Meşə təsərrüfatında milyonlarla yeyinti faktı
Torpaqlarımızın işğal altında olduğu son 30 ildə düşmənin dəyirmanına su tökən, öz maddi maraqlarını dövlətin maraqlarından üstün tutanlar, “ara qarışıb, məssəb itib”, “balığı bulanlıq suda tutarlar” deyənlər, prezidentin etimadından, onlara olan etibarından sui-istifadə edənlər, bir sözlə, dövlətin əmlakını mənimsəyənlər də az olmadı. Onlardan barmaq sayı bir neçəsi qanun qarşısında cəzalandırılsa da, çoxları libasını dəyişərək, bu gün də heç nədən xəbərsiz kimi vəzifə başındadırlar və dövlət əmlakını mənimsəməklə-talamaqla məşğuldurlar.

Çox təəssüflər olsun, belələri düşünmürlər ki, dövlətinin, prezidentinin yanında olan, 30 ildən sonra torpaqlarını azad edən bu xalq, bu millət bir gün onun ətrafinda birləşərək, dövlətin əmlaklarını mənimsəyən, okeanın o tayında özünə malikanələr alan bu məmurların da cinayət məsuliyyətinə cəlb edilməsinə nail olacaqlar. Tam əminliklə deyirəm, buna heç kimin şübhəsi olmasın.

Hamımız yaxşı bilirik ki, bəzi ucqar kəndlərimizdə hələ də mavi yanacaq yoxdur, əhali yemək-içməyini bişirmək və qızınmaq üçün odundan istifadə edir. Araşdırmamız nəticəsində məlum oldu ki, bir ailə (təsərrüfat) qış aylarında yanacağa olan təlabatını ödəmək üçün ən azı 2 maşın odun almalıdır. Odunun bir maşınını isə 800 manata satırlar. Demək, bir ailə il ərzində təkcə oduna 1600 manat pul xərcləyir.

Araşdırmamız nəticəsində məlum oldu ki, respublika üzrə 954 kənd qazlaşdırılmamışdır. Həmin kəndlərdə hal-hazırda ümumilikdə 97 359 təsərrüfat var. Demək, hər təsərrüfat ildə 1600 manat verib 2 maşın odun alır, bu da (97 359 təsərrüfat X 1600 manata = 155 774.400) 156 milyon manat vəsait deməkdir. Hamımız yaxşı bilirik ki, marketlərdə-hipermarketlərdə odun satılmır. Odun, ancaq meşələrdə olur. Hər rayonun da Meşə idarəsi var. Sual yaranır, görəsən, bu odun satışından əldə olunan bu 156 milyon manat vəsaitdən Meşə İdarəsinin xəzinəsinə mədaxil edilirmi? Edilirsə, nə qədəri mədaxil edilir və bu pullar hara xərclənir?

Onu da qabaqcadan qeyd etmək istəyirik ki, Meşə idarələrinin “təbii qırıntı” hesabına əhaliyə pullu xidmət göstərməsinin nəzərdə tutulduğunu bilirik. Burada isə söhbət milyonlardan gedir!...

Görəsən, bu pullardan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatı vardırmı?

Bundan başqa, araşdırmamız nəticısində məlum olmuşdur ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən 2023-cü ilin dövlət büdcəsindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təxminən 110 milyon manata yaxın pul ayrılmışdır. Bu vəsaitin də (1.384.224,0 manat + 15.496.688,0 manat +12.399.175,0 manat) 29.280.087 manatı təkcə meşə təsərrüfatı adı ilə ayrılmışdır. Bax, maraqlı burasıdır ki, bu pullar hara xərclənmişdir?

Ekologiya və Təbii Sərvətlər Nazirliyi heç vaxt bu kimi faktları təkzib edə bilməz. Deyə bilməz ki, dağ kəndlərində mavi yanacaq var və meşələrdən odun satılmır. Nazirliyin yerinə biz desək ki, odun satılmır, onda sual yaranır, mavi yanacaq olmayan kəndlərdə 97 359 təsərrüfat nəylə qızınır, nəylə bişir-düşür edirlər?

