“Azərişıq”da büdcə pulları belə xırıd edilir -
“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin elan etdiyi tender müsabiqəsinin (Açıq tender) qalibi məlum olub.

Gundeminfo.az "Yeniavaz"-a istinadən xəbər verir ki, açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, “Azərişıq” ASC tərəfindən keçirilən 5 milyon 250 min 804 manat 33 qəpik dəyərindəki tenderin qalibi “Smart Energy Services” MMC olub.

“Smart Energy Services” MMC Laçın şəhəri ərazisində yeni 35/0,4 kV-luq yarımstansiya və İdarəetmə Mərkəzinin tikintisi, avadanlıqların quraşdırılması işlərini həyata keçirəcək.
Məlumat üçün bildirək ki, daha əvvəl “Smart Energy Services” MMC (VÖEN-1504953841) “Azərenerji” ASC və “Azərişıq” ASC-nin keçirdiyi dəyəri milyonlarla manat olan onlarla analoji tender müsabiqələrində qalib olub.

Qeyd edək ki, təkcə bu ilin əvvəlindən ötən 10 ay ərzində “Azərişıq” ASC-nin 100 milyon manatlıq tender müsabiqələrində qalib olan “Smart Energy Services” MMC barəsində açıq internet resurslarda heç bir məlumat yoxdur. Şirkətin nə veb saytı, nə də sosial şəbəkə hesabları mövcuddur.

“Smart Energy Services” MMC 29 yanvar 2020-ci ildə 10 manat nizamnamə kapitalı ilə dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Tiniyev Anar Nemət oğlu olan şirkətin hüquqi ünvanı “Binəqədi r. Həsrət Ağamalıyev, ev 10, m. 25”də yerləşib.

“Smart Energy Services” MMC dövlət qeydiyyatına alınan zaman adı, hüquqi ünvanı və qanuni təmsilçisi fərqli olub. Belə ki, qeydiyyata alınan zaman şirkətin adı “RX İnvest Layihə” MMC olub. Hüquqi ünvanı “Nərimanov r. Məmməd Arif ev 27, m. 195”də olan MMC-nin qanuni təmsilçisi Şıxıyev Rəşad İsa oğlu olub. Şıxıyev Rəşad İsa oğlu “R and X” adlı MMC-nin də qanuni təmsliçisi olub

Dünyapress TV

Xəbər lenti