'Sədəf'də PULQOPARMA ÜSULU... -
"'Sədəf' (Bulvarda yerləşir) restoranında çay dəsti/dəsgahı sifariş verdik, qiyməti 30 manat". DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Asif Əliyev adlı istifadəçi giley edir.

Narazı vətəndaş daha sonra yazır: "Mürəbbə və ləpədən əlavə 2 sadə çaynik çay verilir. Sual verdik ki, əgər 1 sadə çayın əvəzinə meyvəli çay olsa əlavə nə qədər ödəyəcəyik, ofisiant bildirdi ki, 1-2 manat. Dedik əgər elədirsə, tamam. Sonda hesabı istəyəndə 46 manat etdi (+10%servis). Etirazımızı bildirdik, ofisiant düşdü aşağı və qayıdıb dedi ki, kassirə bununla bağlı demişdi amma o nəzərə almamışdı və guya sistemdən artıq geriyə düzəliş etmək mümkün deyil.
Əlqərəz, vaxtımız olmadığından çox mübahisə edə bilmədik və üzümüzə gülə-gülə bizi "yola saldılar" ".

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
 

Dünyapress TV

Xəbər lenti