Məsələ ondadır ki, meşə idarələri odun satışından milyonlarla manat əldə etdiyi halda, bu gün 2023-cü ilin dövlət büdcəsində Maliyyə Nazirliyi tərəfindən Ekoloğiya və Təbii Sərvətlər Nazirliyinə meşə təsərrüfatı adı altında ayrılmış 29.280.087 manatı hara xərcləmişdir? Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin odun satışından bir ildə əldə etdiyi pullar təxminən 156 milyon manat (155.774.400), 2023-cü ilin dövlət büdcəsində Maliyyə Nazirliyi tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə meşə təsərrüfatı adı ilə ayrılmış 29.280.087 manat vəsaitdən (155.774.400 : 29.280.087) 5,3 dəfə çoxdur.

Sual yaranır, görəsən, məmurlar bu pullardan bircə manat belə talan elədikləri meşələrin özünə xərcləmişlərmi? Dövlət büdcəsini talan edənlər düşünməsinlər ki, məsuliyyətdən yayınacaqlar. Bu gün hansısa nazirin, hansısa məmurun ona olunan etimaddan bu cür sui-istifadə edərək, vəzifə salahiyyətlərini aşaraq, vəzifə səlahiyyətlərinin hüdudlarından kənara çıxaraq dövlət əmlakını talaması və dövlət mülkiyyətini mənimsəməsi dövlətin inkişafına təhlükədir. Hesab edirik ki, ilk dəfə azmedia.info.az-da gedən bu məlumatdan sonra məlumatların səhihliyi ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırmalara başlanılacaqdır.

Müəllif: Böyükağa ABDULLAYEV, İqtisadçı ekspert - Mənbə: Hurriyyet.az
Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...


Bölmənin digər xəbərləri

26 Noyabr 2024 “Şəkər Zavodu metal alveriylə məşğuldur” - BU NƏDİ BELƏ?..
26 Noyabr 2024 Elnur Cabbarov videosunu yayan işçisinin ərini həbs etdirib - TƏFƏRRÜAT
26 Noyabr 2024 "Kristal Abşeron"un "Aznet"lə soyğunçu monopoliyası: ...
26 Noyabr 2024 Avtopark müdiri İdarə rəisi Samir Cəbrayılovun özbaşına əməllərindən Prezidentə müraciət etdi
26 Noyabr 2024 Sumqayıtda antisanitariya: "Zibil qabları günlərlə daşınmır" - FOTO
26 Noyabr 2024 Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? – FOTO/VİDEO
26 Noyabr 2024 Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
26 Noyabr 2024 Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI - Havayı yerə oxumayın..
25 Noyabr 2024 Xalqa qarşı açılan AYNA-lı: indi də bu qurumun əməkdaşları ağac dalında gizlənib...
25 Noyabr 2024 Dillər Universitetində NƏ OYUNLAR ÇEVRİLİR... - İLGİNC FAKTLAR...
25 Noyabr 2024 Burda müştərini rəsmən QARƏT EDİRLƏR - BU NƏ HESABDIR?
25 Noyabr 2024 Mürsəl İbrahimovun menyusunə Xidmətin Nərimanov idarəsində “X5” rüzgarı əsir...
25 Noyabr 2024 Mərkəzi Aran Təhsil İdarəsinin Yevlax hissəsində aləm dəyib bir-birinə.
25 Noyabr 2024 Aptek müdürü işçisini vəhşicəsinə döydü - anbaan VİDEOLAR
25 Noyabr 2024 Ucar rayonunun qaziləri Ucar RMX-ndan Prezidentə şikayət etdilər - ŞİKAYƏT -VİDEO
25 Noyabr 2024 Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
24 Noyabr 2024 Qazaxın icra başçısının dəlixanaya saldığı məmur danışdı
24 Noyabr 2024 Ağsu RİH “tender kralı“ kimi tanınan ATF şirkətinə 707 manat ödəyəcək - Yenə yol təmir edirlər
23 Noyabr 2024 Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
23 Noyabr 2024 “İnnovasiya və Təchizat Mərkəzi”ndə əməlli-başlı özbaşınalıqdı – Cənab Qurbanov nə fikirləşir…

Dünyapress TV

Xəbər lenti