Binəqədi rayonu ərazisində - Binəqədi-Balaxanı yolunda qanunsuz tikinti işləri aparılır. Bu barədə Bakupost.az –a sakinlər məlumat veriblər. Şikayətçilər deyirlər ki, “neftin ərazisində”, neft buruğlarına keçid nişanı olan yerdə, böyük bir sahəni zəbt edərək inşaat işləri aparılır: “Neftin ərazisi olmasına baxmayaraq, tikinti aparılır. Bundan bir müddət əvvəl kasıb bir ailə var idi. Burada nəsə tikmək istəyirdilər. Amma icazə vermədilər. Dərhal tökülüşdülər buraya... Dedilər, neftin ərazisidir, olmaz. Amma indi vəzifəli şəxsdir deyə, tikintiyə göz yumurlar. Heç kim bir söz deyə bilmir. Neftin ərazisini zəbt edib, 10-15 sotu götürüb, "moyka" tikirlər. Əraziyə Binəqədi İcra Hakimiyyəti baxır. Kim nə istəyir edir, amma kasıblara imkan vermirlər”. Məsələ ilə bağlı Binəqədi İcra Hakimiyyətindən mövqe alma cəhdlərimiz baş tutmadı. Ərazidən görüntüləri təqdim edirik: