"Toyda tək olsaydım indi fatihə oxuyurdunuz"
Xəbər verdiyimiz kimi, müğənni Kərim Abasov qatıldığı toy məclisində fonoqram oxuduğu üçün döyülüb.

Axşam.az xəbər verir ki, sənətçi hadisədən sonra ilk dəfə efirə çıxıb. "Elgizlə izlə"yə gələn Kərim həmin gecə yaşananlardan danışıb:

"Qonaqlardan biri mahnı sifariş etdi, rus dilində idi. Musiqiçilər ifa edə bilməzdi. İfanı oxuyan zaman biri yaxınlaşdı ki, oxumaq istəyirəm. Çalışırdı mikrofonu əlimdən alır. Mənim səhnəm, musiqiçilərimdir. Mikrofon şəxsidir, nə haqla almağa çalışırsan. Dedim ki, fonoqramdır, mikrofonu alma. Məhəl qoymadı. Ona başqa mikrofon verdilər, 50 yaşında adam idi, oxudu və getdi. Saat 12-yə qalırdı, xına mərasimi başladı. Məclisdə az adam qalmışdı. Ev sahibi kübar ailədir, məni döyməyib. Toya gələn 50 yaşlı həmin kişi və yanındakı adam maşınıma gedəndə mənə hücum çəkdi. Başladılar ki, niyə fonoqram oxumusan? Cavab verdim ki, belə alındı, məcbur idim. Yanındakı dedi ki, niyə belə danışırsan? Mən isə sakit danışıram, aqressiv deyiləm. Pilləkəni düşəndə eşitdim ki, çox pis söyüş dedi. Menecerim geri qayıtdı, başladı ki, sənə yox, ona deyirəm. Mən də qayıtdım ki, filankəs özünsən. Əl atdılar, qırğın başladı. Adamlardan biri kənarda qoyulan böyük dəmiri aldı və mənə cumdu. Onu kimə vursan iki yerə bölünər. Mən qaçdım ki, dəyməsin. Orada tək olsaydım indi mənə fatihə oxuyacaqdınız. Polis və təcili yardım gəldi. Elə vəziyyətdəyəm ki, hələ də şokdan çıxmamışam".

Kərim mübahisə zamanı barmağının sındığını bildirib.

Bölmənin digər xəbərləri

08 İyun 2025 Burak Fahriyenin 39 yaşını belə təbrik etdi - FOTO
08 İyun 2025 Seda Sayanın oğlu görüntüsü ilə gündəm oldu - FOTO
08 İyun 2025 Məşhur aktrisa elə görüntülərini paylaşdı ki... - FOTO
07 İyun 2025 Qarayevlər ata-bala 2 kanalda qara siyahıya düşdü
07 İyun 2025 Gülüstan Əliyeva qaraya büründü - Fotolar
06 İyun 2025 Nəfəsin iddialı geyimi gündəm oldu - VİDEO
06 İyun 2025 Zaurdan Tolikə AĞIR CAVAB: “Kabinetdə müğənnilərlə oturub... olmaz!” - VİDEO
06 İyun 2025 Aygün Kazımova Kəmaləyə efir qadağası qoyub? – Özü danışdı
05 İyun 2025 Şəhriyardan Oksana açıqlaması: “Uşağımın anasıdır”
05 İyun 2025 “Nəfəs və onun kimiləri efirə buraxmaq olmaz!”- Xalq artisti QƏZƏBLƏNDİ
04 İyun 2025 “Keçmiş arvadlarım məndən varlıdır” – Məşhur aktyordan ŞOK açıqlama
04 İyun 2025 “O pula soyuducumu dolduraram” - Nisə Qasımova
04 İyun 2025 Aqşin Fateh: “Bir ilə 100 min manat xərcləyirəm”
03 İyun 2025 “Toy etsəm, hamı biləcək” — VİDEO
03 İyun 2025 Rihanna Nyu-York küçələrində "belə yaxalandı" - VİDEO
03 İyun 2025 Azərbaycanlı müğənnini "daş-qalaq etdilər" - Video
02 İyun 2025 "Hüseyn bunları gündəm üçün edir"
02 İyun 2025 Miri Yusifin ailəsi Bakıya bu səbəbdən köçüb
02 İyun 2025 Akif İslamzadə Ağdama köçür? - “Anam deyirdi ki, Abdal-Gülablıda evimiz var, amma” -AÇIQLAMA
02 İyun 2025 “Röya ilə barışmaram, təkcə oğlumun toyunda bir araya gələcəyik” - ÖZƏL

Dünyapress TV

Xəbər lenti