Afaq Gəncəli: “Verilişimə görə məni ölümlə hədələyiblər” - VİDEO
“Qalmaqalın içindən çıxırdım ki, ora düşməyim (gülür). İndi verilişim yoxdur deyə başım sakitdir. Amma hazırlaşıram. İmmunitetim hazırdır. Bütün sinir sistemim pisləşmişdi. Elə səhhətimdəki problemlər bundan sonra yarandı. Hər verilişdən sonra zənglər gəlirdi ki, bunu və bunları niyə efirə verdiniz?”

Bizim.Media-nın məlumatına görə, bu sözləri aparıcı Afaq Gəncəli qonaq olduğu “10-da görüşək” səhər şousunda deyib.

Televiziya ulduzu aparıcısı olduğu maqazin verilişinə görə ölümlə hədələndiyini açıqlayıb:

“Uzağa getməyək, Türkiyə və Rusiyanın maqazin verilişlərinə baxanda hamımız deyirik ki, nə gözəldir, ulduzların şəxsi həyatından tutmuş, villasını, qarderobunu, evində çalışan işçisinə qədər hər şeyini göstərirlər. Hamıya bunlar maraqlı gəlir və onlardan danışırlar. Sıra gəlir, çatır bizə. Hər birimizin həyatında nələrsə baş verə bilər. Biz insanıq, ikinci dəfə ailə həyatı da qura, evimizdə hər şeyi göstərə də bilərik. Bizdə hər şey təəccüb və heyrətlə qarşılanır və dərhal “olmaz” sözü deyilir. Əgər biz hər şeyi olduğu kimi, normal qəbul etsək, real həyatda hamımız hər şeyi artıqlaması ilə ifratına qədər belə hər şeyi qəbul edirik. Amma sıra təqdimata gəlib çatanda “aydan arı, sudan duru” məsələsi ortalığa çıxır. Sənin abırın imkan vermir ki, ona deyəsən ki, ay insan, bu axı belə deyil. Amma o utanmır sənə desin ki, bu belə deyil. Çox çətin məsələlərdir. Hətta mənə zəng vurub, ölümlə hədələyiblər. Sən çıxıb bunu desən, biz səni öldürəcəyik. Bunlar boş söhbətlərdir”.

Qeyd edək ki, Afaq Gəncəli illər əvvəl ATV kanalında 10lar” və “ATV maqazin 10larla” şou-biznes xəbərlərindən ibarət olan verilişlərin aparıcısı olub. Afaq ATV kanalından ayrılıb fəaliyyətini “Xəzər” kanalında davam etdirdikdə “Şourum” maqazin verilişinin aparıcısı olub.

Daha sonra veriliş yayımdan qaldırılıb. Afaq üç ilə yaxın həmkarı Tural Əsədovla “Səhər mərkəzi” verilişini aparıb. Səhhəti pisləşdikdən sonra aparıcı verilişdən ayrılmaq məcburiyyətində qalıb.

 

Bölmənin digər xəbərləri

08 İyun 2025 Məşhur aktrisa elə görüntülərini paylaşdı ki... - FOTO
07 İyun 2025 Qarayevlər ata-bala 2 kanalda qara siyahıya düşdü
07 İyun 2025 Gülüstan Əliyeva qaraya büründü - Fotolar
06 İyun 2025 Nəfəsin iddialı geyimi gündəm oldu - VİDEO
06 İyun 2025 Zaurdan Tolikə AĞIR CAVAB: “Kabinetdə müğənnilərlə oturub... olmaz!” - VİDEO
06 İyun 2025 Aygün Kazımova Kəmaləyə efir qadağası qoyub? – Özü danışdı
05 İyun 2025 Şəhriyardan Oksana açıqlaması: “Uşağımın anasıdır”
05 İyun 2025 “Nəfəs və onun kimiləri efirə buraxmaq olmaz!”- Xalq artisti QƏZƏBLƏNDİ
04 İyun 2025 “Keçmiş arvadlarım məndən varlıdır” – Məşhur aktyordan ŞOK açıqlama
04 İyun 2025 “O pula soyuducumu dolduraram” - Nisə Qasımova
04 İyun 2025 Aqşin Fateh: “Bir ilə 100 min manat xərcləyirəm”
03 İyun 2025 “Toy etsəm, hamı biləcək” — VİDEO
03 İyun 2025 Rihanna Nyu-York küçələrində "belə yaxalandı" - VİDEO
03 İyun 2025 Azərbaycanlı müğənnini "daş-qalaq etdilər" - Video
02 İyun 2025 "Hüseyn bunları gündəm üçün edir"
02 İyun 2025 Miri Yusifin ailəsi Bakıya bu səbəbdən köçüb
02 İyun 2025 Akif İslamzadə Ağdama köçür? - “Anam deyirdi ki, Abdal-Gülablıda evimiz var, amma” -AÇIQLAMA
02 İyun 2025 “Röya ilə barışmaram, təkcə oğlumun toyunda bir araya gələcəyik” - ÖZƏL
01 İyun 2025 Nəsrindən iddialı FOTOlar
31 May 2025 "Filmə aktyoru yox, sevgilisini çəkir"

Dünyapress TV

Xəbər lenti