Bağça rəhbərliyindən pul tələb etdiyi iddia olunan valideyn danışdı - YENİLƏNİB + VİDEO
Bakıda fəaliyyət göstərən 339 saylı bağçada azyaşlı övladının gözdən yayınaraq küçəyə çıxması ilə bağlı bağça rəhbərliyindən pul tələb etdiyi iddia olunan valideyn danışıb.

Uşağın anası Jalə Abdulova qeyd edib ki, bağçaya övladını götürməyə gedərkən Renatın səkidə tək dayandığını görüb:

“Oradan mənə oğlumun başqa valideynlə getdiyini bildiriblər”.

Azyaşlının nənəsi Nərminə Qədirova bildirib ki, kameralara baxdıqda Renatın başqa bir valideynlə bağçadan çıxdığını görüblər.

“Nəvəmin başqa valideynlə bağçadan çıxması ilə bağlı heç bir məlumat verilməmişdi”.

Daha ətraflı Baku TV-nin süjetində:

11.08.2023, 19:34

Bakı şəhərində fəaliyyət göstərən 339 saylı bağçada azyaşlının gözdən yayınaraq küçəyə çıxması barədə müəssisə açıqlama verib.

Bağçadan Oxu.Az-a bildirilib ki, avqustun 7-də 339 nömrəli uşaq bağçasının ərazisindən bir uşaq qısamüddətli yayınıb:

“Görülmüş tədbirlər nəticəsində qısa müddətdə uşaq geri qaytarılıb. Operativ olaraq məsələ araşdırılıb və tərbiyəçi-müəllim haqqında tənbeh tədbiri görülüb. Həmçinin, valideynə məlumat verilib və valideynlə söhbət aparılıb. Təəssüf ki, valideyn adekvat münasibət göstərməyib, qanunsuz tələblərlə çıxış edib. Onu da qeyd edək ki, uşaqların mühafizəsi və işçilərin məsuliyyətinin daha da artırılması ilə bağlı müvafiq tədbirlər görülüb”.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən isə saytımıza qeyd edilib ki, məsələ ilə bağlı araşdırma aparılır:

“Araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək”.

11.08.2023, 18:20

Bakı şəhərində fəaliyyət göstərən 339 saylı bağçada azyaşlı gözdən yayınaraq küçəyə çıxıb.

Oxu.Az-ın məlumatına görə, uşaq tezliklə tapılıb və xoşbəxtlikdən heç bir əlavə narahatlıq olmayıb.

Bağça rəhbərliyi valideynə məlumat verib, tərbiyəçi-müəllim haqqında tənbeh tədbiri görüb, nəzarət tədbirləri artırılıb.


Məsələdən xəbər tutan valideyn bağça rəhbərliyini məsələni ictimailəşdirəcəyi ilə hədələyərək 15 000 manat pul tələb edib.

O, bunu övladını özəl bağçaya qoymaq istəməsi ilə əlaqələndirib və ödənişi dövlət bağçası rəhbərliyinin ödəməsini istəyib.
 

Dünyapress TV

Xəbər lenti