Naxçıvan dövlət xəstənasından növbəti ŞİKAYƏT
“Xəstəxanda baş verən özbaşınalıqları çəkməmək üçün işçilərə telefon işlətməyə icazə verilmir”

Naxçıvan Muxtar Respublikası (MR) dövlət xəstəxanasının bir qrup işçisi tərəfindən "Hürriyyət" qəzetinin redaksiyasına növbəti şikayət məktubu daxil olub.

Şikayətçilər iddia edirlər ki, rəhbərlikdə vəzifə dəyişikliyi olsa da, hələdə “köhnə qanunlar” qüvvədədir. Saytımız vasitəsilə Prezident İlham Əliyevə müraciət edən xəstəxana işçilərinin müraciətini olduğu kimi dərc edirik:

“Cənab Prezident!

Biz, illərdir bu xəstəxanada müəyyən sahələrdə çalışırıq. İllərdir ki, bir çox zülmlərə dözmüşük. Xəstəxananın keçmiş baş həkimi Bağırov Zəbur David oğlu vəzifəsindən azad edildikdən sonra fikirləşirdik ki, zülm sona yetdi. Lakin təzə gələn baş həkim eynilə onun “qanunlarını”, haqsızlıqlarını davam etdirir.

Xəstəxanada tibb bacılarına və xadimələrə qarşı sərt “qanunlar” qoyublar. 12 saat iş rejimi var, amma maaş eyni qalıb. Bayram günləri də işləyirik, lakin “bayram pulu” bizə aid edilmir.

Bu qədər haqsızlıq olar? Qurban Bayramında evimizə 1 kq ət alıb apara bilmədik. İş saatının çoxluğundan. Açıq-aşkar deyir ki, işini bəyənməyənə qapı açıqdır.

Bayram günü bizə maaş bir yana, heç avans da verilmədi. Bir dəfə may ayında 10-15 manat “bayram pulu” verilmişdi. Bu günə kimi biz hələ bilmirik ki, “bayram pulu” nə qədərdir.

Xəstəxana rəhbərliyi işçiləri çox incidi. Məsələn, yeni mobil telefon işlətməyə icazə verilmir, ancaq köhnə telefon olmalıdır.

Onu da deyim ki, əgər icazə verilsə, bütün özbaşınalıqları çəkmək olar. Qorxurlar deyə, icazə vermirlər.

Bütün xəstəxanalarda hər kəsin telefonu son modeldi, amma bizə icazə yoxdur. Sözümüzü deyə bilmirik, işimizlə qorxudurlar bizi.

Cənab Prezident!

Biz əminik ki, Sizin bütün bunlardan xəbəriniz yoxdur. Çünki Siz bilsəniz, bu haqsızlıqlara imkan vermərsiniz. Xahiş edirik tapşırıq verin, bu xəstəxana ciddi nəzarətə götürülsün”.
 

Bölmənin digər xəbərləri

15 May 2025 Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında vətəndaşlardan açıq şəkildə rüşvət toplanır - VİDEO
15 May 2025 Mərkəzi Klinikada Qazini pul verməsə müayinə etməyəcəklərini deyiblər.... ŞİKAYƏT
15 May 2025 Nəsimidə özbaşınalıq: Zahid Xəlilov “Çinar” kafesində qanunsuz tikintiyə icazə verib – VİDEO
15 May 2025 Təhsil sistemində ƏN YEMƏLİ YER... - BU DA FAKT!
15 May 2025 Suraxanı sakinlərinin SU ÇİLƏSİ - NARAZILIQ VAR...
14 May 2025 Notarius sisteminin DAXİLİ...
14 May 2025 Beş ayda iki böyük qalmaqal - İmişlinin icra başçısı kimdir?
14 May 2025 Mərkəzi Klinikada HƏKİM NAŞILIĞI ÖLÜMLƏ NƏTİCƏLƏNDİ
14 May 2025 Şirvana 'qara maskalılar' hər an görünə bilər - İLGİNC İDDİA
14 May 2025 Namiq Məmmədovun “Azəriqaz” sərgüzəştləri
14 May 2025 Elm və Təhsil Nazirliyinin “TikTok” müsabiqəsi – “Heç şeytanın da ağlına gəlməz”
14 May 2025 “Kür” Olimpiya Tədris-İdman Mərkəzində nə kimi qanunsuzluqlara yol verilir
13 May 2025 Sabirabadda MƏKTƏB: Sanki mafiya ocağıdır... - İTTİHAM VAR...
13 May 2025 Bağçada uşaqlara xarab olmuş yeməklər verilir? - Görüntülər YAYILDI
13 May 2025 Rövşən Rüstəmov bizi dünyada "məşhur"laşdırır - İran mediası ADY-dəki məsələdən yazdı
13 May 2025 “Müəmmalı” “Fuga Group”: gizli qalan rəhbər, işıqfor satan tikinti şirkəti
13 May 2025 Seymur Məmmədov Zakir Fərəcovu niyə qəzəbləndirib?
13 May 2025 Nərimanov rayonu sakinləri şikayət edir: “Şirvanşahlar Residence” Baş nazirin adında necə istifadə edir?-Video
13 May 2025 Ağalar Vəliyevə bağlı daha bir "valyuta qaçaqmalçısı" şirkəti - Ölkədən valyuta axını....
13 May 2025 Qaradağ rayonunda qanunda güclü kimlərdir? - Qaradağ rayonu ərazisində Xəzər dənizinə kim çirkab sularını axıdır?-Video

Dünyapress TV

Xəbər lenti