Bakıdakı 2 saylı uşaq klinik xəstəxanasında nələr baş verir -
“Uşaqlar bizim gələcəyimizdir, uşaqlar bizim həyatımızdır. Hamımız uşaqları sevirik və istəyirik ki, Azərbaycan vətəndaşları uşaqlıq illərindən sağlam olsunlar”. Bu sözləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hələ 2010-cu ildə paytaxtın Nəsimi rayonunda fəaliyyət göstərən Əbülfəz Qarayev adına 2 saylı uşaq klinik xəstəxanasının əsaslı təmirdən sonra açılışında iştirak edən vaxt çıxışında söyləmişdi.
Görünən odur ki, maddi-texniki bazası yenilənən, dünyanın ən inkişaf etmiş ölkələrində tətbiq edilən və mürəkkəb cərrahi əməliyyatların aparılmasına imkan verən müasir tibbi avadanlıqların quraşdırıldığı, həkimlər, tibb bacıları və digər tibbi heyətin səmərəli fəaliyyəti, eləcə də uşaq otaqlarında uşaqların əylənmələri üçün hər cür şərait yaradılan bu xəstəxananın rəhbərliyi müəssisəyə və kollektivə dövlət səviyyəsində göstərilən bunca diqqət və sayğıya layiq deyildir.
Bu ilin may ayında Fərid Hüseynov adlı vətəndaşın mətbuatda belə bir şikayəti yayılmışdı: “Gecə saatlarında 4 yaşlı oğlu Cəlal Hüseynovu nəfəs çatışmamazlığı diaqnozu ilə, ağır vəziyyətdə təcili yardım avtomobilinin köməkliyi ilə 2 saylı uşaq klinik xəstəxanasına çatdırıblar. Xəstəxananın qəbul otağında övladımın ağır vəziyyətdə olduğunu görən personal övladımı sənədləşdirib qəbul etdi. Lakin baş həkimin səlahiyyət verdiyi pediatr Günay Cavadova övladımın şəxsiyətini təsdiq edən sənədın olmamasını əsas göstərərək, onu qəbul etməkdən imtina etdi. Mən bildirəndə ki, “şəxsiyyət vəsiqəsinin əslinin şəkili mobil telefonumdadır, gedib əslini gətirib dərhal sizə çatdıracam”, Günay Cavadova övladıma ilkin tibbi yardım göstərilməsinə qəti şəkildə etiraz edərək, uşaqa qoşulan inqalyasiya aparatının qoşülmamasına göstəriş verdi”.
Qəribədir ki, professor Azər Xudiyev hətta doğulan kimi xəstəxananın qapısı ağzına atılan körpələrə göstərdikləri diqqətdən dəm vurduğu halda, niyə onun rəhbərlik etdiyi müəssisənin həkimi 4 yaşlı uşağın həyatını xilas etməyi aradan qaldırılması mümkün bürokratik əngələ satır? Həkim üçün xəstənin həyatını qurtarmaq daha vacibdir, yoxsa, kağız parçası?
Ümumiyyətlə, internet resurslarında sözügedən uşaq xəstəxanasında baş alıb gedən qanunsuzluqlar barədə yetərincə informasiyaya rast gəlmək olar. Media müstəvisinə gedib çıxan narazılıqların, şikayətlərin sayı get-gedə artmaqdadır. Bu günlərdə redaksiyamıza Qasımova Ülviyyə Vaqif qızının müraciəti daxil olub. Şikayətçi bildirir ki, onun dializ xəstəsi olan uşağının yatdığı palatanın ayaqyolunun qapısını “işləmir” adı ilə hər gün saat 15-dən sonra skoçla bağlayırlar. Uşağın palata qonşusu olan qadın xəstəxanadan çıxandan sonra belə qərar verilib. Vətəndaş haqlı olaraq belə bir sual verir ki, onun uşağının başqa xəstələrdən nəyi əskikdir, niyə onun övladı təbii ehtiyacını ödəmək üçün başqa palataya getməlidir?
Sonda 2 saylı uşaq klinik xəstəxanasından yazılmış tənqidi məqalələrin sərlövhəsinə çıxarılmış valideyn fəryadlarına nəzər yetirək: “Müalicəsi üçün pul yığılan Aytac dünyasını dəyişdi: Həkimlər qızımı bu hala saldı”; “Qızım həkim səhlənkarlığının qurbanı olub”; “Qarayev xəstəxanasında VİCDANSIZLIQ”; "Həkim sistemi taxıb çay içməyə getdi, nəvəm keçindi...”; "Uşaqlar əlimizdə göyərir, mən şokdayam, hamı pul davasındadı".
İbrahim Hümbətov //azerinfo.info//

 
 
 

Bölmənin digər xəbərləri

02 May 2025 Bombeyi xatırladan Nərimanov rayonu - Səkilər zəbt edilib (VİDEO)
02 May 2025 FHN-dən iki qəribə tender: 550 minlik kompyüter və 2 milyonluq istinad divarı
02 May 2025 Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı... - FOTO
02 May 2025 “Bolt Azərbaycan”ın Şuşanı azad etməyimizdən xəbəri yoxdur - Şuşada küçə adlarını erməni adları ilə qeyd edir
01 May 2025 Daha bir həkim qalmaqalı: “14 min manat verdim, geyimsiz fotomu paylaşdı” - VİDEO
01 May 2025  İsmayıllıda BAĞIROVŞİNA: Camaat nə deyir?.. - İLGİNC...
01 May 2025 Özbaşınalıqları planetlərə sığmayan Venera Xəlilova - 151 saylı bağçada nə baş verir?
01 May 2025 ŞƏRUR RAYON MƏRKƏZİ XƏSTƏXANASINDA CÜTLÜYÜN ƏMƏLLƏRİ
01 May 2025 Məktəbə yoxlama gəldi: şagird direktoru İFŞA ETDİ... - BUNA GÖRƏ DƏ...
01 May 2025 Samux Mərkəzi Xəstəxanasında tender oyunu
01 May 2025 Bərdədə genefondumuza divan tutulur
01 May 2025 Buralarda təhsil yoxdur... amma YEYİNTİ VAR! - İLGİNC İDDİA
01 May 2025 İZMİR` klinikasında pasiyenti bu hala saldılar - FOTOFAKT
01 May 2025  Dövlət qurumları başıbəlalı şirkətlə anlaşıb - TƏFƏRRÜAT
01 May 2025 “Ailə Park” MTK Nərimanov rayonunda "Yasıl Terror" törədir -ANBAAN VİDEO
30 Aprel 2025 Rauf Əliyevə cinayət işi açılıb, amma məmurlar yenə bina tikməsinə icazə verir - Deyəsən cəza cinayətkara yox, xalqa kəsilir
30 Aprel 2025 İcra məmurunun oğluna verilən milyonluq tenderlər -TƏFƏRRÜAT
30 Aprel 2025 Binəqədinin icra başçısı deməsin ki, `BUNU DA BİLMİRƏM...` - BU NƏDİ BELƏ?..
30 Aprel 2025 'Medihol' klinikasında başına oyun açdılar - Foto-fakt
30 Aprel 2025 Salyanda bir idarədə adı olub özü olmayanlar "işləyir"

Dünyapress TV

Xəbər lenti