"Zauru efirə çıxaran adamlar var"
"Mənim üçün apardığım verilişin maraqlı olması önəmlidir. Nəinki bəzənib-düzənim, pomada vurum, çıxım efirə, camaat da desin ki, "nə deyəcək ki, o bizə?". Həddindən artıq efirdən öncə görünüşünə vaxt sərf edən aparıcılar var. Onlar peşkar deyil. Müəyyən vaxt çərçivəsində aydındır ki, saçı da düzəldərlər, amma həddən aşırı: Bu pencəyin rəngi xoşuma gəlmədi, filan pomada yox, bunu belə edək, saçımı bir az da buraq, havalı edək. İllər ərzində təcrübələrimə əsaslanaraq deyirəm ki, belə aparıcılar efirdə yadda qalmayıblar, orada deyillər".

Axşam.az bildirir ki, bu sözləri aparıcı Aytən Səfərova "Mirinin dibçəyi" yutub layihəsində deyib. O, verilişlərinin reytinqlərinə və aparıcıların proqramlarda müğənnilərin şəxsi həyatlarına toxunmasına münasibət bildirib:

"Bəzən də baxırsan ki, ağzının danışığını bilməyənlər, "adə", "hıı" deyə danışanlar olurlar reytinqdə. Bəlkə də insanlar ona sirk kimi baxır. Bu gün brifinqlərə jurnalistlər çağırılır, bəzən qurumlardan deyirlər ki, sual verməyin. Sən brifinqə jurnalisti çağırmısansa, ona bunu necə deyə bilərsən? Deməli, jurnalistə hörmət etmirsən. Mən olsam orada çıxıb deyərəm ki, jurnalistin işi sual verməkdir. Və məni narahat edən sualı verərəm. Bu gün qurumların münasibəti də, bilmirəm naşı jurnalistləri çox görüblər, peşəkar olmayan müxbirləri görüblər. Bəzən gənc nəsilə deyirsən ki, bunu elə yox belə et, görürsən ki, xətrinə dəyir. Polad döyüldükcə bərkiyir. Elə bilirsiniz, məni 26 ildə tənqid etməyiblər, ağlamamışam? Efirlərdən kənarlaşdırılmışam, ağlamışam da. Amma bu günə qədər bir dənə də olsun reytinq verməyən veriliş aparmamışam. Aydındır ki, aparıcın görkəmi səliqəli olmalıdır. Amma verilişin məğzi olmalıdır, məzmununu düşünmək lazımdır.

Aparıcı var, deyir ki, studiyam pisdir, ona görə reytinq az gəlir. Xeyr, sən bir çəlləyin içində efir apar, əgər maraqlı danışırsansa, ağzını açanda faktlara əsalanırsansa, söz azadlığı olsa da, söz özübaşnalığı olmamalıdır. Dünyanın istənilən yerində azadlıq müəyyən çərçivəyə qədərdir. İnsanın öz daxili çərçivəsi olmalıdır. Filankəsin anası, bacısı demək, şəxsi həyata müdaxilə jurnalistika deyil. Heç kimin ixtiyarı yoxdur, ailə içinə, şəxsi işə qarışsın".

Aytən "aparıcı Zaur Kamal və ya başqası olsun, qoyur sənət adamını qabağına şəxsi həyatından tut hər şeyə toxunur" sualına belə reaksiya verib:

"Bayaq dediniz, bayağılıq. Bax, bu odur. Zauru efirə çıxaran adamlar var. Bu qədər".
 

Bölmənin digər xəbərləri

08 İyun 2025 Məşhur aktrisa elə görüntülərini paylaşdı ki... - FOTO
07 İyun 2025 Qarayevlər ata-bala 2 kanalda qara siyahıya düşdü
07 İyun 2025 Gülüstan Əliyeva qaraya büründü - Fotolar
06 İyun 2025 Nəfəsin iddialı geyimi gündəm oldu - VİDEO
06 İyun 2025 Zaurdan Tolikə AĞIR CAVAB: “Kabinetdə müğənnilərlə oturub... olmaz!” - VİDEO
06 İyun 2025 Aygün Kazımova Kəmaləyə efir qadağası qoyub? – Özü danışdı
05 İyun 2025 Şəhriyardan Oksana açıqlaması: “Uşağımın anasıdır”
05 İyun 2025 “Nəfəs və onun kimiləri efirə buraxmaq olmaz!”- Xalq artisti QƏZƏBLƏNDİ
04 İyun 2025 “Keçmiş arvadlarım məndən varlıdır” – Məşhur aktyordan ŞOK açıqlama
04 İyun 2025 “O pula soyuducumu dolduraram” - Nisə Qasımova
04 İyun 2025 Aqşin Fateh: “Bir ilə 100 min manat xərcləyirəm”
03 İyun 2025 “Toy etsəm, hamı biləcək” — VİDEO
03 İyun 2025 Rihanna Nyu-York küçələrində "belə yaxalandı" - VİDEO
03 İyun 2025 Azərbaycanlı müğənnini "daş-qalaq etdilər" - Video
02 İyun 2025 "Hüseyn bunları gündəm üçün edir"
02 İyun 2025 Miri Yusifin ailəsi Bakıya bu səbəbdən köçüb
02 İyun 2025 Akif İslamzadə Ağdama köçür? - “Anam deyirdi ki, Abdal-Gülablıda evimiz var, amma” -AÇIQLAMA
02 İyun 2025 “Röya ilə barışmaram, təkcə oğlumun toyunda bir araya gələcəyik” - ÖZƏL
01 İyun 2025 Nəsrindən iddialı FOTOlar
31 May 2025 "Filmə aktyoru yox, sevgilisini çəkir"

Dünyapress TV

Xəbər lenti