FƏRİD QAYIBOVUN İFLİC ETDİYİ NAZİRLİK –
7 sentyabr 2021 ci il tarixdə Fərid Qayıbov Gənclər və İdman Naziri vəzifəsinə təyin olundu. Bundan əvvəl 15 il bu vəzifədə işləmiş Azad Rəhimov uzun sürən xəstəlikdən sonra vəfat etmişdi. Yeni gənc nazirin təyinatı gənclər və idman ictimaiyyəti üçün bir gözləntilər yaratdı. Gənc olması, idman sahəsindən transfer olunması, bu təyinata qədər hakim ailənin birbaşa nəzarətində olan Gimnastika Federasiyasından gətirilməsi bir çox ümidlər yaratdı. AMMMA NAFİLƏ......

Yeni nazirin fəaliyyəti dövrü nəinki ölkəmiz üçün, dünyamız üçün çətin bir ictimai-siyasi dövrə təsadüf edirdi. Vətən müharibəsi və pandemiya dövründən sonra durğunluq, tənəzzül dövrü yaşayan gənclər və idman siyasətini dirçəltmək əvəzinə başladı keçmiş, dünyasını dəyişmiş nazirin kadrları ilə ədavət aparmağa, Azad Rəhimovu hər vəclə, hər hərəkəti ilə korrupsioner elan etmək istiqamətində bütün gücünü səfərbər etməyə.
Teref.az yazır ki, redaksiyamızın poçtuna göndərilən məqalənin müəllifi Gənclər və İdman Naziri barədə bunları yazır. Müəllif daha sonra yazdıq2larını şərh edərək, başqa faktlara müraciət edərək yazır:
Qısa müddətdə nazir müavinləri İsmayıl İsmayılov, İntiqam Babayevi işdən azad etdirdi, əvəzlərində isə gənclərlə iş sahəsinə 63 yaşlı İndira Hacıyevanı ( Eldar Əzizovun baldızını) və bolqar əsilli, bəlkə də heç azərbaycan vətəndaşı olmayan Mariana Vasielyevanı təyin etdirdi. Bununla da nazirlik daxilində güclü siyasi qalmaqal yaşanmağa başladı. Cənab nazirin qarşısında duran ən ciddi siyasi rəqiblərdən biri idman şöbəsinin müdiri, olimpiya mükafatçısı Fərid Mansurovu işdən azad etmək idi. Fərid Mansurovu işdən azad etdikdən sonra qismən maneələr aradan götürülmüşdür. Lakin hələ qarşıda Aparat rəhbəri Rüfət Həsənovu, kadrlar və regionların şöbəsinin müdiri Asif Quliyevi işdən azad etmək var idi. Beləliklə nazir 1 ili tamam olmamış adları çəkilən, gənclər və idman sahəsini dərindən bilən, ölkədə kadr siyasətini bilən kadrları uzaqlaşdırdı. Bütün bu işləri ardıcıl görməkdə məqsəd öz ətrafına nazirin sözünü yerə salmayacaq adamları toplamaq və özünü CƏNAB NAZİR etmək idi. Aparat rəhbəri vəzifəsinə özünü təyin etdiyi, cəmi 3 ay işləmiş Fidan Rüstəmovanı nazir müavini Mariana Vasilyevanın dirənişi nəticəsində işdən azad etdi.

Fərid Qayıbovun 2 ilə yaxın ötən fəaliyyəti dövrü ancaq sosial şəbəkələrdə səliqəli şəkillər çəkdirmək, ancaq şəxsi reklamını həyata keçirməkdən ibarət olmuşdur. Təsəvvür edin nazirliyin 10 na yaxın əməkdaşı ancaq reklam-marketinq, sosial şəbəkələrlə işə təhkim olunmuşdur.

Fərid Qayıbov ölkə rəhbərinin şəxsən nəzarətində olan, adını qürur hissi qeyd etdiyi EKOLOJİ AKSİYA barədə bir dəfə də olsun paylaşım etmədi, bir dəfə olsun ziyarət edib diqqətini bildirmədi. Görəsən başa düşmür, yoxsa bu işin təşkilatçısı RİİB olduğu üçün xətrinə dəyib ?!

