9 nömrəi otağın sirri, yaxud Yasamal DYP-nin “doğuş” otağında nələr olur?
Bilirik ki, bu yazı bir çoxlarının, ovqatını təlx edəcək. Amma və lakin yazmasaq günah və qəbahət olar. Nədən ki burada dövlətin mənafeyinə, vətəndaşın da cibinə ciddi ziyan dəyib.

Vətəndaş Elşən Məhəddin oğlu Şıxəliyevin başına gələnləri təqdim etdikdən sonra hər bir oxucuya məsələ aydın olacaqdır. Lakin bu aydınlığın DYP başbilənlərində hansı reaksiya doğuracağı haqqında konkret fikir söyləmək çətindir. Nədən ki bu qurumun rəhbərliyindəki bəzi şəxslər əslində baş verənlərin bilavasitə moderatorlarıdır.

Elşən Şıxəliyevin redakasiyamıza bildirdiyinə görə “20 Yanvar” dairəsində Yasamal DYP-nin bort nömrələri 282 və 283 olan maşınlarındakı iki ekipaj yol hərəkətinin tənzimlənməsindən çox ovçuluqla məşğul olurlar. YPX əməkdaşları yolda istisnasız olaraq “Ford Transit” və “Qazel” markalı yük avtomobillərini saxlayırdılar. Bu dəfə ov mənim özüm oldum. Əllərində surətçıxarma aparatından çıxarılmış bir kağız tutan YPX əməkdaşları məni saxltdılar və bildirdilər ki, bu sənədə görə 1991-2001-ci illərin “Ford Tarnsit” avtomobillərində ressor vərəqlərinin sayı 3-dən çox ola bilməz. Sənin maşınında ressorların sayı 4 olduğuna görə maşın cərimə meydançasına getməlidir. Nə qədər izah elədim ki, ay qardaş, məndə belə maşın 2 ədəddir və Almaniyadan gələndən bunlara əl vurulmayıb. Mən heç bir əlavə etməmişəm. Altda dayaq və 3 ədəd də ressor vərəqləri var. Dedilər ki, yox, əgər dayaq varsa bu artıq dörd sayılır.Bort nömrəsi 283 olan maşının ekipajı mənim maşınımı apardı və özümü də Yasamal DYP-yə dəvət etdilər. Ora gedəndə mənə 9-cu otağa gedəcəyimi bildirdilər. 9-cu otağın qarşısında xeyli adam vardı və danışırdılar ki, bura “doğuş otağı”dır və bura gedən o prosesdən keçir və onların dediyi məbləği “doğmaq” məcburiyyətindədir.

Beləliklə, 9-cu otaqda Rüfət adlı şəxs mənə göyə dırmaşsam belə 150 manatı ödəməli (yəni ki “doğmalı”) olduğumu bildirdi. 150 manat ödəyəndən sonra maşını buraxdılar və beləliklə “doğuş” prosesindən normal çıxdığına görə bu maşını sürmək qanuniləşdi. Rüfət bəy əlavə edib bildirdi ki, 1 il ərzində səni kim saxlasa de ki, mən Yasamal DYP-nin 9 nömrəli otağında olmuşam (daha doğrusu “doğuş” prosesindən keçmişəm). Papağını əyri qoy və keyf elə. Heç kim sənə bir söz deyə bilməz. Onu da qeyd edim ki, mən verdiyim pula görə qəbz zad verilmədi. Anladım ki bu, onların öz qurduğu oyundur.

Elşən əlavə olaraq deyir ki, bu sirrin mahiyyətini bilə bilməyib. Necə olur ki 150 manat verəndən sonra maşın qanuni vəziyyətə düşür? Əgər həqiqətən belə bir şey varsa, elə rəsmi qaydada 150 manat rüsum ödəmək olmazmı? Maşın bura gələndə niyə bu tələb qoyulmur?

