Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbənd filialının məzunları 2 ildir ki, diplomlarını ala bilmirlər. Universitetin 2023-cü il məzunları diplom ala bilmədiklərinə görə, heç yerdə iş tapa bilmədiklərini bildirirlər. Çətinliklər yaşayan məzunlar çarəsiz vəziyyətdə qalıblar. Mövzu ilə bağlı APA TV-nin qaynar xəttinə müraciət edən Elnur Babayev bildirir ki, özü ilə birlikdə 33 tələbə bu problemlə üzləşib.