ABDİN FƏRZƏLİYEV ABŞERONDA ŞƏHİD ADI İLƏ MÖHTƏKİRLİK EDƏNLƏRLƏ İŞ BİRLİYİ QURUB



Abşeron rayonu, Xırdalan şəhəri, Kənd Xırdalan, Əlihüseyin Əsgərov (keçmiş Əzizbəyov) küçəsi, ev-39 ünvanında yaşayan Qasımov Böyükağa Məmmədrza oğlu, Cəfərli Rövşən Cəfər oğlu və daha bir neçə sakinin şikayəti KİV-də ictimailəşib. Sakinlər bildirirlər ki, 2 saylı uşaq bağçasının yaxınlığında, hansı ki, cəmi 8 sot torpaq sahəsində inşasının həyata keçirilməsi planlaşdırılan qazınt ı- tikinti işləri həyata keçirilir. Qeyd edirlər ki, Mənsur adlı şəxs tərəfindən alınan 8 sot torpaq sahəsindəki yaşayış evləri sökülmüş, ərazidəki yaşıl ağacların hamısı məhv edilmişdir. Tikintisi nəzərdə tutulan binanın özül hissəsi böyük tonnajlı ekskvatorla qazılır ki, bu da ərazidə yaşayan sakinlərdə ciddi narazılıq doğurur. Buna da əsas səbəb, qazıntı işlərinin yaşayış evlərinə olduqca bitişik ərazidə aparılmasıdır. Qazıntı zamanı ərtafdakı yaşayış evləri titrəyir, evlərin özül hissələrində müəyyən çatlar əmələ gəlir. Toz-torpaq, səs-küy evlərdə xəstələri, qan təzyiqi olanları, səhhətində ciddi problemi əmələ gələn insanları narahat edir.
Tikinti işlərinə sahiblik edən Mənsur Hacıyev adlı şəxs isə özünün şəhid qardaşı olduğunu, tikəcəyi binada mənzillərin şəhid ailələrinə veriləcəyini deyir. Halbuki, bu, tamamilə ağ yalandır.
Böyükağa Qasımovun və digərlərinin sözlərinə görə, Abşeron Rayon İcra Hakimiyyəti və Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşları dəfələrlə tikinti aparılan sahəyə gəlsələr də, tikinti aparan Mansur adlı şəxslə kənarda danışdıqdan sonra çıxıb gediblər və heç bir tədbir görməyiblər.
Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinin mövqeyi aydınlaşdırılıb və mediada işıqlandırılıb: “Müraciətdə qeyd olunan Hacıyev Mənsur adlı şəxsə Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən qeyd olunan ünvanda üçmərtəbəli fərdi yaşayış evinin tikintisi üçün müvafiq icazə verilib”.
Abşeron rayon İcra Hakimiyyətindən isə bildirilib ki, hazırda həmin ərazidə inşaat işləri dayandırılıb: “Vətəndaş Mənsur Hacıyevin Abşeron Rayon İcra Hakimiyyətinə ünvanladığı müraciətinə baxılıb və mülkiyyətində olan 0.08 ha torpaq sahəsində (29.10.2022-ci il tarixli, 1622038467 qeydiyyat nömrəli Çıxarış) 20.09.2023-cü il tarixli, 5-29/2-H-283-151/2023 №-li məktubla “məlumatlandırma icraatı” qaydasında fərdi yaşayış evinin inşasına tərəfimizdən icazə verilib. Lakin şəhərsalma nəzarətinin təmin edilməsi, qanunsuz tikinti işlərinin dayandırılması və şəhərsalma qanunvericiliyinin tələblərinin pozulmasının qarşısının alınması məqsədilə əməkdaşlarımız tərəfindən rayon ərazisində keçirilən monitorinqlər zamanı qeyd olunan ünvana yerində baxış keçirilib, obyekt sahibi tərəfindən aparılan tikinti işləri zamanı layihədən kənarlaşma halları aşkar olunub və inşaat işləri dayandırılıb. Əlavə olaraq qeyd edirik ki, mövcud qanunvericiliyin tələblərinə uyğun layihə sənədlərinin aidiyyəti üzrə razılaşdırılması və bu prosedur həyata keçirilənə qədər tikinti işlərinin davam etdirilməsinə qətiyyən yol verilməməsi, həmçinin vətəndaşlarla yaranmış narazılığın aradan qaldırılması tələbi irəli sürülüb, əks təqdirdə qanunsuzluğun ləğvi ilə bağlı inzibati tədbirlərin görüləcəyi barədə hər iki obyekt sahibinə xəbərdarlıq olunub”.
Sakinlər bildirirlər ki, Mənsur apartmanın cəmi 5 sot sahədə inşa olunacağını vəd etsə də, ona inanmırlar. Hündürlüyü 12 metrdən artıq olacaq binanın hansı keyfiyyətlə tikiləcəyi bəlli deyil və qonşuluqdakı həyət evlərinin üstünə aşmayacağına zəmanət yoxdur. Vətəndaşlar iddia edirlər ki, həmin torpaq sahəsi fərdi yaşayış evlərinin arasında yerləşdiyindən və bu ərazidə çoxmərtəbəli yaşayış binasının inşa edilməsi qanunvericiliyin tələbinə ziddir: “Bu tikinti məlumatlandırma icraatı çərçivəsində həyata keçirilə bilməz və tikintiyə icazənin verildiyi halda divar hündürlüyünün, qonşu evlərlə ara məsafəsinin qanunvericiliyin tələblərinə uyğunluğu nəzərə alınmalıdır.
Sakinlər həmçinin bildirirlər ki, şəhidlərin adından ehtikarlıq edən Mənsur Hacıyev öz qanunsuz əməllərini davam etdirməkdədir, onların narazılıqlarının aradan qaldılırlması üçün də heç bir konstruktiv təklifdə bulunmur. Bu isə o deməkdir ki, o, Abşeron rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevlə və rayonun baş memarı Elvin Quliyevlə hərtərəfli razılıq əldə edib. Görünür, hazırki baş memar sələfi, rəvac verdiyi qanunsuzluqlara görə hazırda həbsdə olan Akif Əliyevin aqibətindən nəticə çıxarmayıb.
İbrahim Hümbətov

