b_400_300_16777215_00_https___cdn.musavat.com_news_thumbnails_d9c333eabcff9a03c290617b955b4f1a.jpg
 

Mingəçevirdə qadın boşqabla ərinin başını yarıb.

Musavat.com "Unikal"a istinadən xəbər verir ki, hadisə Energetiklər yaşayış massivi ərazisindəki evlərdən birində baş verib.

Ailədaxili münaqişə və mübahisə zəminində həyat yoldaşı, 1984-cü il təvəllüdlü şəhər sakini Ramil Hacıağa oğlu İsmayılovun başına boşqabla ağır xəsarət yetirib.

Xəstəxanaya çatdırılan kişiyə alın nahiyəsinə zəruri tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Dünyapress TV

Xəbər lenti