"Oğlumun şərhdə söyüş yazdığı qadın zəng etdi ki..."

"Elə verilişlər var ki, ora getməyəndə, sevinirsən, deyirsən, nə yaxşı getmədim.Orada aparıcılar bizə lazım olmayan suallar verirlər. Sonra da bizim cavablarımızı düzüb-qoşurlar. İnsanların nəzərində illərdir ki, topladığım statusu salırlar aşağı. Bizim çıxışlarımızı sosial şəbəkədə paylaşırlar, insanlar da xoş olmayan şərhlər yazırlar. Sonra da deyirlər ki, yazılan o şərhlərə fikir verməyin. Elə deyil. Yazılan o şərhlər bu gün bizim alqışımızdır. İnsanlarda bizə qarşı aqressiya yaradırlar".

Bu sözləri rəqqasə Fatimə Fətəliyeva "Səhər görüşləri" verilişinə deyib. Sənətçi yazılan tənqidlərdən danışıb:

"Oğlum Hüseynin yeniyetmə vaxtlarıdır. Ona hər şey təsir edir. Bu yaxınlarda ailəm haqqında mənə sual verdilər. Ərimə zəng vurub aramızdakı münasibətlərin yaxşı olduğunu nümayiş etdirdim. Yəni bu insan həyatımda var və oğlum Hüseynin atasıdır. Həmin görüntülər sosial şəbəkədə paylaşıldı və haqqımızda çox sayda xoş olmayan şərhlər yazıldı. Oğlum orada o şərhi görəndə pis olub. Nənəsinin instaqram səhifəsi ilə daxil olaraq həmim qadına cavab yazıb. Anam iş xanımıdır. Səhifəsində anamın nömrəsi də var. Həmin qadın zəng vurub anamın nömrəsinə ki, bəs bizi bu səhifədən söyüblər. Oğlum qorxudan dovşan kimi başlayıb əsməyə. Uşaqdır da, əsəbiləşib və söyüş yazıb.

Oğlum əsə-əsə deyir ki, ana məni indi gəlib aparacaqlar. Nömrəni alıb, zəng etmişəm həmin qadına. Deyir ki, mənə siz maraqlı deyilsiniz. Cavab olaraq söylədim ki, əgər sənə mən maraqlı deyiləmsə, bəs nəyə görə haqqımda xoş olmayan, neqativ dolu şərh yazırsan. Ona elə başa saldım ki, o, məndən üzr istədi".//axşam.az


Bölmənin digər xəbərləri

08 İyun 2025 Burak Fahriyenin 39 yaşını belə təbrik etdi - FOTO
08 İyun 2025 Seda Sayanın oğlu görüntüsü ilə gündəm oldu - FOTO
08 İyun 2025 Məşhur aktrisa elə görüntülərini paylaşdı ki... - FOTO
07 İyun 2025 Qarayevlər ata-bala 2 kanalda qara siyahıya düşdü
07 İyun 2025 Gülüstan Əliyeva qaraya büründü - Fotolar
06 İyun 2025 Nəfəsin iddialı geyimi gündəm oldu - VİDEO
06 İyun 2025 Zaurdan Tolikə AĞIR CAVAB: “Kabinetdə müğənnilərlə oturub... olmaz!” - VİDEO
06 İyun 2025 Aygün Kazımova Kəmaləyə efir qadağası qoyub? – Özü danışdı
05 İyun 2025 Şəhriyardan Oksana açıqlaması: “Uşağımın anasıdır”
05 İyun 2025 “Nəfəs və onun kimiləri efirə buraxmaq olmaz!”- Xalq artisti QƏZƏBLƏNDİ
04 İyun 2025 “Keçmiş arvadlarım məndən varlıdır” – Məşhur aktyordan ŞOK açıqlama
04 İyun 2025 “O pula soyuducumu dolduraram” - Nisə Qasımova
04 İyun 2025 Aqşin Fateh: “Bir ilə 100 min manat xərcləyirəm”
03 İyun 2025 “Toy etsəm, hamı biləcək” — VİDEO
03 İyun 2025 Rihanna Nyu-York küçələrində "belə yaxalandı" - VİDEO
03 İyun 2025 Azərbaycanlı müğənnini "daş-qalaq etdilər" - Video
02 İyun 2025 "Hüseyn bunları gündəm üçün edir"
02 İyun 2025 Miri Yusifin ailəsi Bakıya bu səbəbdən köçüb
02 İyun 2025 Akif İslamzadə Ağdama köçür? - “Anam deyirdi ki, Abdal-Gülablıda evimiz var, amma” -AÇIQLAMA
02 İyun 2025 “Röya ilə barışmaram, təkcə oğlumun toyunda bir araya gələcəyik” - ÖZƏL

Dünyapress TV

Xəbər lenti