Müğənni və aktrisa Firəngiz Rəhimbəyli vəfat edib. Bakupost.az xəbər verir ki, bu barədə bəstəkar Cəmil Əmirov öz sosial şəbəkə hesabında məlumat paylaşıb. Aktrisanın ürək tutmasından vəfat etdiyi bildirilir. Bir neçə gün öncə 62 yaşını qeyd edən F. Rəhimbəyli ABŞ-da yaşayırdı. F. Rəhimbəyli 1960-cı ildə Ağdamın Şişpapaqlı kəndində anadan olub. 1980-ci illər Azərbaycan estradasının əsas simalarından biri olub. Rafiq Babayev, Eldar Mansurov, Oqtay Kazımov kimi görkəmli bəstəkarla onlarla iş birliyi olub. Bir sıra filmlərdə rol alan aktrisa daha çox "Bəxt üzüyü" filmindəki Sevda rolu ilə məşhurluq qazanıb. 1999-u ildə amerikalı arxitektor Raymond Antoni ilə ailə həyatı qurduqdan sonra Los-Anceles şəhərinə köçüb və orada yaşayıb. Allah rəhmət eləsin!
Hollivudun ən böyük kino şirkətlərindən biri “Universal” “Kung Fu Panda” cizgi filminin dördüncü hissəsinin buraxılış vaxtını elan edib.
Bildirilir ki, filmin dünya premyerası 2024-cü il martın 8-də olacaq.
Franşizanın yeni hissəsinin rejissor kürsüsündə kimin olacağı barədə studiya hələlik açıqlama verməyib. Amma məlumdur ki, baş qəhrəmanın səs ifaçılığını yenidən aktyor Cek Blek edəcək.
Bildirilir ki, cizgi filmin tərtibatını əvvəlki hissələr üzərində işləyən “DreamWorks Animation” həyata keçirəcək.
Qeyd edək ki, “Kung Fu Panda” ən uğurlu cizgi filmi franşizalarından biridir. İlk üç film dünya üzrə 1,8 milyard dollar gəlir əldə edib.
“Marvel” Kainatında “Tor” rolu ilə məşhurlaşan avstraliyalı aktyor Kris Hemsvort 39 yaşını qeyd edib. Ulduzun həyat yoldaşı Elza Pataki onu qeyri-adi şəkildə təbrik edib və sosial şəbəkə hesabından məzəli fotolarını paylaşıb.
Yayımlanan kadrlardan birində aktyor hamamda başında tutuquşu ilə, ikincidə - uşaqlarının əhatəsində, üçüncüdə - həyat yoldaşı ilə birlikdə “Tor: Məhəbbət və İldırım” (“Thor: Love and Thunder”) filminin çəkiliş meydançasında əks olunub.
“Ad günün mübarək, mənim sevimli tutuquşu əhliləşdiricim, uşaq təlimçim və xanımları ram edənim. Edə bilməyəcəyin heç nə yoxdur. Səni Aya qədər və geriyə olan məsafə qədər sevirik”, - deyə ispan aktrisa təbrik edib.
Xatırladaq ki, Elza Pataki və Kris Hemsvort 10 ildən çoxdur ki, birlikdədirlər. Onların İndiya Rouz adlı qızları və Tristan, Saşa adlı əkiz oğulları var. Mənbə: Gazeta.ru
Müğənni Nura Suri Dənizkənarı Milli Park ərazisində skuter icarəyə verən şirkətdən şikayətlənib.
Bizim.Media xəbər verir ki, sənətçi nəqliyyat vasitəni icarəyə verən şəxslərlə etiraz dolu söhbətinin görüntülərini çəkərək sosial şəbəkə hesabında paylaşıb.
Nura skuterlərin enerjisinin dolu olanını deyil, məhz az olanını sakinlərə təklif etdiyini iddia edərək, etiraz səsini ucaldıb.
