Mömünə Xatun türbəsinin ətrafında nə tikilir? -
Mömünə Xatun türbəsinin ətrafında olan yarımçıq tikili ilə bağlı yayılan məlumatlara Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən aydınlıq gətirilib.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Şəhər İcra Hakimiyyəti Mömünə Xatun türbəsinin ətrafında olan yarımçıq tikili ilə bağlı dəqiqləşdirilmədən yayılan məlumatların həqiqəti əks etdirmədiyini bildirib.

Qeyd edilib ki, Naxçıvan şəhərinin Əcəmi seyrəngahı ərazisində Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidməti tərəfindən başladılan tikinti işləri 2023-cü ilin noyabr ayından Naxçıvan Şəhər İcra Hakimiyyəti və digər aidiyyəti dövlət qurumlarının gördüyü tədbirlər nəticəsində tikinti işləri dayandırılıb. Həmçinin ərazinin razılaşdırılmadan istismarına icazə verilmədiyinə dair xəbərdarlıq edilib. Xidmət tikinti işlərinin başladılmasını 459 nömrəli yarımstansiyanın köhnə olması və təhlükəsizlik nöqteyi-nəzərindən qurğu və avadanlıqların qapalı tikilinin içərisində quraşdırılması ilə əsaslandırıb.

Xidmət tərəfindən bildirilib ki, növbəti mərhələdə seyrangahın görünüşünə xələl gətirən digər hava elektrik verilişi xəttinin yeraltı kabel xəttinə keçirilməsi işləri də aparılacaq.

Bütün bunları nəzərə alaraq İcra Hakimiyyəti tərəfindən uyğun yer seçilməsi ilə bağlı layihələndirmə işlərinə başlanılıb.

Abidənin tarixiliyi nəzərə alınaraq aparılan işlər yekunlaşdıqdan sonra tarixi abidəyə heç bir xələl gətirmədən elektrik xətlərinin çəkilməsi və qanunauyğun formada nəzərdə tutulan yarımstansiyanın qurulması üçün müvafiq yer ayrılacaq.

Qeyd edək ki, bir müddət öncə sözügedən ərazidə ictimai tualetin tikildiyinə dair məlumatlar yayılmışdı.
 

Bölmənin digər xəbərləri

27 Aprel 2024 "Dünyanın ən güclü təhsil sisteminə malik olan ölkələrdə repetitorluq var, bizdə də buna ehtiyac var."
27 Aprel 2024 Azərbaycan vətəndaşları üçün yaxın və əlçatmaz turizm istiqaməti - Türkmənistana süni "əngəl" var...
26 Aprel 2024 "Körpü çox pis vəziyyətdədir, böyük maşın keçdikdə titrəyir" - VİDEO
26 Aprel 2024 Üstü bəzək, altı təzək BƏRDƏMİZ... - VİDEO
25 Aprel 2024 Azərbaycanın sabiq baş pediatrı özünü güllələyərək intihar edib..- Təfərrüat
24 Aprel 2024 Siyavuş Novruzov Əli Kərimlini debata dəvət edib - "Ona başa salaq ki, dünya nədən ibarətdir"
24 Aprel 2024 Tanınmış taksi şirkəti ​Azərbaycanda fəaliyyətini dayandırdı
23 Aprel 2024 Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib? - TƏFƏRRÜAT
23 Aprel 2024 Azərbaycanda yolu kəsib sürücülərə silah tuşladı – ŞOK VİDEO
22 Aprel 2024 MÜASİR ERMƏNİSTANIN QAZAX ƏRAZİLƏRİ
22 Aprel 2024 İstirahət günlərində işçini məcburi iməciliyə çağıran işəgötürənlərin diqqətinə!
21 Aprel 2024 Neftçalada vəzifə uğrunda MÜBARİZƏ — İcra başçısının məzuniyyətdən qayıtmasını gözləyirlər...
21 Aprel 2024 Onunla barışmayan sevgilisini öldürdü: Bakıda baş verən dəhşətli cinayətin TƏFƏRRÜATI - YENİLƏNİB + VİDEO
21 Aprel 2024 Bu gün ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək
20 Aprel 2024  Məzəniz olsun, Emin müəllim... - BU NƏDİ BELƏ?!
20 Aprel 2024 Bakıda saxta məhsullar hazırlanırmış: “Domestos”, “Fairy”, “Perwol”… – Fotolar
20 Aprel 2024 Abel Məhərrəmov və xanımı məhkəməyə verildi – Torpaq qalmaqalı
20 Aprel 2024 Nazirlik məktəbin tikintisinə icazə almadan bu şirkətə 5,3 milyon pul ayırıb
19 Aprel 2024 Sabirabadlı fermerin balıq gölündə çalışdı, maaşını ala bilmir... - GİLEY
19 Aprel 2024 Zahid Oruc: "Rusiya ilə savaşı bizim üzərimizdən apara bilməyənlər məğlub oldular"

Dünyapress TV

Xəbər lenti