"Onları Allaha tapşırmışam, o özü onların cəzasını verəcək"
"Onları Allaha tapşırmışam, o özü onların cəzasını verəcək""Əvvəllər xanəndələr başqa yerlərdə oxuyurdular, imtahan verirdilər. Alim müəllim həmişə bizə deyir ki, toyda oxumaq böyük bir məktəbdir. Toyxana məktəbindən keçən mütləq xanəndə olur. Amma bu gün xanəndələr yeni qəzəl, şeir öyrənmirlər. Ona görə ki, tələbat yoxdur. O vaxt toyxanalarda ustadlardan çoxlu qəzəllər tələb olunurdu. Orada qəzəlxanlar, söz xiridarları olurdu ki, həmin ustadları izləyirdilər. Bizim adını tarixə yazan xanəndələrimiz belə məclislərdən çıxıblar. Amma indiki oxuyanlardan, uşaqlardan ancaq mahnı tələb olunur. Bugünki restoran toyları o qəzəlləri, şeirləri tələb etmir. Əgər orada xiridarlar, tənqidçilər həmin toylarda olsaydılar xanəndələr gecə yatmayıb qəzəllər əzbərləcəyəkdilər. Necə ki, Muğam müsabiqəsində uşaqlar hər dəfə yeni qəzəllər oxuyurdular. İnsanı məqam, düşdüyü şərait tələb edəndə o öyrənir"

TEREF bildirir ki, bunu Moderator.az -a özəl açıqlamasında əməkdar artist, sevilən xanəndə Fərqanə Qasımova deyib. O daha sonra "Fərqanə xanım, siz toyxana görməmisiz, bəs necə püxtələşmisiz?" sualına cavab verib.

"Mən 15-16 yaşlarımdan dünya səhnələrində çıxış etmişəm. Artıq mənim üçün böyük dünya səhnələrində oxumaq o qədər asandır ki.. Çünki mən orada püxtələşmişəm. Mənə desələr ki, 2 ay vaxtımız var, solo konsert olacaq, mən buna tez bir zamanda hazırlaşa bilərəm. Ancaq toy oxuyanları bunları bacarmırlar. Toy oxuyanı başqadır, səhnə oxuyanı, mədəniyyəti tərənnüm edən sənətkar başqa. Bu gün ona görə hər şey adiləşib. İki köhnə qəzəllə, toy mahnıları ilə məclisi idarə edirlər. Sənət artıq öz orbitindən çıxmağa hazırlaşır. Xarici ölkələrdə yeni səfərlərə dəvət almışam. Əgər Allahın muğamımıza sevgisi varsa onu ölməyə qoymayacaq. Görün nə qədər sənətkarlar gəlib-gedir, indi də Alim müəllim var, onun davamçısı mən varam. Bizim də davamçılarımız olacaq. Muğam heç vaxt ölməyəcək. Ölsəydi bir neçə il bundan əvvəl ölərdi. Hər dəfə belə eniş-yoxuşlara məruz qalsa da, Allah püxtələşdirib onun pöhrəsini verir" deyə sənətkar bildirib.

Fərqanə xanım övladının atası ilə muğam duetini tənqid edənlərə də cavab verib.

