“Gözəl olmaq ən şanssız insan olmaq deməkdir, bəzən bu mənə mane olub”
“İllərə nə var ki, gəlib keçəcək. Təbii ki, illər keçir və biz də yaşlaşırıq. Bəzən deyirlər ki, filankəsi necə görmüşüksə elə də qalıb, heç dəyişməyib, qocalmayıb. Bunu daha çox efirdə olan insanlar haqda deyirlər. Yaradıcılıqla məşğul olan insanlar zamanın necə keçdiyini hiss etmirlər. Bu mənim üçün də keçərlidir. Tamaşaçılara təqdim etdiyimiz sənət qarşılığında onlardan müsbət enerji, sevgi, alqış görürük. Bizi gözəl, baxımlı qalmağa sövq edən də onlardır. Gözəl olmaq hər zaman şanslı olmaq demək deyil. Gözəl olmaq ən şanssız insan olmaq deməkdir. Mən bunu çox təcrübələrdən keçirmişəm. Bu mənə bəzən mane də olub. Səhnə adamının gözəl görünməsi mütləqdir”

DİA.AZ xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında əməkdar artist, sevilən müğənni Gülüstan Əliyeva deyib. O daha sonra əlavə edib.

“Sevgisiz heç bir canlı yaşaya bilməz. Həmçinin də insan. Sevgi tək qadın və kişi arasında olan bağlılıq deyil. Bunlar əlbəttə ki, vacib amillərdir. Amma insanı yaşadan daha böyük sevgilər, duyğular var” deyə qadın xanəndə həyatda sevginin vacibliyini mütləq hesab edir.

Gülüstan Əliyeva hamı ilə məsafə saxladığını bildirib.

“Muğam sənəti ilə məşğul olan insanlar xaraktercə tam başqa xüsusiyyətə malikdirlər. Onların əksəriyyəti çox ağır təbiətli, qaynayıb-qarışmayan insanlardır. Sənətdə sirdaşım yoxdur. Hamı ilə münasibətim gözəldir. Amma məsafə gözəldir. Ən pisi odur ki, o insanlar haqqında bir fikir bildirə bilmirsən. Çünki çözmək çətindir. Nə yaxşı kimi yaxşıdılar, nə də pis kimi pisdilər. Artıq təəccüblənmirəm” deyə sənətkar bildirib.

Gülüstan Əliyeva sənətə gəldiyi ilk illəri də xatırlayıb.

“Ulu öndər Heydər Əliyevin tapşırığı ilə bölgələrdən istedadlı uşaqları seçib Bakıya gətirirdilər. Mən də seçilən 650 nəfərin içərisində idi. Daha sonra ələnərək 12 nəfər qaldıq. Bu sənət yolunda addımlamağa başladıq. Bu gün o vaxt seçilən həmin sənətkarlar Azərbaycan incəsənətində, muğam sənətində xüsusi yer tuturlar. Onların hərəsinin özünəməxsus səsi var. Hər bir iş üçün sevgi verməlisən. Ömrünü, həyatını sənətinə verdiyin zaman səni dəyərləndirəcəklər. Çalışmaq istedadla yarıbayarıdır. Çalışmadığın anda sən heç kimsən. Sənətkar yox, heç sənətçi də ola bilməzsən” deyə sənətkar bildirib.

Bölmənin digər xəbərləri

08 İyun 2025 Məşhur aktrisa elə görüntülərini paylaşdı ki... - FOTO
07 İyun 2025 Qarayevlər ata-bala 2 kanalda qara siyahıya düşdü
07 İyun 2025 Gülüstan Əliyeva qaraya büründü - Fotolar
06 İyun 2025 Nəfəsin iddialı geyimi gündəm oldu - VİDEO
06 İyun 2025 Zaurdan Tolikə AĞIR CAVAB: “Kabinetdə müğənnilərlə oturub... olmaz!” - VİDEO
06 İyun 2025 Aygün Kazımova Kəmaləyə efir qadağası qoyub? – Özü danışdı
05 İyun 2025 Şəhriyardan Oksana açıqlaması: “Uşağımın anasıdır”
05 İyun 2025 “Nəfəs və onun kimiləri efirə buraxmaq olmaz!”- Xalq artisti QƏZƏBLƏNDİ
04 İyun 2025 “Keçmiş arvadlarım məndən varlıdır” – Məşhur aktyordan ŞOK açıqlama
04 İyun 2025 “O pula soyuducumu dolduraram” - Nisə Qasımova
04 İyun 2025 Aqşin Fateh: “Bir ilə 100 min manat xərcləyirəm”
03 İyun 2025 “Toy etsəm, hamı biləcək” — VİDEO
03 İyun 2025 Rihanna Nyu-York küçələrində "belə yaxalandı" - VİDEO
03 İyun 2025 Azərbaycanlı müğənnini "daş-qalaq etdilər" - Video
02 İyun 2025 "Hüseyn bunları gündəm üçün edir"
02 İyun 2025 Miri Yusifin ailəsi Bakıya bu səbəbdən köçüb
02 İyun 2025 Akif İslamzadə Ağdama köçür? - “Anam deyirdi ki, Abdal-Gülablıda evimiz var, amma” -AÇIQLAMA
02 İyun 2025 “Röya ilə barışmaram, təkcə oğlumun toyunda bir araya gələcəyik” - ÖZƏL
01 İyun 2025 Nəsrindən iddialı FOTOlar
31 May 2025 "Filmə aktyoru yox, sevgilisini çəkir"

Dünyapress TV

Xəbər lenti