbmış - Fərid Qayıbovun bu qərarını ... / FOTO
27 Aprel 2025 Gülsüm Əliyevanın diplomu saxta çıxdı - Dicle Universiteti belə bir məzunlarının olmadığını AÇIQLADI
27 Aprel 2025 SƏDR DƏYİŞDİ, ANCAQ YEYİNTİ DAVAM EDİR - Rəsmi yoxlama nələri üzə çıxarıb?
27 Aprel 2025 Bu şirkətin özbaşınalığına "dur" deyən olacaqBakıda - “Vialon” yenə evləri dağıdır VİDEO

Dünyapress TV

Xəbər lenti