Məhkəmə sistemimizə göydən zənbillə düşən Vidadi Cəfərov – İLGİNC FAKT
Ali Məhkəmənin hakimi Vidadi Cəfərov Hakimlərin Seçki Komitəsinin sədri seçilib. Ali Məhkəmənin saytından görünür ki, o, 1968-ci ildə anadan olub. 2003-cü ildə, yəni 35 yaşında hüquqşünas olub. Yəqin ki, hüquqşünaslıq ikinci ali təhsilidir. 2004-cü ildən hüqüqşünas kimi çalışmağa başlayıb. 36 yaşınadək olan iş təcrübəsi naməlumdur. Artıq 2007-ci ildə nəinki hakim, birbaşa Sumqayıt Hərbi Məhkəməsinin sədr vəzifəsininin icraçısı təyin olunub. Halbuki, həmin anda hüqüqşünas kimi cəmi 3 illik stajı olub. Konstitusiyanın 126-cı maddəsinə görə isə yalnız hüquqşünas ixtisası üzrə 5 ildən artıq işləyən vətəndaş hakim ola bilər. Yəni hakim olmaq üçün Konstitusiya ilə tələb olunan staja malik olmayıb. Yəqin, bundan sonra stajı çatmayan hakimlərin sayı daha da çoxalacaq.

Görünən odur ki, məhkəmə-hüquq islahatları yeni mərhələyə, qanunun aliliyi deyil, inqilabi məqsədəuyğunluq dövrünə qədəm qoyub. Axırımız xeyir olsun!

P.S. Bu hakimi şəxsən tanımıram, onda heç vaxt işim olmayıb (dünənədək mövcudluğundan belə bixəbər idim). 2022-ci ilədək Sumqayıt məhkəmələrində çalışıb. Bircə onu bilirəm ki, ADA-da dərs deyir. Amma hansısa elmi əsəri rastıma düşməyib
1689515128_2.jpg
Əkrəm Həsənov
Ekspert – DİA.AZ
 
 
 

Dünyapress TV

Xəbər lenti