Yazıçı Anarın XUDMANİ BİZNESİ... - İLGİNC FAKT
Son günlər ciddi polemika predmetinə çevrilən Azərbaycan Yazıçılar Birliyi ilə bağlı gəlişmələrə daha bir əlavə olunub. Bu dəfə də söhbət maliyyə məsələsindən gedir. Daha dəqiqi, şübhəli maliyyə işlərindən...

DİA.AZ bildirir ki, bu barədə paylaşım edən tanınmış araşdırmaçı jurnalist Cavanşir Həsənli AYB sədri Anarın nəzarətində saxladığı gəlir yerlərindən bir barədə məlumatları diqqətə çatdırıb.

C.Həsənli yazır: "Bakı Kitab Mərkəzi... Anarın xahişi və Heydər Əliyev Fondunun dəstəyi ilə açılıb. Amma hüquqi şəxs kimi AYB sədrinin qızının adına rəsmiləşdirilib.

AYB sədrinin qızı tərəfindən idarə olunur. Və sırf kommersiya maraqlarına xidmət edir..."
1667196625_3.jpg
1667196627_2.jpg
1667196628_1.jpg
Məsələ ilə bağlı maraqlı olan bütün tərəfləri dinləməyə hazırıq...
 

Dünyapress TV

Xəbər lenti