““WingZ” şirkətinin işçiləri belə işləyirlər. Yəqin ki, rəhbərliyin xəbəri var. Bu qədər pul qazanırlar, bu qədər də hörmətsiz yanaşırlar. Hər gün də olmasa, günaşırı David (ən kiçik oğlu – red.) bulvarda skuter götürüb sürür. Bir neçə dəfə bu halla rastlaşmışıq deyə, paylaşmaq qərarına gəldim” – deyə, N.Suri bildirib.
Xalq artisti Aygün Kazımova sosial şəbəkə paylaşımı ilə diqqət çəkib.
KONKRET.az xəbər verir ki, sənətçi “Instagram” hesabında arxiv görüntülərini paylaşıb.
Video 21 il əvvəl – 2001-ci ildə lentə alınıb. Görüntülərdə Kazımovanın “Ulduzlar bağı” adlı verilişdə sevilən ifalarından birini səsləndirməsi əks olunub.
Sənətçinin bu paylaşımı sosial şəbəkə istifadəçiləri tərəfindən maraqla qarşılanaraq müzakirə olunub.
İzləyicilərin bir qismi Xalq artistini tərif yağışına tutub. Sənətçinin qızılı rəngli parlaq libası da diqqətlərdən yayınmayıb. İstifadəçilərin bəziləri Aygünün geyimini məşhur ulduz Beyonsun libası ilə müqayisə ediblər.
Onlar “Beyonsun indi geyindiyini Aygün 30 il əvvəl geyinib” deyərək Kazımovanın hər zaman zövqlü tərzi ilə seçildiyini vurğulayıblar.
İfaçının müzakirələrə səbəb olan həmin görüntülərini təqdim edirik:
Uzun müddətdir Xalq artisti Flora Kərimova ilə məhkəməlik olan müğənni Afət Fərmanqızından xəbər var.
Yenisabah.az xəbər verir ki, müğənni bu dəfə ad çəkmədən həmkarına söz atıb.
Sosial şəbəkə hesabında görüntülərini paylaşan ifaçı hovuz kənarında uzanaraq “Özünə bax, mənə bax, qəlbini yandırıb yax, görmürsənmi, ay axmaq, mənim vecimə deyil”, – deyə mahnı ifa edib.
O görüntülərə “Ay nənə, 60 yaşlı əyriayaq, atası falçı olan, dincəl!” – şərhini yazıb.
İfaçı ad çəkməsə də, sosial şəbəkə istifadəçiləri onun bu sözləri həmkarı Nazənin Salayevaya ünvanladığını yazıblar.
Aparıcı Mətanət Əliverdiyeva “Xəzər TV”də yayımlanan “Gəzək, bişirək” verilişindən ayrılıb.
Onu rəqqasə Fatimə Fətəliyeva əvəzləyəcək.
Bu haqda M.Əliverdiyeva Axşam.az-a açıqlamasında danışıb:
“Bu, prodakşn verilişi idi. Başqa işlərim olduğu üçün layihədən ayrıldım. Həm də düşünürəm ki, bütün rayonlarımızı, kəndlərimizi gəzdim, məncə artıq yetər. Fatiməyə də uğurlar arzulayıram”.
Qeyd edək ki, M.Əliverdiyeva ATV kanalından ayrıldıqdan sonra “Space”də işə başlamışdı. Orada cəmi bir ay çalışan aparıcı sonradan MTV-nin efirində yayımlanan “6/8 axşam şousu” adlı verilişə aparıcılıq edirdi.
Məşhur aktrisa Merve Boluğur keçmiş həyat yoldaşı Murat Dalkılıçın “Merve istəsə ayrılığımızın səbəbini açıqlayar” sözlərinə reaksiya verib. Türkiyə mediası xəbər verir ki, Merve Murata "Bu çıxardığın neçənci şoudur?" deyərək cavab verib. Ardınca isə sosial media hesabında sevgilisi ilə fotosunu paylaşan Boluğur "Həyat yoldaşım" yazıb.