ASTARA MƏHKƏMƏSİNİN HAKİMİ MÜBARİZ MƏMMƏDOV NİYƏ “ŞOU” GÖSTƏRİR?
Bu dəfəki “qurban”, gənc alimdir

Astara rayonu, artıq belə görünür ki, tamamilə mafia qanunlarına təslim olub və burdan gələn hər yeni xəbər, sanki əvvəlkini “kölgə”də buraxmalıdır.

Son zamanlarda gündəmdə olan Astara Rayon Məhkəməsinin hakimi Mübariz Məmmədov, yenə də qeyri-peşəkarlığı ilə diqqət mərkəzinə düşüb.

Belə ki, Astara şəhər 4 saylı tam orta məktəbin qanunsuz şəkildə işdən çıxarılmış psixoloqu Daşqın Əliyevlə bağlı avqustun 10-da, Astara Rayon Məhkəməsində keçirilmiş prosesdə, sözün həqiqi mənasında, şou yaşanıb və bu şounu da hakim M. Məmmədov təşkil edib.

Məhkəmə prosesi, psixoloqun işə bərpasından sonra ona dəymiş zərərin ödənilməsi və müqavilənin forması ilə bağlı olub. Lənkəran-Astara Regional Təhsil İdarəsi və Lənkəran İcra Şöbəsi, Məhkəməyə müraciət edərək, psixoloqun işə bərpasının detallarını aydınlaşdırmaq istəyiblər. Avqustun 10-na təyin olunmuş iclasda, məhkəmə hakimi Mübariz Məmmədov, Lənkəran-Astara Təhsil İdarəsinin marağını təmin etmək üçün, sözün həqiqi mənasında, hər şeyi edib: Daşqın Əliyevə, məhkəmədə demək olar ki, danışmaq haqqı verməyərək, dəfələrlə sözünü kəsib, üstəlik də bunu, küçə üslubunda, “ayə” xitabıyla edib. Bir sözlə, gənc alimin vəkilinin prosesdə iştirak etməməsindən istifadə edərək, hakim və LARTİ, onu “təkləməyə” çalışaraq, hansısa “güzəştlərə” razı salmaq istəyiblər. Nəticədə, heç bir hüquqi əsas olmadan, psixoloqun, işə, daimi deyil, müddətli müqavilə ilə bərpa olunması gərəkdiyi bildirilib. Lakin, guya “balans yaratmaq üçün” digər məsələdə-dəyən zərərin tam ödənilməsi və verilməyən maaşların verilməsi məsələsində, psixoloqun əleyhinə olmayan qərar veriləcəyi bildirilib.

Lakin, məhkəməyə, görünür ki, çox “iştahlı” gələn LARTİ, bu qərarı da öz lehinə dəyişdirmək üçün xeyli “dirəşib”. Hakim M. Məmmədov, 180 dərəcə qanunsuzluğa yol verə bilməyəcəyini, “balans” yaratmalı olduğunu, “müəllim” deyə xitab etdiyi Lənkəran “Regional” və Astara təhsil sektoru nümayəndələrinə başa salmağa çalışsa da, onlar, bunu anlamayıblar. Nəticədə, onlar, vaxt qazanmaq məqsədiylə, prosesin təxirə salınması üçün hakimə müraciət ediblər. Hakim M. Məmmədov, heç bir əsas olmadan, onların bu son istəyini də qəbul edib.

Qeyd edək ki, məhkəmədə, LARTİ-ni, Astara təhsil sektoru üzrə təmsil edən məsləhətçi Elçin Mirzəzadə, elə hakim M. Məmmədov kimi, ciddi qalmaqallarla gündəmə gələn birisidir. Məhz onun direktor olduğu zamanda(2018-də), şəhər 6 saylı məktəbdən qanunsuz şəkildə işdən çıxarılan psixoloq Daşqın Əliyev, sonradan ciddi ictimai təpkidən sonra işə bərpa olunmuşdu və o zamanki Təhsil müdiri Rəşad Həsənov, buna görə üzr istəmişdi.

______

Avqustun 10-da Astara rayonunda baş verən şou-prosesin səs-küyü, artıq öz əksini tapmaqdadır. Cəmi bir neçə həftə öncə, “Ülviyyə Bayramova məsələsi”ndə, mübahisəli qərarı ilə gündəmə gələn hakim M. Məmmədov, göstərdiyi yeni “tamaşa” ilə, yenidən medianın və ictimaiyyətin diqqət mərkəzinə düşmüş oldu.