Nazirlik daxilindı “iri çaplı” məmurları bir-bir sıradan çıxardıqdan sonra, əsas problem qalırdı yerlərdə idarələri öz tabeliyinə keçirmək. Çünki yerli icra başçılarının tabeliyində qalan yeganə idarələr gənclər və idman idarələri idi. Yerlərdə icra başçılarına öz mütləqi-varlığı sübut etmək üçün məqam yetişirdi. Bunun əsas səbəbi isə, yerlərdə gənclər və idman siyasətinə ayrılıran vəsaitlər nazirliyin nəzarəti ilə deyil, yerli icra başçılarının xeyir-duaları ilə xərclənməsi idi. Lakin Fərid Qayıbovun siyasi savadı imkan vermirdi ki, təhlil etsin ki, həbs olunmuş 8 rayon icra başçısının heç biri ilə həmin rayonun gənclər və idman idarəsinin müdirinin adı hallanmamışdı.

Belə məqamda Fərid Qayıbovun əlinə çox böyük siyasi səhv etmiş Göyçayın icra başçısı, Fəxriyyə Xələfovanın qudası Mehdi Səlimzadə keçdi.

Göyçayın gənclər və idman idarəsinin rəisi Elşən Şirinovla ciddi konflikti olan icra başçısı olimpiya kompleksinə və gənclər mərkəzinə məxsus inventarları yığıb aparmışdı evinə. Öz növbəsində Elşən Şirinov bunu nazirə məruzə edəndən sonra nazir başqa da bəhanələr edərək bunu prezidentə məruzə etdi

Beləliklə prezident Fəxriyyə Xələfovanın qudasını işdən azad etdirməklə digər icra başçılarına göz dağı etdi. Artıq Fərid Qayıbov ölkə rəhbərinin qismən etimadı doğrultmuş sayıla bilirdi.

Növbəti addım daha dağıdıcı və sarsıdıcı olmalı idi. Nazir bütün respublika gənclər və idman idarələrinə, Olimpiya komplekslərinə və Gənclər Mərkəzlərinə yoxlamalar göndərdi.

Beləliklə, Gəncə, Qazax, Goranboy, Yevlax, Neftçala və digər idarə rəislərinin fəaliyyətini sənədləşdirin rəsmi məktubla birlikdə hüquq-mühafizə orqanlarına təqdim etməklə, hər birini məcburi qaydada işdən azad etdilər.

Artan temp üzrə islahat adı altında Fərid Qayıbov son zərbəsini endirdi. Prezident İlham Əliyevin 7 iyul 2021 ci il tarixli , iqtisadi zonaların yaradılması və tətbiq edilməsi ilə bağlı fərmanını əsas tutaraq, 14 iqtisadi rayon üzrə 10 dekabr 2022 ci il tarixdə regional gənclər və idman idarələrinin yaradılması ilə bağlı prezident fərman verdi.

Təbii ki, fərmanın verilməsindən sonra əsas problem qalırdı regional idarələrə kadr işlərini həll etmək. Fərid Qayıbovun 2 ilə yaxın müddətdə nazir olmasına baxmayaraq, Asif Quliyevi işdən azad etdikdən sonra kadrlar şöbəsinə 3 aydır təyin etdikləri Rauf Məcidli Mariana Vasilyeva ilə yola getmədiyi üçün böyük söz söhbətdən sonra işdən uzaqlaşdırıldı.

