Elgiz Şirinovun “Həyat üçün Şans” Reabilitasiya Mərkəzində 5 ildir baş verən cinayət əməllərini dövlət qurumları görmür..?
Əsrimizin bəlası olan, adına AĞ ÖLÜM deyilən narkomaniya kimlər üçünsə fəlakət, faciə, kimlər üçün isə milyonlar deməkdir. Müdriklər deyib ki, başqasının faciəsi üzərində xoşbəxt olmaq mümkün deyil. Kimlər ki, bu faciənin üzərində milyonlar qazanır, onlar gec-tez özləri fəlakətə düçar olacaqlar. Elgiz Şirinov və arvadı kimi...
Diqqətli oxucularımız bilir ki, xeyli vaxtdır Elgiz Şirinovun təsisçi və direktor olduğu, 18 filialı olan, üstəlik lisenziyası olmadan 5 ildir gizli fəaliyyət göstərərək heç bir vergi verməyən “Həyat üçün Şans” Reabilitasiya Mərkəzində baş verən cinayət əməlləri barədə araşdırma yazıları dərc edirik. Fikir verdinizmi..?
Birincisi, söhbət hansısa bir guşədə gizlin fəlaiyyətdən söhbət getmir ee... 18 filaldan söhbət gedir.
İkincisi, bu boyda cinayət məkanı 5 ay deyil, 5 ildir fəaliyyət göstərir.
Üçüncüsü, bu cinayət obyekti lisenziyası olmadan işləyir... Yaxşı bütün bunları dövlət qurumları, vəzifəli şəxslər görmür..? Əlbəttə, görürlər. Həyət evində tualet tikən kimi, daşı daş üstə qoyan kimi sahə müvəkkili gəlir.
Keçən dəfə yazdığımız kimi küçədə 5-6 dəstə kəklikotu satan kimi Vergi əməkdaşları gəlib lisenziya tələb edir... Amma 5 ildir cinayət əməlləri ilə məşğul olan Elgiz Şirinovun və onun arvadının əməllərini dövlət məmurları görmək istəmir. Niyə..?
Bir az konkret mövzudan haşiyə çıxmaq istəyirik. Bu gün mütəşəkkil cinayətkar dəstələr özlərinə humanist, bəzəkli adlar seçirlər. Gözəllik salonu...Reablitasiya mərkəzi...və s. Yeri gəlmişkən, Gözəllik salonlarında vəzifəli şəxslərin ailə üzvlərinə nələr təlkif olunmur...? Arıqlamaq adı altında hansı cinayət əməlləri baş vermir..? Gözəllik salonu və cinayətkar dəstə... Bu obyektlərə ancaq və ancaq imkanlı şəxslər gedə bilər.
Deməli, bu obyektlər həm də...KOMPRAMAT yuvasıdır. Yəqin ki, fikrimizi çatdıra bildik. Sonra bu cinayətkar dəstə bu KOMPRAMAT-lardan özlərini MÜDAFİƏ üçün istifadə edir, vəzifəli şəxsləri ŞANTAJ edirlər. Bu qədər sadə və bəsit.
Biz yuxarıda əbəs yerə yazmadıq ki, Elgiz imkanlı şəxslərin oğlanlarını, arvadı isə qız-gəlinləri müalicə etmək adı altında biznes qurublar.
Xatırlatma üçün qeyd edək ki, Elgiz Şirinovun cinayət əməlləri təkcə vergidən yayınma, qanunsuz sahibkarlıq fəaliyyəti və s ilə məhdudlaşmır.
Ötən yazılarımızda qeyd etdiyimiz kimi Elgiz Şirinov dövlətin içində sanki dövlət yaradıb. Bəli, Elgiz Şirinovun Reabilitasiya Mərkəzinin özünün “həbsxanası”, “əməliyyat qrupu”, “cəza dəstəsi” və daha nələri...
Təsəvvür edirsiniz, kimlərinsə “zakazı” ilə hansısa imkanlı adamların nakoman yaxınlarını müalicə adı ilə maşına basıb Reabilitasiya Mərkəzinə gətirirlər. Elgiz hər yerdə çox yüksək vəzifəli şəxslərin adını çəkir və deyir ki, Reabilitasiya Mərkəzinin sahibləri onlardır. Elgiz hətta sponsorlarının da adlarını çəkir, amma özü hər narkomanın valideynlərindən 1500-6000 manat arası pul alır... Bu adam başına 2500 narkomanı toplayıb, özünü muzdlu dəstənin başçısı kimi aparır.
Onu da qeyd edək ki, vaxtilə bir “cırıq 3-lüyə” görə ona-buna ağız açan Elgiz Şirinov hazırda milyonçuya çevrilib, 200 minlik avtomobil alıb, Yasamal rayonu, Nazim Hikmət küçəsindəki evini 100 minə təmir etdirir. Dəyəri 1 milyon olan bağ evi almaq istəyir. Bütün bunlar azmış kimi Elgiz Şirinov və dəstəsi öz müştərilərinə cəza verir, suda boğur, hətta asırlar. Və bunun nəticəsi olaraq Mərkəzin sakinlərindən biri işgəncələrə dözməyərək dünyasını dəyişib. Və bununla bağlı cinayət işi açılıb, mərkəzin 3 əməkdaşı 10-11 il müddətinə azadlıqdan məhrum edilib, amma... Əmması odur ki, Elgiz Şirinov azadlıqda əməllərini yenə davam etdirir..? Niyə..?
Yazının girişində əbəs yerə yazmadıq ki, Elgiz Şirinovun və arvadının əlində daşdan keçən kompramatlar var. Xatırlatma üçün onu da qeyd edək ki, Elgiz Şirinov və onun cinayətkar dəstəsi ilə bağlı hazırda Abşeron rayon polisində təhqiqat və istintaq prosesi gedir.
Ümid edirik ki, nəhayət bu cinayətkar dəstənin əməllərinə son qoyulacaq və Elgiz Şirinov həbs olunacaq.