“BU, ARTIQ SÖZÜN BİTDİYİ YERDİR” -
Asif Lətifov: “Xırdalan şəhərində məhkəmə qərarlarına məhəl qoyulmur”
Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, bina 2B, mənzil 40-da yaşayan, ehtiyatda olan zabit Lətifov Asif Aydın oğlu tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Qəzetimiz vasitəsilə Prezident İlham Əliyevə, Ədliyyə naziri Fikrət Məmmədova, Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi Bəylər Əyyubova və Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:
“Hörmətli Prezident!
Mən 17 il Prezidentin Təhlükəsizlik Xidmətinin “Beta” dəstəsində zabit rütbəsində xidmət etmişəm. Yaşadığım Xırdalan şəhərində mənim və ailə üzvlərimin hüquqları Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən kobud surətdə pozulur. Abşeron Rayon Məhkəməsinin və Ali Məhkəmənin qərarının qüvvəyə minməsi əsasında yaşadığım mənzilin arxasındakı - mətbəx pəncərəmin qarşısını tutan qanunsuz tikili 31.10.2023-cü ildə Abşeron rayon İcra və probasiya şöbəsinin əməkdaşları tərəfindən sökülüb və akt tərtib edilib. Buna baxmayaraq 20.12.2023-cü ildə həmən yerdə növbəti tikinti işlərinin aparılmasına start verilib.
Məhkəmə qərarını İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Rəşad Qubadova, Baş memar və ordakı diğər məsul şəxslərə göstərsəm də, məhəl qoyan yoxdur. Bizi adam yerinə qoymurlar, çevrə boyu qaçmağa və gözləməyə məcbur edirlər. Bu, artıq sözün bitdiyi yerdir. Məgər məhkəmə qərarından da yüksək qərar var?
Cənab Prezident!
Sizdən xahiş edirəm, keçmiş xidmətlərimi nəzərə alaraq mənə köməklik göstərəsiniz, tapdanmış hüquqlarımı bərpa edib, tikinti işlərinin aparılmamasına göstəriş verəsiniz.
Görəsən, Abşeron rayon Mənzil İstismar idarələri və icra nümayəndələrinin işlərinə nəzarət edən bir qurum var, ya yox? Dəfələrlə şikayət etsək də, arxa eyvanımın 6 metrliyində, 3 metr enində və uzununda dəmir çərçivə vurulub. 2 saylı “JEK”dən bildirirlər ki, bunu orada balış çırpmaq üçün 16-cı mənzilin sahibi düzəltdirib. Gülməli deyilmi?! Məgər, balış çırpmağa 3 metr eni və 3 metr uzununda dəmir “reşotka”lı çərçivə lazımdır? Və bu, gərək mənim eyvanımın qabağına vurulsun, sementlə də bərkidilsin? Bəs, İcra Hakimiyyəti bu özbaşınalığı görmür? Dəfələrlə məlumat vermişəm, amma heç bir nəticə yoxdur. Mənim avtomobil qarajımı qəsdən sökdürüb, diğər qarajları nəyinsə qarşılığında saxlatdıran məmurlara nə ad vermək olar?! İcra Hakimiyyəti görmür ki, məhkəmə qərarı ilə sökülmüş obyektin torpaq qatına kimi sökülmüş sahəsinə sementlə “setka” çəkililb?! Bunları görməmək mümkün deyil, axı. Deməli, Xırdalan şəhərində məhkəmə qərarlarına məhəl qoyulmur. DİN-in 102 xidmətinə zəng vurub bu hadisəni danışmışam, onlardan da xəbər yoxdur.
Göndərdiyim şəkillərin hər biri 23.12.2023-cü ildə çəkilib, yəni yenidir. “Şanxay evləri”ni tikib, sənədsiz-sübütsuz satıblar. İnsan həyatı üçün təhlükəli olan bu sənədsiz evləri kirayəyə verirlər. Hansısa bu evin birində partlayış olsa, hər kəs zərər görəcək. Bəs, bu evlərin tikilməsində kimlər və niyə maraqlıdır? 2 saylı “JEK”-in rəhbərliyi yolu qanunsuz şəkildə bağlayıb. Zibilliklər təmizlənmir, amma gündə bir qadını binalara göndərirlər, təmizlik üçün pul yığılır. “JEK”, İcra hakimiyyəti və Xırdalan şəhərinin başı memarı bunlara məhəl qoymur, sanki eşitmirlər.
Qanunsuz tikililərdə dəfələrlə partlayışlar olub. Bir neçə il bundan qabaq 27-ci məhlə, 1B saylı binanın qarşısındakı qanunsuz tikilidə partlayış baş vermiş, nəticədə insan tələfatı olmuşdu. Gərək bu hal təkrar ola?!
Hansı problemdən yazım, artıq bilmirəm. Bir sözlə, Xırdalanda məhkəmə qərarları işləmir və qanunlar rəhbər tutulmur. Binanın qabağına dəmir çərçivə vurublar, elə bil türmədə yaşayırsan. Keçmiş başçı Zakir Fərəcovun vaxtında belə qanunsuzluqlar yox dərəcəsində idi. Şəkillərə baxın, görün necə biabırçı görüntü var.
Xırdalan şəhəri, 4 saylı Mənzil İstismar sahəsinin rəisi Vəli adlı şəxsin bizim əraziyə dəxli yoxdur. Amma o da qanunsuz əməllər törədir. “JEK” rəhbərlikləri “bizim heç kəsdən qorxumuz yoxdur” deyirlər və bunu öz əməlləri ilə də sübut edirlər. Bu şəxslər məhkəmə qərarlarını tanımırlar.
Mənzil İstismar Sahəsi qanunsuzluğu icra nümayəndəsinin üstünə atır, baş memar Elvin Quliyev qərarın İcra Hakimiyyəti tərəfindən verildiyini deyir. Görün nə qədər özbaşınalıqdır ki, dünən 2 saylı Mənzil İstismar Sahəsinin əməkdaşı ilə söhbət zamanl dedi ki, “savadım olmasa da, müdirimiz Şəmsi müəllimə məhkəmə qərarı olan yerə sement tökmək istəmədiyimi, qanundan qorxduğumu bildirdim, o isə məni həmin işi görməyə məcbur etdi. Bunu etməsydim, çox güman ki, işdən çıxaracaqdı”.
Hörmətli redaksiya!
Xirdalan şəhərində vəziyyət həqiqətən də acınacaqlıdır. Sizdən xahiç edirəm ki, mənim problemimi işıqlandırın, inşallah, bu özbaşınalığa son qoyular”.
Məsələ ilə bağlı adları çəkilən qurumlarla əlaqə saxlaya bilmədik, zənglərimiz cavabsız qaldı”.
Jalə FAMİLQIZI
Redaksiyadan: Yazıda adları qeyd olunan qurumların və şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Bölmənin digər xəbərləri

