Ətin qiyməti ilə bağlı VACİB AÇIQLAMA – Yenidən bahalaşır?
Bir müddət öncə ətin qiyməti ilə bağlı müxtəlif fikirlər səsləndirilirdi. Onlardan biri də Qurban bayramından sonra mal və qoyun ətinin ucuzlaşmasıyla abğlı idi. Bəs hazırda vəziyyət necədir? Qiymətlərin ucuzlaşması gözlənilirmi? Sözügedən məsələ barədə iqtisadiyyatçı Akif Nəsirli “Yeni Sabah”a açıqlama verib. Ekspert bu sahədə sabitlik olduğunu vurğulayıb:

“Hazırda ətin qiyməti Qurban bayramı günlərinə nisbətən ucuzlaşıb. Məsələn, bayramda qoyun ətinin kiloqramı 21-22 manat idisə, artıq 19-19,5 azn, mal əti isə 14-15 manata qədər düşüb. Bu məcrada ətin qiymətlərində sabitləşmə müşahidə olunur. Hesab edirəm ki, yay ayları olduğu üçün, həmçinin, qarşıdan Məhərrəm ayı gəlir deyə, ətin qiyməti sabit olaraq qalacaq”.

A.Nəsirli ciddi istilər yaşanarsa, bu halın ətlərin satış bazarına necə təsir edəcəyi barədə də danışıb: “Havanın temperaturunun yüksəldiyi günlərdə, ciddi istilər olan dönəmdə ola bilsin ki, mal və qoyun ətinin topdan satış bazarlarında problem yaransın. Həmin vaxtlarda ət bir qədər də qıtlaşa və qısamüddətli qiymət artımı baş verə bilər. Dünya meteoroloqları qarşıda isti yay günlərinin olacağı haqda proqnozlar verirlər. Ətin qiyməti ilə bağlı qıtlaşma və bahalaşma ehtimalı da məhz həmin dövrə aiddir. Amma, əsasən, payıza qədər qiymət artımı gözlənilən deyil”.

İqtisadçı bahalaşmanın payız aylarına təsadüf edəcəyini deyib: “Payız kənd təsərrüfatı mallarının mövsümüdür. Payızda havalar sərinləyəcək. Bu zaman yenidən bahalaşma gözləniləndir. Çünki ölkədə ət azdır, bu sahədə istehsal qıtlaşıb. Müsbətə doğru dönüş yoxdur ki, ətin istehsalında 10 faiz artım var deyək. Bu xəbəri ictimaiyyətə verə bilmirik. Hərçənd ki, artıq işğaldan azad edilən ərazilərdə heyvanların bəslənilməsinə məhdud şəkildə də olsa başlanılıb. Zənnimcə, bu yerlərdə heyvandarlıq kütləvi şəkildə inkişaf edərsə, Azərbaycanda ətin ucuzlaşması prosesi də başlayacaq. Hələlik isə bu haqda nə isə demək mümkün deyil. Çünki həmin ərazilərdə minalar tam təmizlənmədiyinə görə, kütləvi heyvandarlıqla məşğul olmaq alınmır”.
 

Bölmənin digər xəbərləri

07 İyul 2024 Kəndlinin ucuz satdığı meyvə-tərəvəz şəhərlərdə “əl yandırır” - Araşdırma
06 İyul 2024 Saleh Məmmədovun təyin etdiyi rəisə cinayət işi açıla bilər - 4 milyonluq borc
06 İyul 2024 Azərbaycanda yanacaq qiymətlərinin artımı: Avropa ilə müqayisəli təhlil
05 İyul 2024 Xəzər dənizində yerləşən obyektlərdə çalışan işçilərin maaşlarına hansı əlavə ödənişlər olmalıdır?
05 İyul 2024 Azərbaycanda bu sahədə işləyənlər 7 000 - 15 000 manat qazanırlar
04 İyul 2024  Bağlanacağı deyilən bankdan sürpriz qərar
04 İyul 2024  “Ferma yumurtası” ilə “kənd yumurtası”nın maya dəyərində 1 qəpik fərq var
03 İyul 2024 Respublika Pediatriya Mərkəzində nə baş verir? - İki aydır işçilərinə maaş vermir...
03 İyul 2024 Bayden seçki kampaniyası üçün rekord məbləğdə ianə toplayıb
02 İyul 2024 Bir gecədə taksilərin qiyməti od tutub yandı - VİDEO
01 İyul 2024 Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşıma tariflərinin yuxarı hədləri təsdiqlənib - QƏRAR
01 İyul 2024 Aİ-95 markalı benzin 40 qəpik ucuzlaşdı
01 İyul 2024 Azərbaycanda benzinin və dizel yanacağının qiyməti qaldırıldı
01 İyul 2024 Honkonq Rusiya almazlarının idxalını təxminən 20 dəfə artırıb
30 İyun 2024 Əhali pullarını sandıqdan çıxarıb - SƏBƏB
30 İyun 2024 İlin əngəlçisi
30 İyun 2024 Azərbaycanda nağdsız ödənişlərin məbləği mayda 60 % artıb
29 İyun 2024 SOCAR 85 milyardlıq gəliri haradan və hansı məhsullardan qazanıb? – Siyahı
29 İyun 2024 Azərbaycanda benzin nə qədər bahalaşacaq? - MƏBLƏĞ
29 İyun 2024 Bakıda torpaq sahələrinin bahalaşmasının səbəbi nədir? (VİDEO)

Dünyapress TV

Xəbər lenti