"Yaş üstünə yaş gəldikcə heç kimin fikri, düşüncəsi insan üçün maraqlı olmur. Mən özümdən və ailəmdən danışıram. Ağıllı insan hər zaman öz addımları ilə irəli gedir. Ona görə də bu bizim üçün yeni bir tənqid üsulu deyil. Bizim millət, mən əlbəttə çoxusundan danışmıram, başları çıxmayan mövzu haqqında rəy bildirənlərdən, həqiqəti bilməyən həqiqətin əleyhinə danışan insanlaradır bu sözüm ki, onlar vardır və həmişə də olacaqlar. "İt hürər, karvan keçər" məsəli də elə onlar üçün deyilib. Ümumiyyətlə onlara heç vaxt önəm vermək lazım deyil. Bu duetə görə mənə çoxlu gözəl mesajlar gəlib. Azərbaycanda ümumiyyətlə bilmirlər ki, bu muğamdır yoxsa nə?! Ümumi türk dünyasında belə bir janr var. Buna "mədh" deyirlər. Peyğəmbərə (s.ə.s) tərifdir. Bizim ölkəmizdə belə mahnılar çox yayılmayıb. Türklər gözəl bilir ki, bunlar nədir? Mənim oğlum quranı gözəl bilir, hazifdir, ilahi nəğmələr oxuyur, dərviş toylarında iştirak edir. Babası ilə oxuduğu da belə bir janrda mahnı idi. O insanlar bisavaddır. Doğru-dürüst rəy belə yaza bilmirlər. Mənim öz şəxsi həyatım haqda elə pis rəylər yazmışdılar ki.. Gözümdən o qədər düşüblər ki.. Onlar haqqında danışmağı özümə sığışdırmıram.. Bilmədiyi nəsə haqqında rəy bildirən insanlar Allahın cəzasına mütləq ki, məhkum olacaqlar. Alim müəllim də, oğlum da sosial şəbəkələrdən uzaq insandır. Heç nəyi izləmirlər, bilmirlər. Kimlərdənsə eşidəndə də ancaq gülə bilərlər. Onun dərdini çəkməzlər, fikir verməzlər, önəmsəməzlər. Bizim ailəmizdə qətiyyən buna fikir vermirlər. İnsan əhəmiyyət verdiyi nəyəsə münasibət bildirər. Əhəmiyyət vermədiyi mövzu haqqında danışmaq, ona zaman ayırmaq bizim aləmimizdə düzgün hesab olunmur. Biz sadəcə Allaha tapşırırıq. Allah da özü onların cəzasını verir" deyə xanəndə bildirib.


Sonxeber.az

Bölmənin digər xəbərləri

08 İyun 2025 Burak Fahriyenin 39 yaşını belə təbrik etdi - FOTO
08 İyun 2025 Seda Sayanın oğlu görüntüsü ilə gündəm oldu - FOTO
08 İyun 2025 Məşhur aktrisa elə görüntülərini paylaşdı ki... - FOTO
07 İyun 2025 Qarayevlər ata-bala 2 kanalda qara siyahıya düşdü
07 İyun 2025 Gülüstan Əliyeva qaraya büründü - Fotolar
06 İyun 2025 Nəfəsin iddialı geyimi gündəm oldu - VİDEO
06 İyun 2025 Zaurdan Tolikə AĞIR CAVAB: “Kabinetdə müğənnilərlə oturub... olmaz!” - VİDEO
06 İyun 2025 Aygün Kazımova Kəmaləyə efir qadağası qoyub? – Özü danışdı
05 İyun 2025 Şəhriyardan Oksana açıqlaması: “Uşağımın anasıdır”
05 İyun 2025 “Nəfəs və onun kimiləri efirə buraxmaq olmaz!”- Xalq artisti QƏZƏBLƏNDİ
04 İyun 2025 “Keçmiş arvadlarım məndən varlıdır” – Məşhur aktyordan ŞOK açıqlama
04 İyun 2025 “O pula soyuducumu dolduraram” - Nisə Qasımova
04 İyun 2025 Aqşin Fateh: “Bir ilə 100 min manat xərcləyirəm”
03 İyun 2025 “Toy etsəm, hamı biləcək” — VİDEO
03 İyun 2025 Rihanna Nyu-York küçələrində "belə yaxalandı" - VİDEO
03 İyun 2025 Azərbaycanlı müğənnini "daş-qalaq etdilər" - Video
02 İyun 2025 "Hüseyn bunları gündəm üçün edir"
02 İyun 2025 Miri Yusifin ailəsi Bakıya bu səbəbdən köçüb
02 İyun 2025 Akif İslamzadə Ağdama köçür? - “Anam deyirdi ki, Abdal-Gülablıda evimiz var, amma” -AÇIQLAMA
02 İyun 2025 “Röya ilə barışmaram, təkcə oğlumun toyunda bir araya gələcəyik” - ÖZƏL

Dünyapress TV

Xəbər lenti