Bəs Xalid Ələkbərova nə yaxşı SÖZ DEYƏN YOXDUR?..
Paytaxtın Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsində bədbəxt hadisə baş verib.
Belə ki, martın 26-sı səhər saatlarında liftdə köməksiz qalan 44 yaşlı qadın aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.
Mərhumun qonşusunun sözlərinə görə, qadın yuxarı qalxmaq istəyəndə qapı bağlanmamış lift hərəkət edib. Nəticədə o, liftlə binanın arasında qalıb:
“Bizim lift üç-dörd gündür bu vəziyyətdədir. Əvvəllər də bu cür hadisələr yaşanıb. Çağırırıq, gəlib düzəltmirlər”.
Mərhumun qohumu bildirib ki, anasını xilas etmək istəyəndə oğlu da xəsarət alıb. Onun vəziyyətinin qənaətbəxş olduğu qeyd edilib.
Bakıda binadaxili mühəndis avadanlıqlarına aid lift qurğularının müntəzəm texniki xidmətinin və təmirinin təşkili ilə bağlı lift təsərrüfatının, xüsusi Bakı şəhərində daha çoxluq təşkil etdiyini nəzərə alaraq, “Lifttəmir”İstehsalat Birliyi yaradılmışdır. 19.06.2017-ci il tarixli 274 nömrəli Sərəncama əsasən Bakı Şəhər İcra Hakimiyyətinin struktur vahididir.
“Lifttəmir” İB Bakı şəhərinin 11 rayonunda yerləşən və Dövlət Mənzil Fondundakı Mənzil Kommunal Birliklərinin balansında olan binalarda quraşdırılmış beş mindən artıq lift qurğusuna xidmət göstərir. Bu xidmətlər isə, İB-nin tərkibinə daxil olan 6 idarə – “Bakılift-1”, “Bakılift-2”, “Bakılift-3”, “Bakmənzilavtomat”, “Funikulyor” və TEMP dövlət müəssisələri tərəfindən göstərilir.
“Lifttəmir” İB-nin sabiq rəisi Qüdrət Şükürovun gözqamaşdıran sərvəti, korruptiv əməlləri, ermənilərlə işbirliyi qurması yalnız övladına ikinci dəfə 400 minlik qalmaqallı toy mərasimi təşkil edəndən sonra araşdırılmağa başladı. Bəs görəsən, Qüdrət Şükürovu rəhbər vəzifədə Xalid Ələkbərov əvəzləyəndən sonra "Lifttəmir” İstehsalat Birliyində nə dəyişib? Göz qabağında olan Funikulyorun təmirini, lift işçilərinin boynuna qalstuk taxılmasını istisna etsək, demək olar ki, ümumilikdə götürəndə müsbət istiqamətdə əhəmiyyətli dəyişikliklər müşahidə olunmur. Xüsusilə də köhnə binalarda lift sarıdan sakinlərin narazılıqları çoxalmaqdadır. Köhnə liftlərin yeniləri ilə əvəz olunması prosesi yubanır, yeni lifti quraşdıranlar səriştəsizlik göstərir. Mətbuat yazır ki, binalarda liftin qapısını söküb yerinə heç bir təhlükəsizlik nişanı, xəbərdarlıq lenti, təhlükəsizlik lenti, təhlükəsizlik məhəccəri quraşdırmırlar. Ona görə ki, işlər ixtisaslaşmış şirkətlərə deyil, qabaqcadan razılaşdırılmış şəkildə yetərincə bazası olmayan firmalara verilir. “Satınalmalar haqqında” AR Qanununa zidd olaraq, tenderlərdə təcrübəsiz, maliyyə imkanları məhdud, vergi borcları olan təsadüfi firmalar qalib çıxarılır.
Vətəndaşlar şikayətlənirlər ki, “Lifttəmir” İstehsalat Birliyinin səlahiyyət sahiblərinin günlərlə xidməti telefonlarına düşmək olmur, sınaqdan keçməmiş, qəbul aktı olmayan liftlər əhalinin istismarına verilir və s.
Maraqlıdır, görəsən, adı çəkilən idarəyə vaxtaşırı olaraq Bakı Şəhər İcra Hakimiyyətindən ayrılan vəsaitin, lift istifadəçilərinin özlərinin ödədikləri abunə haqqı hara gedir. Bakı ŞİH-nin başçısı hörmətli cənab Eldar Əzizov Xalid Ələkbərovun nöqsanlarına qiymət vermək üçün nəyi gözləyir? Allah Xalid bəyə övlad toyu görmək qismət eləsin, bəlkə cənab başçı o günü gözləyir ki, Ələkbərov da səsi-sorağı uzaqlara gedib çıxan, dilə-dişə düşən yarım milyonluq toy-büsat qursun, ondan sonra hərəkətə gəlib bir tədbir görsün?

