Dövlət Miqrasiya Xidmətinin əməkdaşları gecə saatlarında ağır qəza keçirib.
News365.Az xəbər verir ki, Dövlət Miqrasiya Xidmətinin çavuşu, Səbinə Rzayevanın idarə etdiyi avtomobil qarşıdan gələn nəqliyyat vasitəsi ilə toqquşub.
Hadisə zamanı S.Rzayeva və avtomobildə olan digər əməkdaşlar müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Qarşı tərəfin sürücüsü isə çoxsaylı sınıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Yaralıların vəziyyəti barədə hələlik rəsmi açıqlama verilməyib.
Məlumata görə, qəza Səbinə Rzayevanın yol hərəkət qaydalarını pozduğu üçün baş verib. Hadisə şahidlərinin iddiasına görə, qəzanı törədən xanım əməkdaş avtomobili içkili idarə edirmiş.
Prosport.Az-ın məlumatına görə, Səbinə Rzayeva ağırlıqqaldırma üzrə beynəlxalq 1-ci dərəcəli hakimdir.