Bölmənin digər xəbərləri

02 May 2025 Əmrullayevin 240 saylı PROBLEMİ - NAZIRIN NƏZƏRİNƏ...
02 May 2025 Şiddətli töhmət də aldı, amma hələ də dövlətin pullarını istədiyi kimi xərcləyir – Söhbət Fuad Nağıyevdən gedir
02 May 2025 BAŞSIZ YEVLAX: Vətəndaş Allahın ümidinə qalıb... - YAZIQDIR CAMAAT..
02 May 2025 Bombeyi xatırladan Nərimanov rayonu - Səkilər zəbt edilib (VİDEO)
02 May 2025 FHN-dən iki qəribə tender: 550 minlik kompyüter və 2 milyonluq istinad divarı
02 May 2025 Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı... - FOTO
02 May 2025 “Bolt Azərbaycan”ın Şuşanı azad etməyimizdən xəbəri yoxdur - Şuşada küçə adlarını erməni adları ilə qeyd edir
01 May 2025 Daha bir həkim qalmaqalı: “14 min manat verdim, geyimsiz fotomu paylaşdı” - VİDEO
01 May 2025  İsmayıllıda BAĞIROVŞİNA: Camaat nə deyir?.. - İLGİNC...
01 May 2025 Özbaşınalıqları planetlərə sığmayan Venera Xəlilova - 151 saylı bağçada nə baş verir?
01 May 2025 ŞƏRUR RAYON MƏRKƏZİ XƏSTƏXANASINDA CÜTLÜYÜN ƏMƏLLƏRİ
01 May 2025 Məktəbə yoxlama gəldi: şagird direktoru İFŞA ETDİ... - BUNA GÖRƏ DƏ...
01 May 2025 Samux Mərkəzi Xəstəxanasında tender oyunu
01 May 2025 Bərdədə genefondumuza divan tutulur
01 May 2025 Buralarda təhsil yoxdur... amma YEYİNTİ VAR! - İLGİNC İDDİA
01 May 2025 İZMİR` klinikasında pasiyenti bu hala saldılar - FOTOFAKT
01 May 2025  Dövlət qurumları başıbəlalı şirkətlə anlaşıb - TƏFƏRRÜAT
01 May 2025 “Ailə Park” MTK Nərimanov rayonunda "Yasıl Terror" törədir -ANBAAN VİDEO
30 Aprel 2025 Rauf Əliyevə cinayət işi açılıb, amma məmurlar yenə bina tikməsinə icazə verir - Deyəsən cəza cinayətkara yox, xalqa kəsilir
30 Aprel 2025 İcra məmurunun oğluna verilən milyonluq tenderlər -TƏFƏRRÜAT

Dünyapress TV

Xəbər lenti