Baş verənlərlə bağlı mediaya açıqlama verən alim-psixoloq Daşqın Əliyev, hakimin aşkar tərəfkeşliyi və ədəbsiz üslubu qarşısında təəccübləndiyini bildirdi: “Biz, indiyə qədər, Astarada hər cür ədalətsizliyi yaşamışıq və bunu mediamız bilir. Amma, etiraf edim ki, bu dəfə hətta biz də təəccübləndik! Doğrudur, bu iclasda, hakimin tərəfsiz qalacağını zatən gözləmirdik və ən azı 1 məsələdə, LARTİ-nin istəyini yerinə yetirəcəyini gözləyirdik. Lakin, hakim Mübariz Məmmədovun, “mötəbər qurum”un istəyini təmin edərkən, zəif gördüyü “qeyri-mötəbər” quruma-“Gənc Alimlər”ə bu qədər təhqiramiz yanaşacağını, tərəfkeşliyini kobud formada edəcəyini və mənimlə “ayə, səsini kəs!” deyə danışacağını gözləmirdim. Birincisi, məhkəmə hakiminin, bir gənc alimə, hətta sadə vətəndaşa, “ayə” deyə xitab etməyə haqqı yoxdu və bu, aşkar etikasızlıqdı. İkincisi də, az qala dövlət ittihamçısı kimi çıxış edən LARTİ-nin haqqımda dediyi ittihamlara cavab vermə hüququm var, qanun bunu deyir. Məhkəmə iclasının video-qeydinə baxsaz görərsiz ki, mənə söz verilmə haqqı, 10-un 1-ə nisbətində olmuşdur. Mən, Azərbaycanda sosial mediaya dair yeganə kitabın müəllifi olan, gənc elm adamıyam. Əgər hakim M.Məmmədov məni də təhqir edirsə, indi görün, sadə vətəndaşların başına nə oyunu açır! Biz mediadan xahiş edirik ki, Astara məhkəməsində baş verən haqsızlıqları gündəmə gətirsinlər, susmasınlar. Mediamız, qəddar təhsil müdiri Rəşad Həsənovun haqından gələrək, çox böyük bir iş başardı. İndi də Astaradakı digər məmurlar, o cümlədən M. Məmmədov barəsində susmamaları üçün saytlara, səhifələrə müraciət edirik! Media, məmurların haqqından gələcək qədər güclü bir amildir!

_______

Qeyd edək ki, gənc alimin ittihamlarına cavab verən LARTİ təmsilçisi, hakimi müdafiə edərək, “Daşqın Əliyev sakit insandır, özü az danışmaq istəyib, kimsə mane olmayıb” deyə ilginc açıqlama verib.

________

P.S. Maraqlıdır ki, LARTİ, “təhlükəli adam” olduğu üçün D. Əliyevlə daimi deyil, müddətli müqavilə bağlanılmasında israr edir, lakin məhkəmədə az danışmasını isə, “sakit adam” olması ilə açıqlayır. Görəsən, bu, riyakarlıq deyilmi?
"Astaranın Gənc Alimləri"
Teref.az olaraq məqalədə toxunulan iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
Teref.az

Bölmənin digər xəbərləri

28 Noyabr 2024 Tovuz Sosial- İqtisadi Kollecin yeni direktorundan da şikayət var – Müəllimlər haqlarını tələb edir
28 Noyabr 2024 Malalamaqla deyil, bu nazir dəyişməlidir… - ÇAĞIRIŞ
28 Noyabr 2024 QHT sədrinin deputatlıq sevdası ərinin karyerasını bitirdi - İLGİNC İDDİALAR
28 Noyabr 2024 “Yaşıl dəhliz”ə kimlər və necə nəzarət edir? - Mallar başqa, sənədlər başqa...
28 Noyabr 2024 “Capital City” MTK üçün İNSAN CANI BİR HEÇDİR...
27 Noyabr 2024 Mürsəl İbrahimovun “X5” sevdalı işçisi... - O GÖRÜNMƏZDİRMİ?
27 Noyabr 2024 Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
27 Noyabr 2024 Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu
27 Noyabr 2024 ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur - İLGİNC...
26 Noyabr 2024 “Şəkər Zavodu metal alveriylə məşğuldur” - BU NƏDİ BELƏ?..
26 Noyabr 2024 Elnur Cabbarov videosunu yayan işçisinin ərini həbs etdirib - TƏFƏRRÜAT
26 Noyabr 2024 "Kristal Abşeron"un "Aznet"lə soyğunçu monopoliyası: ...
26 Noyabr 2024 Avtopark müdiri İdarə rəisi Samir Cəbrayılovun özbaşına əməllərindən Prezidentə müraciət etdi
26 Noyabr 2024 Sumqayıtda antisanitariya: "Zibil qabları günlərlə daşınmır" - FOTO
26 Noyabr 2024 Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? – FOTO/VİDEO
26 Noyabr 2024 Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
26 Noyabr 2024 Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI - Havayı yerə oxumayın..
25 Noyabr 2024 Xalqa qarşı açılan AYNA-lı: indi də bu qurumun əməkdaşları ağac dalında gizlənib...
25 Noyabr 2024 Dillər Universitetində NƏ OYUNLAR ÇEVRİLİR... - İLGİNC FAKTLAR...
25 Noyabr 2024 Burda müştərini rəsmən QARƏT EDİRLƏR - BU NƏ HESABDIR?

Dünyapress TV

Xəbər lenti