Çin niyə NATO-ya meydan oxuyur?
NATO-nun səlahiyyət müddəti başa çatan baş katibi Yens Stoltenberq “Yomiuri” qəzetinə müsahibəsində bildirib: "NATO Çini düşmən hesab etmir, lakin Çin bizim dəyərlərimizə, maraqlarımıza və təhlükəsizliyimizə meydan oxuyur”.
Bildirim ki, Rusiya-Ukrayna müharibəsi Avro-Atlantik və Hind-Sakit okean regionları arasında artan geosiyasi qarşılıqlı asılılıqları vurğulayır.
Çin bu asılılıqları məharətlə özünün ekspansiyası naminə istifadə edir. Əlbəttə ki, Çin NATO-nun Avro-Atlantik məkanın təhlükəsizlik nizamındakı mərkəzi rolunu əlindən almağa çalışır.
Üstəlik Asiya qitəsində öz təsir imkanlarını genişləndirir ki, bu da NATO-nun Çinin strateji yüksəlişi ətrafında üzləşdiyi çətinlikləri göstərir. Deməli, Çin Asiya ilə yanaşı, Avropa qitəsində də yetkinləşmiş strateji bacarıqlara sahiblənir ki, bu da Pekinin Avrasiya üzrə nəhəng vizyonunu üzə çıxarır.
NATO baş katibinin bəyanatı Çinin qeyd olunan vizyon üzrə NATO-nun maraqları ilə uyğun olmayan siyasətinə eyhamları özündə cəmləyir. NATO-nun nə bəyanat verməsindən asılı olmayaraq, o, Çini təhlükəli rəqib kimi görür.
Çünki NATO-nun lideri ABŞ 2017-ci il Milli Təhlükəsizlik Strategiyasında Çini uzunmüddətki strateji rəqib kimi təsvir edib. Bu isə NATO-nun Avropa qanadı üzərində də öhdəlik və çağırışlar qoymaqdadır.
Rusiya-Ukrayna müharibəsi fonunda NATO Çinin yüksəlişini daha aydın müşahidə edir. Həm də ona görə ki, NATO Rusiya və Çinin eyni vaxtda birlikdə yaratdığı geosiyasi hərəkətlənmələri görür.
Bu hərəkətlənmələr Çinin Avro-Atlantik məkanda qiymətli aktivlər əldə etməsi ilə nəticələnir ki, NATO bundan bərk narahatdır.
Yəni cənab Yens Stoltenberq bildirir ki, Çin Rusiya-Ukrayna müharibəsinin yaratdığı təhlükəsizlik boşluqlarına dolaraq Avropada “inqilabi dəyişikliklərin” nəticələrindən böyük pay qoparmağa çalışır.
Beləliklə, Çinin ambisiyaları və iddialı davranışları NATO nizamına əsaslanan Avropanın təhlükəsizliyinə problemlər gətirir. Bunların müşayiətində Çinin nüvə arsenalını genişləndirməsi də NATO-nun genişlənmə radiusu önündə maneələr yaradır.
Aqşin Kərimov
TEREF
 
 
 

Bölmənin digər xəbərləri

07 İyul 2024 Güney Qafqazda əbədi sülh... ALINACAQMI?
07 İyul 2024 Bu xətlərin açılması Türk dünyası üçün böyük imkanlar yaradacaq - Cevdet Yılmaz
07 İyul 2024 Azərbaycan Prezidenti İlham Əliyevin İranın yeni seçilmiş Prezidenti Məsud Pezeşkianı Azərbaycana səfərə dəvət etməsi yerində idi.
06 İyul 2024 Məsud Pezeşkian İranın yeni prezidenti seçildi
06 İyul 2024 Viktor Orban Azərbaycanda səfərdədir
06 İyul 2024 İranda prezident seçkisinin ilkin nəticələri – Təcili
06 İyul 2024 Ermənistanın Rusiyadakı səfirini dəyişməkdə iki məqsədi ola bilər - RƏY
05 İyul 2024 "Çin və Türkiyənin Ukrayna ilə bağlı mövqeyi oxşardır" - Si Cinpin
04 İyul 2024 İlham Əliyevlə Ərdoğan arasında SƏMİMİ DİALOQ - VİDEO
04 İyul 2024  Pezeşkian öndədir, amma... - Qalibafın səsləri Cəlilinin şansını artırır
04 İyul 2024 Rusiyadan Azərbaycana və Ermənistana XƏBƏRDARLIQ: “NATO-dan uzaq durun”
02 İyul 2024 Kremldən Ukrayna şərhi — “Hər cür dialoqa açığıq”
02 İyul 2024 “Bu emosiyalar kənara qoyulmalıdır” - Prezident
01 İyul 2024 ABŞ seçkilərin nəticələrindən asılı olmayaraq NATO-dakı rolunu qoruyub saxlayacaq - Stoltenberq
01 İyul 2024  Makron Fransada xaos yaratmaqda ittiham olunur
01 İyul 2024  Macarıstan AB Şurasının sədri olub
30 İyun 2024 İranda prezident seçkisi ikinci tura qaldı: Məsud Pezeşkian irəlidədir
30 İyun 2024 Ərdoğan gələn ay Şuşaya səfər edəcək
29 İyun 2024 Səid Cəlili və Məsud Pezeşkian İranda prezident seçkilərinin ikinci turunda görüşəcəklər - "Farhikhtegan"
29 İyun 2024 MSK sabah növbədənkənar parlament seçkilərinə rəsmən start verəcək - Diqqət!

Dünyapress TV

Xəbər lenti