BNA-nın avtobusunda BİABIRÇI durum! İnsanların başlarına su axır - VİDEO
Avtobuslarda kondisionerlərin az işlədilməsi problemləri ilə tez-tez rastlaşırıq.

Bu dəfə isə mənzərə tamam başqadır.

TEREF.AZ xəbər verir ki, havanın temperaturunun 40 dərəcəyə yaxın olduğu günlərdə Bakı Nəqliyyat Agentliyinin (BNA) avtobusunda kondisonerin nasaz halda olması sərnişinlərin narazılığına səbəb olub.

Nasaz halda olan kondisonerdən axan su isə avtobusun içərisindəki sərnişin oturacaqlarının istifadəsiz hala düşməsinə səbəb olub. Buna baxmayaraq ictimai nəqliyyatın sürücüsü sərnişin daşıma fəaliyyətini davam etdirib.

Qeyd edək ki, sözügedən 13 nörməli avtobusun kondisoner problemi uzun müddətdir var.

32gun.az
 

Dünyapress TV

Xəbər lenti