Çin Putinin nüvə təhdidləri haqqında: "Nüvə müharibəsində qalib gəlmək mümkün deyil"
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Nin Rusiya prezidenti Vladimir Putinin yeni nüvə təhdidlərini şərh edərkən, bütün tərəfləri təmkinli olmağa çağırıb və "nüvə müharibəsi aparılmasının və belə müharibədə qalib qəlməyin mümkün olmadığı” bildirib.

Qaynarinfo xəbər verir ki, Mao Nin bu barədə cümə günü, martın 1-də mətbuat konfransı zamanı bildirib.

"2022-ci ilin yanvarında beş nüvə dövlətinin liderləri nüvə müharibəsində qalib gəlmək və ya belə müharibənin aparılmasının mümkün olmadığını qeyd edən birgə bəyanat veriblər. Çin ardıcıl olaraq bütün nüvə silahına malik dövlətlərin ümumi təhlükəsizlik konsepsiyasını dəstəkləməsi və qlobal strateji tarazlığı və sabitliyi qorumağı müdafiə edir. Mövcud şəraitdə bütün tərəflər gərginliyin azaldılmasına kömək etmək və strateji riskləri azaltmaq üçün birgə işləməlidir”, - deyə Çin Xarici İşlər Nazirliyinin sözçüsü bildirib.

Mao Nin həmçinin bütün tərəfləri "sakitliyi və təmkinliyi qorumağa və dialoq və məsləhətləşmələr vasitəsilə balanslaşdırılmış, effektiv və davamlı Avropa təhlükəsizlik arxitekturasını inkişaf etdirməyə” çağırıb.

Qeyd edək ki, fevralın 29-da Vladimir Putin Federal Məclisə müraciəti zamanı Qərb ölkələrini nüvə zərbələriylə hədələməyə başlayıb. Onun sözlərinə görə, Rusiyanın lazımi silahları var və onun strateji nüvə qüvvələri tam hazırlıq vəziyyətindədir.

Bundan əlavə, o, NATO qoşunlarının Ukraynaya göndəriləcəyi təqdirdə Alyansın "faciəli nəticələrlə” üzləşəcəyi ilə hədələyib.
 

Bölmənin digər xəbərləri

27 Aprel 2024 Haaqada Azərbaycanın Ermənistana qarşı qaldırdığı iddianın dinləmələri BAŞA ÇATIB
27 Aprel 2024 KİV: Ərdoğan ABŞ səfərini təxirə salıb
26 Aprel 2024 Dubayda dünyanın ilk müalicəvi adası salınır
26 Aprel 2024 Si Cinpin hərbi həkimləri mümkün müharibəyə hazır olmağa çağırıb
26 Aprel 2024 Britaniya 4 İran şirkətinə qarşı sanksiya tətbiq edib
26 Aprel 2024 ABŞ İrana qarşı sanksiyalar siyahısını genişləndirib
25 Aprel 2024 Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - VİDEO
24 Aprel 2024 “KADIROV NƏ DİRİ, NƏ DƏ ÖLÜ OLACAQ...” - Çeçenistan lideri sağalmaz xəstəliyə tutulub?
24 Aprel 2024 Paşinyandan “soyqırımı” ilə bağlı sürpriz qərar: Qadağa qoyuldu
23 Aprel 2024 “İrəvan və Bakı sərhədlərin delimitasiyası ilə bağlı praktiki prosesə başlayıb” - Paşinyan
23 Aprel 2024 Dünyanın ən yaşlı kralı xəstəlikdən sonra təqaüdə çıxmaqdan imtina etdi
23 Aprel 2024 "Kadırov ağır xəstədir, onun ehtimal edilən varisi kim olacaq?" - "Novaya qazeta Yevropa"
22 Aprel 2024 “Vaşinqton Kiyevə yardımla bağlı qəti cavab alacaq” - Mariya Zaxarova
22 Aprel 2024 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 Aprel 2024 Bu halda Türkiyə Qafqaza tam nüfuz edəcək – “Stratfor”
21 Aprel 2024 Peskov: “ABŞ Rusiya əmlakının müsadirə edilməsinə görə cavab verəcək”
21 Aprel 2024 Azərbaycanın dörd kəndinin işğaldan azad olunması Cənubi Qafqaz regionu üçün əhəmiyyət kəsb edir - RƏY
20 Aprel 2024 İran konsulluğunu partlatmaqla hədələyənin kimliyi bilindi
20 Aprel 2024 Müxtəlif ölkələrdə yemək üçün sərf edilən vaxt – SİYAHI
20 Aprel 2024 G7 ölkələri Rusiyanın Ukrayna ilə bağlı ittihamlarını RƏDD ETDİ

Dünyapress TV

Xəbər lenti