Onun yerinə 1994 cü ildən həmin şöbədə kadrlar sahəsi üzrə işləyən Gülgəz Tağıyevə təyin olundu.Gülgəz Tağıyevə gənclər və idman nazirliyində bir zamanlar aparat rəhbəri işləmiş sonradan prezident aparatına gedən Tağı Tağıyevin çox yaxın adamı idi. Əslən Qazax rayonundan olan Gülgəz Tağıyevə üçün 30 ildən sonra əsl fürsət düşmüşdü ələ. Fərmandan 7 ay keçməsinə baxmayaraq, gənclər və idman nazirliyi hələ də öz strukturunu, iş fəaliyyətini qura bilmir. Prezident İlham Əliyevin 25 iyun 2023 cü il tarixli strukturun təsdiq edilməsi ilə bağlı fərmanından sonra, qeyri-iş günlərində Gülgəz Tağıyevə nazir müavini Mariana Vasilyevanın mütləq dəstəyi ilə özünə yaxın olan, hətta yaxın qohumlarını rəhbər vəzifələrə yerləşdirməklə məşğul olur. Növbəti yazımızda Regional Gənclər və İdman İdarələrinə təyin olunmaq üçün Gülgəz Tağıyevə tərəfindən seçilmiş, əvvəllər dəfələrlə adları rüşvət, korrupsiya, işlədikləri rayonda heç bir ictimai nüfuzu olmayan, yaşları 50 ni keçmiş, 60 ı haqlamış şəxsləri necə rəis etdirmək istədiyi barədə geniş yazılar yazacağıq. Ümid edirik Fərid Qayıbov bu yazıları oxuyandan sonra bir daha siyahıya nəzər yetirəcək, Gülgəz Tağıyevə tərəfindən seçilmiş və ya kənardan tapşırılmış şəxslərin siyahısına yenidən baxış keçirəcək.....

QEYD EDƏK Kİ, 3 cü avropa oyunlarında Azərbaycan idmançıları 30 ölkə arasında ən yaxşı halda 28 29 cu yerdə qərarlaşıblar. Bu barədə növbəti yazılarımızda, bizi izləməyə davam edin...
Teref.az olaraq məqalədə toxunulan iddialarla bağlı qarşı tərəfində mövqeyini drc etməyə hazırıq!
Teref.azGənclər və İdman Naziri
 

Bölmənin digər xəbərləri

28 Noyabr 2024 "Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
28 Noyabr 2024 Tovuz Sosial- İqtisadi Kollecin yeni direktorundan da şikayət var – Müəllimlər haqlarını tələb edir
28 Noyabr 2024 Malalamaqla deyil, bu nazir dəyişməlidir… - ÇAĞIRIŞ
28 Noyabr 2024 QHT sədrinin deputatlıq sevdası ərinin karyerasını bitirdi - İLGİNC İDDİALAR
28 Noyabr 2024 “Yaşıl dəhliz”ə kimlər və necə nəzarət edir? - Mallar başqa, sənədlər başqa...
28 Noyabr 2024 “Capital City” MTK üçün İNSAN CANI BİR HEÇDİR...
27 Noyabr 2024 Mürsəl İbrahimovun “X5” sevdalı işçisi... - O GÖRÜNMƏZDİRMİ?
27 Noyabr 2024 Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
27 Noyabr 2024 Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu
27 Noyabr 2024 ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur - İLGİNC...
26 Noyabr 2024 “Şəkər Zavodu metal alveriylə məşğuldur” - BU NƏDİ BELƏ?..
26 Noyabr 2024 Elnur Cabbarov videosunu yayan işçisinin ərini həbs etdirib - TƏFƏRRÜAT
26 Noyabr 2024 "Kristal Abşeron"un "Aznet"lə soyğunçu monopoliyası: ...
26 Noyabr 2024 Avtopark müdiri İdarə rəisi Samir Cəbrayılovun özbaşına əməllərindən Prezidentə müraciət etdi
26 Noyabr 2024 Sumqayıtda antisanitariya: "Zibil qabları günlərlə daşınmır" - FOTO
26 Noyabr 2024 Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? – FOTO/VİDEO
26 Noyabr 2024 Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
26 Noyabr 2024 Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI - Havayı yerə oxumayın..
25 Noyabr 2024 Xalqa qarşı açılan AYNA-lı: indi də bu qurumun əməkdaşları ağac dalında gizlənib...
25 Noyabr 2024 Dillər Universitetində NƏ OYUNLAR ÇEVRİLİR... - İLGİNC FAKTLAR...

Dünyapress TV

Xəbər lenti