Qəbələ BAŞSIZ QALIB...
DİA.AZ bildirir ki, Qəbələ rayonu, Kürd kənd sakini Alıyarov Təbriz baxış oğlu tərərfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi saytımız vasitəsilə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyevə, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyevə, Baş prokuror Kamran Əliyevə müraciət edib. Həmin məktubu olduğu kimi dərc edirik:

“Cənab Prezident!

Bildirirəm ki, Sizin yeritdiyiniz regionların inkşafına dair siyasətə zidd olaraq, Qəbələ Rayon İcra Hakimiyyətinin Kürd kəndi üzrə keçmiş nümayəndəsi Alıyev Eyyub Soyun oğlunun və Kürd kənd Bələdiyyəsinin sədri olan qardaşı oğlu Hüseynli Ərtoğrul Namiq oğlu kənddə qanunsuz əməllərə yol verməklə, sakinlərin yaşayışını dözülməz vəziyyətə çatdırıblar. Təsadüfi deyil ki, kəndin 200 nəfərdən artıq sakini yaşayış yerini tərk etməyə məcbur qalıblar.

Onların qanunsuz əməllərinin bir qismini aşağıda göstərirəm:

1. Ərtoğrul Alıyev Kürd Bələdiyyəsində işlədiyi dövrdə Qəbələ rayonu Statistika İdarəsindən hər ay əmək haqqı almışdır;

2. Eyyub Alıyev və dəstəsi kəndin tibb məntəqəsini taxıl anbarına çevirmişlər(Bildiyimizə görə Statistika İdarəsinin müdiri Ayaz İsgəndərli ilə ortaq olaraq);

3. Ərtoğrul Alıyev Bələdiyyədə öz qohumlarını işə düzəldib: əmisi oğlu Sənan Alıyev və əmisi qızının yoldaşı Zülfü Muradxanov bağban, dayısının yoldaşı isə müavin kimi çalışır;

4. Pandemiya dövründə bir sıra şəxslərin adına yardım kartları alıb, pullar mənimsənilmişdir;

5. Ərtoğrul Alıyev kənd təsərrüfatı üçün ayrılan subsidiyaları ələ keçirib, sakinlərin müraciətlərini isə cavabsız qoyur, lazımi sənədləri təqdim etmir, süründürməçiliyə yol verir;

6. Kənd ərazisində torpaq sahələrini ələ keçirərək, həmin sahələri qanunsuz olaraq müxtəlif şəxlərə satmış, icarəyə vermiş, əhalini torpaq sahəsini istifadədən məhrum etmişlər;

Bu qanunsuzluqlarla bağlı Qəbələ Rayon İcra Hakimiyyətində dəfələrlə qəbulda olub, müxtəlif dövlət orqanlarına müraciət etsək də, dərdimizə əlac edən yoxdur. Alıyev Eyyub Soyun oğlunun və Hüseynli Ərtoğrul Namiq oğlunun qanunsuz hərəkətləri barədə hüquq mühafizə orqanlarına şikayətlərimizə cavab olaraq, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 22 sentyabr 2021-ci il tarixli 21030098384 saylı məktubunda göstərilmişdir ki, şikayətlərimizdə əks olunan xüsusatların bir qismi öz təsdiqini tapdığından müvafiq tədbirlərin görülməsi üçün araşdırmanın nəticəsi Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilmişdir.

Eyni zamanda bildiririk ki, bizim müraciətlərə cavab olaraq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Torpaqların Dövlət İdarəetməsinin təşkili üzrə Dövlət Agentliyi tərəfindən göndərilən 04 oktyabr 2021-ci il tarixli 210820201863 saylı məktubda göstərilmişdir ki, şikayətlərimizdə əks olunan xüsusatların digər qismi də öz təsdiqini tapdığından, müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə məktub göndərilmişdir.

Bundan əlavə, bizim müraciətlərə əsasən onlar barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki Regional Ədliyyə İdarəsində də araşdırma aparılır.

Lakin Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Preventiv tədbirlər və təhqiqat idarəsinin rəis müavini Kazım Həmzətovun adından imzalanmış 19.11.2021-ci il tarixli məktubla, guya, bizim müraciətlərdə göstərdiyimiz faktların təsdiq olunmadığı bildirilmişdir. Sonradan Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən Rüstəm Şükürov adlı əməkdaş gəlib, lazımı sənədləri Bələdiyyədən götürəcəyini, izahatımızı alacağını bildirsə də, heç bir araşdırma aparılmadı. Bununla bağlı bildiririk ki, uzun müddətdir müraciət etməyimizə baxmayaraq, bu günədək Azərbaycan Respublikasının Baş Prokurorluğuna və ya Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə dəvət edilməmişik və izahatlarımız alınmamışdır. Bizim əlimizdə onların qanunsuz əməllərini təsdiq edən rəsmi dövlət sənədləri olmasına baxmayaraq, korrupsiya idarəsi bu işə baxmır.