29 Aprel 2025 Saleh Məmmədov restorana sifarişlə yol çəkdərir?-Video
29 Aprel 2025 Nəsimi rayonunda binanın zirzəmisində kim qanunsuz obyekt tikir?-Video
29 Aprel 2025 Hacıqabul sakinlərinin ÇƏKİLMƏZ CƏFALARI - VİDEO
29 Aprel 2025 Abşeron RMX-nın direktoru bacısını baş həkim təyin edib? - BU NƏDİ BELƏ?
29 Aprel 2025 "Bu kollecin tələbələri bəlkə İqtisad Universitetinin, Ada və BDU-nun tələbələridir xəbərləri yoxdur?"
29 Aprel 2025 ″AQROTARIM″ MMC-nin qalib seçildiyi ŞÜBHƏLİ TENDERLƏR - əgər araşdırma aparılarsa...
28 Aprel 2025 Qənirə Ataş “VMR Estetik”lə bağlı şok faktlar açıqladı
28 Aprel 2025 Biləcəridə yaşıl ağaclar çıxarılıb, səkidə obyekt tikiləcək?-Videofakt
28 Aprel 2025 “Tamstore” qadın işçini döydülər
28 Aprel 2025 Gülsüm Əliyevaya Aquafiling təlimini Rəna Sultanova keçib! - FOTOFAKT
28 Aprel 2025 "Nur" çörək... Həm yanmış, həm də kifli çörəklər... - NARAZILIQ VAR...
28 Aprel 2025 HAZIR OLUN: Hər gün yeni bir hoqqabazlığa şahidlik edəcəyik... - İTTİHAM VAR...
28 Aprel 2025 Qanunsuz şirkətləri ilə ölkəni talayanlar... - Sahibkarlar nə təklif edir?
28 Aprel 2025 Nərimanov rayonunda “Ailə Park” MTK yaşıl ağacı belə məhv edir- Video
28 Aprel 2025 "Aristokrat" klinikasında işləyən "doktor" Şölə pasiyentləri necə aldadır-Fotofakt
28 Aprel 2025 Bu pasiyentlərin çılpaq görüntüləri yayılıdı-Fotolar
28 Aprel 2025 "Azərlotereya" ASC-nin rəsmisi Gənclər və İdman Nazirliyini belə ələ salıbmış - Fərid Qayıbovun bu qərarını ... / FOTO
27 Aprel 2025 Gülsüm Əliyevanın diplomu saxta çıxdı - Dicle Universiteti belə bir məzunlarının olmadığını AÇIQLADI
27 Aprel 2025 SƏDR DƏYİŞDİ, ANCAQ YEYİNTİ DAVAM EDİR - Rəsmi yoxlama nələri üzə çıxarıb?
27 Aprel 2025 Bu şirkətin özbaşınalığına "dur" deyən olacaqBakıda - “Vialon” yenə evləri dağıdır VİDEO

Dünyapress TV

Xəbər lenti