Bərdə rayon Qaradağlı kəndində məskunlaşmış Əlzamin Mamedov bildirir ki, onun bacısı oğlunun ayağı sınıb və o Bərdə rayon mərkəzi xəstəxanasına gətirilib. Onun sözlərinə görə həkim bacısı oğlunun ayağına dəmir mil qoymaq üçün onlardan 1100 manat pul istəyib. O bununla bağlı TƏBİB-ə müraciət etdikdən sonra lazımi avadanlıqlar qismən tapılıb.
Şikayətçi kanalımız vasitəsilə ölkə başçısı İlham Əliyevə müraciət edərək Bərdə rayon mərkəzi xəstəxanası haqqında bir tədbirlər görülməsini xahiş edir.