Sözün düzü, bizi də maraq bürüdü və internetdə axtarış verdik, lakin belə bir rüsum növü tapmadıq və vətəndaşın dediyi kimi, deyəsən doğrudan da bu bir növ “doğmaq” işinə oxşayır axı?

DYP başbilənlərindən, o cümlədən hörmətli kamran müəllimdən bircə xahişimiz var. Xahiş edirik ki, bu “doğuş” məsələsinə tez bir zamanda aydınlıq gətirəsiniz. Aydınlıq gətirəsiniz ki, Elşən Şıxəliyevə məxsus “Ford Transit” markalı, 99BB453 dövlət nömrəli maşın nəyə görə və niyə “doğuş” prosesinə cəlb olunub?
aktualxeber

Bölmənin digər xəbərləri

30 Aprel 2025 Rauf Əliyevə cinayət işi açılıb, amma məmurlar yenə bina tikməsinə icazə verir - Deyəsən cəza cinayətkara yox, xalqa kəsilir
30 Aprel 2025 İcra məmurunun oğluna verilən milyonluq tenderlər -TƏFƏRRÜAT
30 Aprel 2025 Binəqədinin icra başçısı deməsin ki, `BUNU DA BİLMİRƏM...` - BU NƏDİ BELƏ?..
30 Aprel 2025 'Medihol' klinikasında başına oyun açdılar - Foto-fakt
30 Aprel 2025 Salyanda bir idarədə adı olub özü olmayanlar "işləyir"
30 Aprel 2025 "Yeni Klinika"da hökm sürən qanunsuzluqlar: 400-ə yaxın əməkdaşından hər birindən məcburi 100 AZN/MÜRACİƏT
30 Aprel 2025 Səbail rayon məhkəməsinin hakimi Azər Tağıyevə ETİRAZ
30 Aprel 2025 Bu rayonun başçısından ağlasığmaz saxtakarlıq: Görün bir ərazini neçə şirkətə satıblar - FOTOFAKTLAR
30 Aprel 2025 “MedAura”nın həkimi Yaqub Asadidən şikayət... - Burnum çürüyür, iltihab axır kömək edin....FOİTO/VİDEO
30 Aprel 2025 HEYDƏR ƏLİYEVİN POSTERİNİ SÖKDÜRDÜ, YERİNDƏ OBYEKT TİKDİRDİ... – İcra hakimiyyəti Vüqar Sədibəylinin qanunsuz tikinti apardığını təsdiqlədi VİDEO
30 Aprel 2025 “İnvest M.Construction” şirkət həkimlərlə münaqişələri bitmir-Video
30 Aprel 2025 Gözdən əlilin pensiyası Ədliyyə Nazirliyinin sərəncamı ilə kəsilib?!
30 Aprel 2025 Qaradağda tenderleri udan “Qara Qaya” şirkəti…..
30 Aprel 2025 TƏBİB-in ƏRKÖYÜNÜ... - Vüqar Qurbanov pişik balasını daşıyan kimi bu xanımı ora-bura daşıyır...
29 Aprel 2025 Saleh Məmmədov restorana sifarişlə yol çəkdərir?-Video
29 Aprel 2025 Nəsimi rayonunda binanın zirzəmisində kim qanunsuz obyekt tikir?-Video
29 Aprel 2025 Hacıqabul sakinlərinin ÇƏKİLMƏZ CƏFALARI - VİDEO
29 Aprel 2025 Abşeron RMX-nın direktoru bacısını baş həkim təyin edib? - BU NƏDİ BELƏ?
29 Aprel 2025 "Bu kollecin tələbələri bəlkə İqtisad Universitetinin, Ada və BDU-nun tələbələridir xəbərləri yoxdur?"
29 Aprel 2025 ″AQROTARIM″ MMC-nin qalib seçildiyi ŞÜBHƏLİ TENDERLƏR - əgər araşdırma aparılarsa...

Dünyapress TV

Xəbər lenti