“Deyirdim ki, Oqtay heç məni tərifləmir”

Əməkdar artist Dilarə Əliyeva həyat yoldaşı Oqtay Əliyevin vəfatından sonra onun sağlığında qalmaqal yaşadığı insanlarla danışdığını açıqlayıb.

OLAY yazır ki, bu barədə sənətçi "Pərvizə görə” layihəsində danışıb.

Aktrisa deyib ki, mərhumun sağlığında münasibətlərinin korlandığı məşhurlardan onunla əlaqə saxlayanlar olub:

"Həmişə deyirdim ki, Oqtay heç vaxt tərifləmir. Məni belə nə qədər tənqid edir. Tərifləsə də, mənə demirdi. Məsələn, kimsə deyirdi ki, ay Dilarə, Oqtay sənin monoloqunu göndərmişdi. Deyirəm, mənə deməyib. Əslində xoşuna gəlirdi, amma məni həmişə danlayırdı. Deyirdi, tez-tez danışrsan, başa düşülmədi və sairə. Həmişə tənqid edirdi. Deyirdim ki, bu qədər tənqid edirsən, bir dəfə xoş söz de. Məsələn, geyinib gəlirdin ki, ay Oqtay, paltarım necədi? Baxıb deyirdi ki, dırnağının rəngi nədir elə? Elə onumu gördün? Oqtayın sevməyi də, sevinməyi də danlaya-danlaya idi. Təsəvvür etmirəm ki, Oqtay baxıb desin ki, çox gözəlsən, ya da çox yaxşıdır. O, özü-özünə inanmazdı ki, bu, mən deyiləm. Biz də onu o cür qəbul etmişdik. Amma dediyiniz məqamlar oldu ki, kiməsə Oqtay sağlığında iradlar bildirmişdi, münasibətləri korlanmışdı… Belə məqamlar oldu. Lakin mən xoşlamıram, gəlib desin ki, filan şey oldu. O özünün içindən gəlirsə, rahatlığı üçün lazımdırsa, desin. Əgər deyilsə, ehtiyac yoxdu. İnsan əsas öz içi ilə barışmalıdır. Bizə görə də deyə bilər, nəyəsə xatir də deyə bilər, səmimi olmaya da bilər, halallıq üçün də olar”.

Bölmənin digər xəbərləri

08 İyun 2025 Burak Fahriyenin 39 yaşını belə təbrik etdi - FOTO
08 İyun 2025 Seda Sayanın oğlu görüntüsü ilə gündəm oldu - FOTO
08 İyun 2025 Məşhur aktrisa elə görüntülərini paylaşdı ki... - FOTO
07 İyun 2025 Qarayevlər ata-bala 2 kanalda qara siyahıya düşdü
07 İyun 2025 Gülüstan Əliyeva qaraya büründü - Fotolar
06 İyun 2025 Nəfəsin iddialı geyimi gündəm oldu - VİDEO
06 İyun 2025 Zaurdan Tolikə AĞIR CAVAB: “Kabinetdə müğənnilərlə oturub... olmaz!” - VİDEO
06 İyun 2025 Aygün Kazımova Kəmaləyə efir qadağası qoyub? – Özü danışdı
05 İyun 2025 Şəhriyardan Oksana açıqlaması: “Uşağımın anasıdır”
05 İyun 2025 “Nəfəs və onun kimiləri efirə buraxmaq olmaz!”- Xalq artisti QƏZƏBLƏNDİ
04 İyun 2025 “Keçmiş arvadlarım məndən varlıdır” – Məşhur aktyordan ŞOK açıqlama
04 İyun 2025 “O pula soyuducumu dolduraram” - Nisə Qasımova
04 İyun 2025 Aqşin Fateh: “Bir ilə 100 min manat xərcləyirəm”
03 İyun 2025 “Toy etsəm, hamı biləcək” — VİDEO
03 İyun 2025 Rihanna Nyu-York küçələrində "belə yaxalandı" - VİDEO
03 İyun 2025 Azərbaycanlı müğənnini "daş-qalaq etdilər" - Video
02 İyun 2025 "Hüseyn bunları gündəm üçün edir"
02 İyun 2025 Miri Yusifin ailəsi Bakıya bu səbəbdən köçüb
02 İyun 2025 Akif İslamzadə Ağdama köçür? - “Anam deyirdi ki, Abdal-Gülablıda evimiz var, amma” -AÇIQLAMA
02 İyun 2025 “Röya ilə barışmaram, təkcə oğlumun toyunda bir araya gələcəyik” - ÖZƏL

Dünyapress TV

Xəbər lenti