Qəbələ BAŞSIZ QALIB...
Qəbələ BAŞSIZ QALIB...
Qəbələ BAŞSIZ QALIB...

Eyyub Alıyev və Ərtoğrul Alıyev isə hər yerdə, eləcə də kənd sakinlərinin yanında da pul verib işlərini həll etdiklərini, prokurorluq orqanlarında yüksək vəzifəli tanışları vasitəsilə şikayətlərimizin qarşısını aldıqlarını deyirlər.

Prokurorluq orqanlarında bizim müraciətlərin araşdırılmaması, cinayətkarların iş başında olmaları, qanunsuz əməllərini davam etdirmələri, ən əsası bu günədək bizim prokurorluğa dəvət olunmamağımız, bizim izahatlarımız olmadan guya araşdırma aparılaraq göstərdiyimiz faktların təsdiq olunmaması məzmunla məktub göndərilməsi Eyyub Alıyev və Ərtoğrul Hüseynlinin dəstəsinin camaat arasında dediklərinin həqiqiliyini, yəni pul verib canlarını qurtarmaqlarını, hər yerdə adamları olması barədə dedikləri təsdiq edir. Odur ki, sizlərə müraciət edərək bzim şikayətlərimizi nəzarətə götürməyinizi, bizləri şəxsən qəbul etməyinizi və vaxt tapıb kəndimizə səfər etməyinizi, cinayətkarların himayədarlarının müəyyən edilməsini xahiş edirik".

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.



VİDEO2: https://www.youtube.com/shorts/Or1liKfIfbc


Bölmənin digər xəbərləri

26 Noyabr 2024 “Şəkər Zavodu metal alveriylə məşğuldur” - BU NƏDİ BELƏ?..
26 Noyabr 2024 Elnur Cabbarov videosunu yayan işçisinin ərini həbs etdirib - TƏFƏRRÜAT
26 Noyabr 2024 "Kristal Abşeron"un "Aznet"lə soyğunçu monopoliyası: ...
26 Noyabr 2024 Avtopark müdiri İdarə rəisi Samir Cəbrayılovun özbaşına əməllərindən Prezidentə müraciət etdi
26 Noyabr 2024 Sumqayıtda antisanitariya: "Zibil qabları günlərlə daşınmır" - FOTO
26 Noyabr 2024 Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? – FOTO/VİDEO
26 Noyabr 2024 Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
26 Noyabr 2024 Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI - Havayı yerə oxumayın..
25 Noyabr 2024 Xalqa qarşı açılan AYNA-lı: indi də bu qurumun əməkdaşları ağac dalında gizlənib...
25 Noyabr 2024 Dillər Universitetində NƏ OYUNLAR ÇEVRİLİR... - İLGİNC FAKTLAR...
25 Noyabr 2024 Burda müştərini rəsmən QARƏT EDİRLƏR - BU NƏ HESABDIR?
25 Noyabr 2024 Mürsəl İbrahimovun menyusunə Xidmətin Nərimanov idarəsində “X5” rüzgarı əsir...
25 Noyabr 2024 Mərkəzi Aran Təhsil İdarəsinin Yevlax hissəsində aləm dəyib bir-birinə.
25 Noyabr 2024 Aptek müdürü işçisini vəhşicəsinə döydü - anbaan VİDEOLAR
25 Noyabr 2024 Ucar rayonunun qaziləri Ucar RMX-ndan Prezidentə şikayət etdilər - ŞİKAYƏT -VİDEO
25 Noyabr 2024 Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
24 Noyabr 2024 Qazaxın icra başçısının dəlixanaya saldığı məmur danışdı
24 Noyabr 2024 Ağsu RİH “tender kralı“ kimi tanınan ATF şirkətinə 707 manat ödəyəcək - Yenə yol təmir edirlər
23 Noyabr 2024 Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
23 Noyabr 2024 “İnnovasiya və Təchizat Mərkəzi”ndə əməlli-başlı özbaşınalıqdı – Cənab Qurbanov nə fikirləşir…

Dünyapress TV

Xəbər lenti