Nyus.Az

Bölmənin digər xəbərləri

27 Aprel 2024 Bədən şəkilləndirmə etdirmək istəyən xanmın ŞOK FOTOLARI - "Azer Türk Med" kilnikasında həyacan siqnalı -FOTOLAR
27 Aprel 2024 Nərimanovda “Yaşıl dünya ili”nə qarşı cinayət – bələdiyyə sədri ağacları MƏHV ETDİ
27 Aprel 2024 “Araz”-da endirim oyunu - Qiymətini 1,99 manata endirdiyi məhsulu 2,99 manata satır? - FOTO
26 Aprel 2024 İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO
26 Aprel 2024 İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?
26 Aprel 2024 "Sudan sərvət çıxaran" məmurlar və ya Zaur Mikayılovun idarəsində nə baş verir VİDEO
26 Aprel 2024 Nərimanovda "yaşıl soyqırım" - Çoxillik zeytun ağacları kəsildi - FOTOLAR
26 Aprel 2024 İMİŞLİNİN YENİ İCRA BAŞCISI, KÖHNƏ İCRA BAŞCISININ ATASINA RƏHMƏT OXUTDURUR! VİDEO
25 Aprel 2024 Xaricə getmək istəyənlər üçün iş vizası "tələ"si... - Yüzminlərlə dollar vəsait toplayır, sonra "yox"a çıxırlar
25 Aprel 2024 Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLAR
25 Aprel 2024 Aydın Talıbov deputat olmağa hazırlaşır – Rəqabət Məcəlləsi inhisarçı biznesdə təşviş yaradıb
25 Aprel 2024 Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?
25 Aprel 2024 "Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO
24 Aprel 2024 EMIN ƏMRULLAYEVIN 271 №LI MƏKTƏBDƏKI KADRI, HAQQINI TƏLƏB EDƏN MÜƏLLIMƏNI “GÖZÜMÇIXDIYA SALIB”- VİDEO/ FAKTLAR
24 Aprel 2024 SUMQAYIT SAKINLƏRI ŞƏHID XANIMINDAN NIYƏ NARAZIDIR? – QANUNSUZ TIKINTI ILƏ BAĞLI ARAŞDIRMA – FOTOLAR
24 Aprel 2024 İmişlidə İcra başçısı qəbula gələn kənd sakinlərini “dama soxdurub” - RƏZALƏT
24 Aprel 2024 İcra başçısı şəhid ailəsinə pislik etdi
24 Aprel 2024 Zaqatalanı məhv etmək uğurunda 15 illik Əhmədzadə MÜBARİZəsi - VİDEO
23 Aprel 2024 Kürdəmir Rayon Xəstəxabasının təzə başa həkimi həm yenilik etmək istəyir, həm də etmir...- ŞİKAYƏT /VİDEO/FOTO
23 Aprel 2024 "Ramin Abdullayev hər ay 10-larla mənzilə necə sahiblənir?..." - İTTİHAM VAR...

Dünyapress TV

Xəbər lenti