“Bayağı, mənşəyi bilinməyən mahnılardansa elə Baləli muğam oxusun...”
Tanınmış meyxanaçı Baləlinin “Xəzər axşamı” verilişində muğam oxuması sosial şəbəkə izləyiciləri tərəfindən birmənalı qarşılanmayıb. Əksər izləyicilər meyxanaçının bu hərəkətini tənqid etsələr də,

Baləlini dəstəkləyənlər də az olmayıb. Moderator.az-a açıqlama verən əməkdar artist Sevinc Sarıyeva hətta Balaəliyə muğamdan dərs demək istəyini də bildirib.

“Baləlinin muğam oxumasına qulaq asdım, heç də pis oxumayıb. Özü üçün oxuyub da. Müəyyən o bayağı, mənşəyi bilinməyən musiqilərdənsə Baləli muğam oxusa ondan yaxşıdır. Biri var ki, yad musiqi, hind, fars ladları üzərində mahnı oxuya, biri də var ki, öz muğamımızı oxuyub da. Diksiyası da, sözlərinin deyilişi də çox əladır. Kim nə deyir desin. Onsuz da tənqid edən hər zaman edəcək. Şəxsi tanışlığım yoxdur, yoxsa özünə zəng edib fikirlərimi deyərdim. Bir az da üzərində məşğul olsa gözəl muğam ustadı ola bilər. Yaxşıya yaxşı, pisə də pis demək lazımdır. Əlbəttə ki, xanəndə deyil, amma özü üçün gözəl oxuyur. İstəsə ona muğamı da öyrədə bilərəm. Ürəklə, canla-başla hazıram. Baləliyə hörmətim də var. Şəxsi tanışlığım yoxdur, amma eşitdiklərimdən bilirəm ki, pis insan deyil” deyə sənətkar bildirib.

Gənc xanəndə Rəvan Qaçayev də Baləliyə dəstək olub.

“Bu ifa ilə instaqramda rastlaşdım və sona qədər də qulaq asdım. Əvvəl bir az qəribə göründü ki, meyxana ifaçısı necə muğam oxuya bilər?! Sonra gördüm ki, bu veriliş xatirinə olan bir ifadır. Təbii ki, Baləli muğam ifaçısı deyil. Qəzəli gözəl idi, Bayatı şiraz muğamına uyğun oldu. Ondan peşəkarlıq da gözləmək düzgün deyil. O da çalışıb istedadını göstərsin ki, mənim muğamdan da anlayışım var. Bu belə də olmalıdır. Meyxana folklor nümunəsidir. Meyxanaçıların muğamlarımızı bilməsi də çox yaxşıdır. Məndə də bədahətən söz, meyxana demə istedadı var. Təbii ki, məclislərdə yox, amma dostlarla səmimi ortamda deyə bilərəm. Bu o demək deyil ki, mən meyxana ifaçısıyam?! Baləli muğamımıza hörmətsizlik etməyib, təhqiredici bir söz işlətməyib. Sadəcə olaraq istedadını göstərib” deyə muğam ifaçısı deyib.

Əməkdar artist Nuriyyə Hüseynovanın isə mövzuya münasibəti qısa olub.

“Baləlini tanımıram. Heç səsini dinləməmişəm. Ona görə də mövzuya münasibət bildirə bilmərəm. İndi dərsdəyəm, dinləyəndən sonra danışa bilərəm” deyə bildirib.

Bölmənin digər xəbərləri

08 İyun 2025 Məşhur aktrisa elə görüntülərini paylaşdı ki... - FOTO
07 İyun 2025 Qarayevlər ata-bala 2 kanalda qara siyahıya düşdü
07 İyun 2025 Gülüstan Əliyeva qaraya büründü - Fotolar
06 İyun 2025 Nəfəsin iddialı geyimi gündəm oldu - VİDEO
06 İyun 2025 Zaurdan Tolikə AĞIR CAVAB: “Kabinetdə müğənnilərlə oturub... olmaz!” - VİDEO
06 İyun 2025 Aygün Kazımova Kəmaləyə efir qadağası qoyub? – Özü danışdı
05 İyun 2025 Şəhriyardan Oksana açıqlaması: “Uşağımın anasıdır”
05 İyun 2025 “Nəfəs və onun kimiləri efirə buraxmaq olmaz!”- Xalq artisti QƏZƏBLƏNDİ
04 İyun 2025 “Keçmiş arvadlarım məndən varlıdır” – Məşhur aktyordan ŞOK açıqlama
04 İyun 2025 “O pula soyuducumu dolduraram” - Nisə Qasımova
04 İyun 2025 Aqşin Fateh: “Bir ilə 100 min manat xərcləyirəm”
03 İyun 2025 “Toy etsəm, hamı biləcək” — VİDEO
03 İyun 2025 Rihanna Nyu-York küçələrində "belə yaxalandı" - VİDEO
03 İyun 2025 Azərbaycanlı müğənnini "daş-qalaq etdilər" - Video
02 İyun 2025 "Hüseyn bunları gündəm üçün edir"
02 İyun 2025 Miri Yusifin ailəsi Bakıya bu səbəbdən köçüb
02 İyun 2025 Akif İslamzadə Ağdama köçür? - “Anam deyirdi ki, Abdal-Gülablıda evimiz var, amma” -AÇIQLAMA
02 İyun 2025 “Röya ilə barışmaram, təkcə oğlumun toyunda bir araya gələcəyik” - ÖZƏL
01 İyun 2025 Nəsrindən iddialı FOTOlar
31 May 2025 "Filmə aktyoru yox, sevgilisini çəkir"

Dünyapress TV

Xəbər lenti